Məhkəmə qərarları › İş №e-2(011)-7952/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7952/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7952/2024 27.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MTK Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixinə olan 2240.29 manat məbləğində borc cavabdeh tərəfindən könüllü şəkildə ödənildiyindən iddiadan imtina etdiyini, iş üzrə icraata xitam verilməsini, iddiaçı tərəfindən ödənilmiş 46.87 manat məbləğində dövlət rüsumu və vəkilə ödənilmiş 300 manat məbləğində hüquqi xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina edilməsi barədə ərizəsi əsaslı hesab edilərək məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən "xxxx" MTK tərəfindən ödənilmiş 46.87 manat məbləğində dövlət rüsumu və 300 manat məbləğində hüquqi xidmət haqqı ona geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə 46.87 manat məbləğində dövlət rüsumu ödəmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 51544 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət haqqına görə “Mirzəyev və Partnyorları” Vəkil Bürosuna 300 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçının iddiadan imtina etməsi əsası ilə iş üzrə icraata xitam verildiyindən ödənilmiş 46.87 manat məbləğində dövlət rüsumu və 300 manat məbləğində hüquqi xidmət haqqı iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" MTK tərəfindən xx.xx.2024-cü il tarixdə (qəbzin nömrəsi- **********) ödənilmiş 46.87 (qırx altı manat, səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" MTK tərəfindən hüquqi xidmət haqqına görə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" MTK-ya ödənilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar