Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-843/2024 06.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi , İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh Vaquf oğluna qarşı “mənzildən istifadə hüququnun verilməsi və mənzilə köçürülmə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının və azyaşlı övladları xx.xx.2015-ci il tarixdə doğulmuş X2 və xx.xx.2019-cu il tarixdə doğulmuş X3 həyat yoldaşı Cavabdeh məxsus Bakı şəhər, Xətai rayon, Əhmədli qəsəbəsi, “A” massivi, ev 1, 28 nömrəli mənzildən istifadə hüququnun tanınması və iddiaçının və iki azyaşlı övladı Sevgi və Ziyad Məmmədli ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 15 sentyabr 2014-cü il tarixdə nikaha daxil olmuşdur. Həmin nikahdan onların xx.xx.2015-ci il tarixdə Sevgi Məmmədli adında qızı və xx.xx.2019-cu il tarixdə isə Ziyad Məmmədli adında oğlu dünyaya gəlmişdir. Hazırda hər iki azyaşlı uşaq iddiaçının himayəsindədir. İddiaçı hazırda iki azyaşlı övladı ilə birlikdə ünvan 1 ünvanda rəsmi kirayə müqaviləsi əsasında aylıq kirayə haqqı 375 manat olmaqla kirayədə yaşıyırlar. Adına hər-hansı bir daşınmaz əmlak qeydə alınmamışdır. Bildirir ki, iddiaçı Cavabdeh ilə rəsmi nikah münasibətlərindədir və nikahları ləğv edilməmişdir. Uşaqlara görə aliment almır. Hazırda iki azyaşlı uşaqla kirayədə qalmaq, onları maddi cəhətdən təmin etmək iddiaçı üçün olduqca cətindir. Hesab edir ki, iddiaçının və azyaşlı uşaqlarının Cavabdeh məxsus ünvan 2 ünvan: ünvan 3ildən istifadə hüququ tanınmalı və onlar həmin mənzilə köçürülməlidirlər. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddiaya münasibətini bildirərək, iddiaçının və uşaqların evə gəlməsinə etirazının olmadığını bildirmişdir. O, özü də iddiaçıya evə gəlməsini dəfələrlə təklif etmiş, lakin iddiaçı evə gəlməmişdir. Alimentini də vaxtı-vaxtında ödəyir, son 6 ayın qəbzi də vardır. Buna görə də iddianın təmin edilməsinə etirazı yoxdur. Həmçinin bildirmişdir ki, qeyd edilən mənzil order əsasında atasına verilmiş, valideynləri vəfat etmiş və digər qardaşı Ukraynada yaşayır. Qardaşı Ukraynada olan müharibəyə görə Azərbaycan Respublikasına gələ bilmədiyindən mənzili öz adına özəlləşdirə bilməmişdir. Bundan başqa onların yaşadığı mənzil iddia ərizəsində qeyd edildiyi kimi deyil, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küç, ev 37, mənzil 28-dir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2015ci il tarixində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2019cu ildə anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2014-cü il tarixində nikaha girmişdir. İş materiallarında olan 181740 saylı, xx.xx.1976-cı il tarixli orderdən görünür ki, ünvan 4 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 42.62 kv.m olan mənzil X1 verilmiş, onun ailə tərkibi isə X6, Cavabdeh və Dursun Qasımovadan ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kirayə müqaviləsindən görünür ki, ünvan 5 ünvanında yerləşən 8 saylı mənzil İddiaçı kirayə verilmişdir, kirayə müddəti xx.xx.2028-ci il tarixədək müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2015-ci il tarixdən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə həll olunmalıdır. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq ünstitutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İlk olaraq qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçəsi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirlməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsi mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulduğu halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmaması aydın şəkildə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarına əsasən müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını və işin faktiki hallarını araşdıraraq, hesab edir ki,aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 2015-ci ildə birgə nikaha girmiş, nikahda olduğu müddət ərzində tərəflər ünvan 6 ünvan ünvan 7ar arasında olan nikah hazırda pozulmamışdır. Qeyd edilən mənzil isə 181740 saylı, xx.xx.1976-cı il tarixli order əsasında cavabdehin atası X1 verilmiş, order verilən zaman onun ailə tərkibi isə X6, Cavabdeh və Dursun Qasımovadan ibarət olmuşdur. Hazırda mənzil özəlləşdirilməmişdir. Məhkəmə iddianın mənzilə köçürülmə hissəsinə münasibət olaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi? Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Evin dövlət reyestrində qeydə alınmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub, əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa, onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. İddiaçının yaşadığı sahədən məhrum edilməsi qanunsuzdur. Məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə cavabdehin mübahisələndirilən evə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəmələrə təqdim olunmamışdır. Odur ki, iddiaçının övladaları ilə birlikdə mənzildə yaşamaq hüququ bərpa edilməlidir. Məhkəmə iddianın istifadə hüququnun verilməsi hissəsinə münasibət olaraq bildirir ki, qeyd edilən mənzil dövlət reyestrində qeydə alınmamışdır. Buna görə də məhkəmə qətnaməsi ilə qeyd edilən mənzilə istifadə hüququ tanına bilməz. Lakin məhkəmə onu da qeyd edir ki, cavabdehin həmin mənzilə “gözlənilən mülkiyyət” hüququ vardır. İddiaçı cavabdehin yaxın qohumu olduğundan onun da mənzildən istifadə hüququ vardır. Bundan əlavə, işin faktiki hallarından görünür ki, iddiaçı həmin evdə digər ailə üzvləri ilə birlikdə təsərrüfat aparmışdır. Məhkəmə iddiaçının və onun övladlarının hal-hazırda başqa yaşayış yeri olmadığı nəzərə alınaraq, eyni zamanda qeyd olunan maddi hüquq normalarına əsasən qeyd edir ki, iddiaçı övladları ilə birlikdə mübahisəli mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh məhkəmənin hazırlıq iclasında iddiaçının, övladları ilə birlikdə mənzilə qayıtmalarına heç bir etirazı yoxdur. O, özü də iddiaçıya evə gəlməsini dəfələrlə təklif etmiş, lakin iddiaçı evə gəlməmişdir. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüldü X3 yaşayış yerləri analarının yaşayış yeri ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçı və övladlarının yaşayış yeri sayıldığından iddia qismən təmin edilərək, iddiaçı və birgə nikahdan dünyaya gəlmiş övladları mübahisəli evə köçürülməlidirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı və azyaşlı uşaqları, xx.xx.2015-ci il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X3 Bakı şəhər, Xətai rayon, Əhmədli qəsəbəsi, “A” massivi, ev 1, 28 nömrəli mənzilə (Bakı şəhər, Xətai rayonu, G.Şıxlinski küçəsi, ev 37, mənzil 28) köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-843/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-843/2024
06.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver