Məhkəmə qərarları › İş №e-2(011)-7855/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7855/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7855/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” barəsində kiçik mübahisələr üzrə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – cavabdehdən 91,11 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun xeyrinə tutulması barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dağlıq-Şirvan regional filialının İsmayıllı şöbəsi (əvvəlki X1) ilə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh arasında 27.11,2018-ci il tarixli telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Borclu Cavabdeh İddiaçı MMC-nin Dağlıq- Şirvan regional filialının İsmayıllı şöbəsi ilə bağladığı xidmət müqaviləsinə əsasən, şöbənin rabitə xidmətlərindən istifadə edərək abunəçisi olduğu ********* nömrəli telefonun üzərində abunəyə görə 11,10 manat,şəhərlərarası danışığa görə 0,01 manat, internetdən istifadəyə görə 80,00 manat olmaqla ümumilikdə 91,11 manat rabitə borcu yaranmışdır. Cavabdeh lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdehin məhkəməyə məlum olan yaşayış ünvanına göndərilmiş məhkəmə bildirşinin alınması və ya məhkəməyə geri qaytarılması barədə heç bir məlumat daxil olmamışdır. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə “Telekommunikasiya operatoru” ilə “Abunə” arasında “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, “Abunəçi”yə Müqavilədə göstərilən qaydada seçdiyi telekommunikasiya xidmətlərinin göstərilməsi və “Abunəçi” tərəfindən bu xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. İş materiallarında olan İddiaçı MMC Dağlıq Şirvan regional filialının İsmayıllı şöbəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 4/241 saylı məktubun surətindən görünür ki, İsmayıllı rayonu İvanovka kəndində (20)2894065 saylı telefonun istifadəçisi olmuş Cavabdeh xx.xx.2023-cü il tarixə 11.10 manat abunə, 0,01 manat danışıq, 80.00 manat internet borcunun olması barədə məlumat verilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, Cavabdeh (20)2894065 saylı nömrə üzrə xx.xx.2023-cü il tarixə 11.10 abunə, 0.01 manat danışıq, 80.0 manat internet, ümumilikdə 91,11 manat borcu mövcuddur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə bağladığı abunə müqaviləsi üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış rabitə xidmətlərindən istifadə edilməsinə dair müqaviləyə əsasən Cavabdeh (20)2894065 nömrəsi ilə iddiaçının rabitə xidmətlərindən istifadə etmiş, lakin onun tərəfindən öhdəliklərin tam və vaxtında icra edilməməsi nəticəsinddə 91,11 manat məbləğində borcu yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə, təmin olunmalıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-230-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə rabitə xidmətlərindən istifadəyə dair müqavilə üzrə ödənilməmiş 91,11 (doxsan bir manat on bir qəpik) manat məbləğində borc və dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar