Məhkəmə qərarları › İş №e-2(011)-780/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-780/2025

14.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-780/2025 14.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, birgə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı, X12, X6, X2 Cavabdeh qarşı mənzildə çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia tələbi İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22 F (yeni qaydalarla AZ1123, Bakı şəhəri, Xətai rayonu, 8 noybr prospekti giriş 415) ünvanında yerləşən sahəsi 611,2 m2 olan daşınmaz əmlakdan Cavabdeh və üçüncü şəxsləri çıxarmaqla, əmlakın boşaldılması və İddiaçı təhvil verilməsi, hüquqi yardımın götərilməsinə görə vəkilə ödənilmiş 300 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22F (yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, giriş 415) ünvanında yerləşən, ümumi sahəsi 611.2 m. olan daşınmaz əmlakın (bundan sonra – “X23”) ¼ hissəsinin alğı-satqısına dair (İ) X6 ilə xx.xx.2024-cü il tarixli AN – İ seriya və ******* nömrəli, (İİ) İddiaçı ilə xx.xx.2024-cü il tarixli AN – İ seriya və ******* nömrəli, (İİİ) X13 ilə xx.xx.2024-cü il tarixli AN – İ seriya və ******* nömrəli və (İV) X10 ilə xx.xx.2024-cü il tarixli AN – İ seriya və ******* nömrəli müqavilələr (bundan sonra – “Müqavilələr”) bağlamışdır. Müqavilələr əsasında X10, İddiaçı, X6 və X13 Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – “DƏDRX”) müraciət edərək hər birinə X21 ¼ hissəsinə mülkiyyət hüququnu təsdiq edən **********, **********, **********, ********** qeydiyyat nömrəli və **********60-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarış əldə etmişdirlər. Lakin cavabdeh evi boşaldaraq təhvil verməmişdir. İddiaçı hesab edir ki, mübahisə predmeti olan ev boşaldılaraq iddiaçıya təhvil verilməsi haqqında qətnamə qəbul edilməlidir. Belə ki, müqavilələrin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Lakin indiyədək satıcı olan cavabdeh öhdəliyini icra etməmiş və evi alıcı olan iddiaçıya təhvil verməmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, evin sahibi iddiaçıdır, buna görə də cavabdeh evdən çıxarılmaqla evi boşaltmalı və iddiaçı X23nə köçürülməlidir. İddiaçılar X12, X6, X2 iddia tələbi: İddiaçılar X12, X6, X10 Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22 F (yeni qaydalarla AZ1123, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti giriş 415) ünvanında yerləşən, ümumi sahəsi 611,2 m2 olan daşınmaz əmlakdan Cavabdeh və üçüncü şəxsləri çıxarmaqla, əmlakın boşaldılması və X3 təhvil verilməsi, hüquqi yardımın götərilməsinə görə vəkilə ödənilmiş 300 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat pul vəsaitinin cavabdehdən tutularaq hər bir iddiaçıya 400 manat pul vəsaitinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddiaçılar X12, X6, X2 iddiasının dəlilləri: İddiaçılar X12, X6, X2 iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22F (yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, giriş 415) ünvanında yerləşən, ümumi sahəsi 611.2 m. olan daşınmaz əmlakın (bundan sonra – “X23”) ¼ hissəsinin alğı-satqısına dair (İ) X6 ilə xx.xx.2024-cü il tarixli AN – İ seriya və ******* nömrəli, (İİ) İddiaçı ilə xx.xx.2024cü il tarixli AN – İ seriya və ******* nömrəli, (İİİ) X13 ilə xx.xx.2024-cü il tarixli AN – İ seriya və ******* nömrəli və (İV) X10 ilə xx.xx.2024-cü il tarixli AN – İ seriya və ******* nömrəli müqavilələr (bundan sonra – “Müqavilələr”) bağlamışdır. Müqavilələr əsasında X10, İddiaçı, X6 və X13 Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – “DƏDRX”) müraciət edərək hər birinə X21 ¼ hissəsinə mülkiyyət hüququnu təsdiq edən **********, **********, **********, ********** qeydiyyat nömrəli və **********60-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarış əldə etmişdirlər. Lakin cavabdeh evi boşaldaraq iddiaçılara təhvil verməmişdir. Mübahisəli evin boşaldılaraq iddiaçılara təhvil verilməsi haqqında qətnamə qəbul edilməlidir. Belə ki, Müqavilələrin 11-ci bəndinə əsasən satıcı daşınmaz əmlakı alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Lakin indiyədək satıcı olan cavabdeh öhdəliyini icra etməmiş və evi alıcılara təhvil verməmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, evin sahibləri iddiaçılardır, buna görə də cavabdeh evdən çıxarılmaqla evi boşaltmalı və iddiaçılar evə köçürülməlidirlər. Tərəflərin izahatları: İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçılar cavabdehin etibarında sui-istifadə etmişlər, X21 alqı-satqısı üzrə, hər dörd alıcı 162000 manat ödəməli olduqları halda, bu məbləğ bir nəfər tərəfindən ödənilib, və həmin məbləğ dörd dəfə kassaya mədaxil və məxaric edilib. Cavabdeh məhz bu səbəbdən evdən çıxmır, çünki iddiaçılar ona 400000 manat ödəməli borcları var. İşin halları: 1241644 saylı, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh alıcı İddiaçı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 611.2 kv.m. olan X21 ¼ hissəsini, 152.8 kv.m. mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 162500 manata satdı, alıcı isə həmin qiymətə aldı. 1241646 saylı, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh alıcı X4 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 611.2 kv.m. olan X21 ¼ hissəsini, 152.8 kv.m. mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 162500 manata satdı, alıcı isə həmin qiymətə aldı. 1212880 saylı, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh alıcı X3 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 611.2 kv.m. olan X21 ¼ hissəsini, 152.8 kv.m. mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 162500 manata satdı, alıcı isə həmin qiymətə aldı. 1241645 saylı, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh alıcı X7 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 611.2 kv.m. olan X21 ¼ hissəsini, 152.8 kv.m. mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 162500 manata satdı, alıcı isə həmin qiymətə aldı. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş nağd pulun mədaxil xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, X2 nümayəndəsi X8 tərəfindən 162500 manat, X13 tərəfindən 162500 manat, İddiaçı tərəfindən 162500 manat, X6 tərəfindən 162500 manat məbləğində pul vəsaiti notariusun depozit hesabına mədaxil edilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş çeklərdən də görünür ki, xx.xx.2024-cü il tarixində Cavabdeh ******* nömrəli çekə əsasən 159737 manat, ******* nömrəli çekə əsasən 159062 manat, ******* nömrəli çekə əsasən 159062 manat, ******* nömrəli çekə əsasən 159062 manat məbləğində pul vəsaitlərini qəbul etmişdir. Cavabdeh, X14, Sardarov Ramin, X11 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli “Tərəflər arasında öhdəlik müqaviləsi”nin surətinə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22 F ünvanında yerləşən 611.2 kv.m. ümumi sahəsi olan evi ******* saylı, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı, ******* saylı, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X2, ******* saylı, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X1, ******* saylı, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 adına keçirilmişdir. X14, Sardarov Ramin, X11 ilə yuxarıda qeyd olunan müqavilələr üzrə adları qeyd olunan şəxslərlə müqavilə bağlansa belə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22 F ünvanında yerləşən evin dəyəri 600000 manat X14, Sardarov Ramin, X11 tərəfindən ödənilməsinə razılaşmışlar. Razılaşmaya əsasən xx.xx.2024-cü il tarixdə 95000 manat verilmiş, xx.xx.2024-cü il tarixdə 10000 manat ödənilmiş, xx.xx.2024cü il tarixədək 95000 manat, qalıq olan 400000 manatı isə xx.xx.2024-cü ilə qədər ödəməyi öz öhdəliklərinə götürmüşlər. Cavabdeh isə gələcəkdə həmin əmlaka qarşı heç bir iddiası olmayacağını bildirmişdir. İddiaçılar İddiaçı, X12, X6, X10 Cavabdeh məhkəmədə iddianın qaldırılması üçün hər biri 100 manat məbləğində dövlət rüsumu ödəmiş, həmçinin vəkilə hüquqi xidmətin göstərilməsi üçün hər biri 300 manat məbləğində ödəniş etmişdir. İddia tələbinin hüquqi əsası: Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022 saylı qərardadına əsasən, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olubolmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iddiaya Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22 F (yeni qaydalarla AZ1123, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti giriş 415) ünvanında yerləşən sahəsi 611,2 m2 olan daşınmaz əmlakdan Cavabdeh və üçüncü şəxsləri çıxarmaqla, əmlakın boşaldılması və evin İddiaçı, X12, X6, X4 təhvil verilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırki iddia müəyyən bir əqdlər əsasında yarandığı hesab edilən hüquqla bağlı olduğundan ilk növbədə həmin əqdlərin etibarlı olub-olmadığını müəyyən etməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ƏMDK-nın yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, **********60-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22 F ünvanında yerləşən, ümumi sahəsi 611.2 kv.m. olan fərdi ev Cavabdeh tam mülkiyyətində olmuşdur. ******* saylı, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 611.2 kv.m. olan X21 ¼ hissəsi (152.8 kv.m.) İddiaçı, ******* saylı, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 611.2 kv.m. olan X21 ¼ hissəsi (152.8 kv.m.) iddiaçı X4, ******* saylı, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 611.2 kv.m. olan X21 ¼ hissəsi (152.8 kv.m.) iddiaçı X3, ******* saylı, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 611.2 kv.m. olan X21 ¼ hissəsi (152.8 kv.m.) iddiaçı X7 Cavabdeh tərəfindən satılmışdır. Məhkəmə yuxarıda qeyd olunan əqdlərin etibarlılıq məsələsinə qiymət verərək hesab edir ki, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqavilələri etibarlı hesab edilməlidirlər. Belə ki, məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Beləliklə, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə yuxarıda göstərilənləri təhlil edərək belə qənaətə gəlir ki, Cavabdeh ilə İddiaçı, X12, X6, X10 arasında bağlanılmış müvafiq olaraq ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqavilələrin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf iddiaçıların cavabdehin etibarından suiistifadə etdiyini, X21 alqı-satqısı üzrə, hər dörd alıcının 162000 manat ödəməli olduqları halda, bu məbləğin bir nəfər tərəfindən ödənildiyini, və həmin məbləğin dörd dəfə kassaya mədaxil və məxaric edildiyini bildirsə də, istinad etdiyi halların təsdiq edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş, Cavabdeh, X14, Sardarov Ramin, X11 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli “Tərəflər arasında öhdəlik müqaviləsi”nin surətinə münasibətdə qeyd edir ki, bu sənəd müqavilədə qeyd edilən üçüncü şəxslərin Cavabdeh qarşısında olan öhdəliklərini müəyyən etməklə, mübahisəli evin alqı-satqı müqavilələri üzrə alıcıların, yəni hazırkı mülki iş üzrə iddiaçıların alqı-satqı müqavilələrinin bağlanması zamanı Cavabdeh aldatdıqlarına dəlalət etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri etibarlı hesab edilməlidir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələri əsasında dövlət reyesterində mübahisəli daşınmaz əmlaka dair iddiaçıların adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində iddiaçıların paylı mülkiyyət hüququ yaranmışdır. Hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, mübahisəli evə dair hər hansı mülkiyyət - sahiblik, sərəncam və istifadə hüququ olmayan Cavabdeh mübahisəli evi iddiaçılara təhvil verməyərək həmin evdə qalması iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdıran hal və mülkiyyət hüquqlarının pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçılara məxsus mübahisəli evdən məcburi qaydada çıxarılmalı, ev boşaldılaraq İddiaçı, X12, X6, X4 təhvil verilməlidir. Məhkəməyə iddiaya Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22 F (yeni qaydalarla AZ1123, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti giriş 415) ünvanında yerləşən X23ndən üçüncü şəxslərin çıxarılması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə hesab edir ki, iddia tələbinin göstərilən hissəsi qeyri-müəyyən olduğundan, yəni iddia tələbinin kimə qarşı yönəldiyi göstərilmədiyinə görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddiaya Cavabdeh iddiaçılar İddiaçı, X12, X6, X2 xeyrinə müvafiq olaraq hər iddiaçı tərəfindən ayrı-ayrılıqda ödənilmiş 300 manat məbləğində hüquqi yardım xərcinin ödənilməsinə dair iddia tələbinə qiymət verərək hesab edir ki, iddia qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində, iddiaçılar məhkəmədə iddia qaldırmaları ilə əlaqədar vəkilə hüquqi yardıma görə ödənilmiş xidmət haqqının ödənilməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçılar həmin məsrəflərin əvəzini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddianın hər iddiaçı tərəfindən ayrı-ayrılıqda ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, istinad edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq, tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq, müvafiq olaraq iddiaçılara ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı, X12, X6, X4 məxsus Bakı şəhəri, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 22 F (yeni qaydalarla AZ1123, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti giriş 415) ünvanında yerləşən X23ndən çıxarılsın, qeyd edilən X23 boşaldılaraq İddiaçı, X12, X6, X4 təhvil verilsin. Cavabdeh vəkilə ödənilmiş hüquqi xidmət haqqının əvəzi olaraq 300 (üç yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh vəkilə ödənilmiş hüquqi xidmət haqqının əvəzi olaraq 300 (üç yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq X9 ödənilsin. Cavabdeh vəkilə ödənilmiş hüquqi xidmət haqqının əvəzi olaraq 300 (üç yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilsin. Cavabdeh vəkilə ödənilmiş hüquqi xidmət haqqının əvəzi olaraq 300 (üç yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti tutularaq X4 dənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar