Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8491/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Sahin Mehmetə, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ:
1. İddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Şahin Mehmet arasında 04 mart 2022-ci il tarixdə DEN-00191-16/22A saylı əsas kredit müqaviləsindən irəli gələn DEN-B0191- 16/22A saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi 20470.85 manat məbləğində borcun, cavabdehlər Şahin Mehmet və Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın tam mülkiyyət hüququ əsasında Cavabdeh1 qızına məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB Yaşayış Massivi 12C ünvanında yerləşən qeyri yaşayış binasına yönəldilməsi, DEN-C0191-16/22A saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi 96751.43 manat məbləğində borcun, cavabdehlər Şahin Mehmet və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə tutulmasına, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Bakı şəhəri, Xətai rayonu, Nobel pr 23 ünvanında yerləşən 59 saylı qeyri yaşayış sahəsinə yönəldilməsinə, həmin əmlakların açıq hərracda satılması, həmin ipotekalar ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin və iddia qaldırlması üçün ödənilmiş 408 manat rüsumunun və 0.40 manat bank xidmət haqqının cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək mülki işin tam araşdırılması və çəkişmə prinsipinə əməl olunmasını əsas gətirərək 2(011)-8491/2024 saylı mülki işin Cavabdeh1 qeydiyyatda olduğu yer üzrə Binəqədi rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir.
İşin halları:
3. İddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Şahin Mehmet arasında 04 mart 2022-ci il tarixdə DEN-00191-16/22A saylı əsas kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 400000 (dörd yüz min) manat məbləğində krediti 120 (yüz iyirmi) ay müddətinə, illik 35 (otuz beş) faizlə cavabdeh Şahin Mehmetin mülkiyyətinə verilməsi razılaşdırılmışdır. 04 mart 2022-ci il tarixdə DEN-00191-16/22A saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi kimi iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Şahin Mehmet arasında 26 sentyabr 2022-ci il tarixli DENB-00191-16/22A saylı Əlavə Razılaşma bağlanmışdır. X1 əsasən Bank "xxxx" ASC tərəfindən biznes məqsədilə 24 ay müddətinə illik 20%-lə 50000 (əlli min) manat məbləğində kredit Şahin Mehmetin mülkiyyətinə verilmişdir. Bundan sonra 28 sentyabr 2023-cü il tarixdə 26 sentyabr 2022-ci il tarixli DENB-00191-16/22A saylı Əlavə razılaşmanın şərtləri dəyişdirilmiş, 26 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 2 (iki) ay güzəşt müddəti təyin edilməklə, həmin müddət ərzində yalnızca kredit müqaviləsi üzrə hesablanacaq faizlərin ödənilməsi şərtləri ilə “Əlavə Saziş 2” imzalanmışdır. Kreditin təminatı qismində Cavabdeh1 04 mart 2022-ci ildə iddiaçı Bank "xxxx" ASC ilə DENG-00191- 16/22A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB Yaşayış Massivi 12C ünvanında yerləşən qeyri yaşayış binası ipotekaya qoymuşdur.
4. "xxxx" MMC-nin 01/22-121 nömrəli xx.xx.2022-ci il tarixli “qeyri yaşayış binasının” qiymətləndirilməsi hesabatına əsasən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB Yaşayış Massivi 12C ünvanında yerləşən qeyri yaşayış binasının bazar dəyəri 186000 manat, likvid dəyəri isə 158000 manat müəyyən olunmuşdur. 04 mart 2022-ci il tarixdə DEN-00191-16/22A saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi kimi iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh Şahin Mehmet arasında 08 dekabr 2022-ci il tarixli DENC-00191-16/22A saylı Əlavə Razılaşma bağlanmışdır. X1 əsasən Bank "xxxx" ASC tərəfindən biznes məqsədilə 24 ay müddətinə illik 20%-lə 150000 (yüz əlli min) manat məbləğində kredit Şahin Mehmet-in mülkiyyətinə verilmişdir. Bundan sonra 08 dekabr 2022-ci il tarixli DENC-00191-16/22A saylı Əlavə razılaşmanın şərtləri dəyişdirilmiş, 08 fevral 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay güzəşt müddəti təyin edilməklə, həmin müddət ərzində yalnızca kredit müqaviləsi üzrə hesablanacaq faizlərin ödənilməsi şərtləri ilə “Əlavə Saziş 2” imzalanmışdır. Kreditin təminatı qismində Cavabdeh3 04 mart 2022-ci ildə iddiaçı Bank "xxxx" ASC ilə DENG2-00191- 16/22A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Bakı şəhəri, Xətai rayonu, Nobel pr 23 ünvanında yerləşən 59 saylı qeyri yaşayış sahəsi ipotekaya qoymuşdur.
5. "xxxx" MMC-nin 01/22-122 nömrəli xx.xx.2022-ci il tarixli “qeyri yaşayış sahəsinin” qiymətləndirilməsi hesabatına əsasən Cavabdeh3 məxsus olan Bakı şəhəri, Bakı şəhəri, Xətai rayonu, Nobel pr 23 ünvanında yerləşən 59 saylı qeyri yaşayış sahəsi bazar dəyəri 226000 manat, likvid dəyəri isə 181000 manat müəyyən olunmuşdur. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan kredit müqaviləsinin 5.6-cı bəndinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
6. Cavabdehlərin DEN-B0191-16/22A saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 18730.88 manat, faizlərin məbləği 803.43 manat, dəbbə borcu 936.54 manat olmaqla, DEN-B0191- 16/22A saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixinə cəmi borc 20470.85 manat təşkil edir.
7. Cavabdehlərin DEN-C0191-16/22A saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 86582.11 manat, faizlərin məbləği 6287.53 manat, dəbbə borcu 3881.79 manat olmaqla, DEN- B0191-16/22A saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixinə cəmi borc 96751.43 manat təşkil edir.
8. Beləliklə hər iki müqavilə üzrə cavadehlərin bank qarşısında öhdəlikləri ümumilikdə 117222.28 manat təşkil edir.
Tərəflərin izahatı:
9. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə baxmağı mümkün hesab edir. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
Məhkəmənin mövqeyi:
11. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir.
12. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh Şahin Mehmetin Azərbaycan Respublikasında müvəqqəti qeydiyyatda olma müddəti xx.xx.2024-cü il tarixdə bitdiyindən mülki işin tam araşdırılması və çəkişmə prinsipinə əməl olunmasını əsas gətirərək 2(011)-8491/2024 saylı mülki işin Cavabdeh1 qeydiyyatda olduğu yer üzrə Binəqədi rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, Cavabdeh1 qeydiyyat ünvanı ünvan 3 Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.
14. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh Şahin Mehmetin Azərbaycan Respublikasında müvəqqəti qeydiyyatda olma müddəti xx.xx.2024-cü il tarixdə bitdiyindən və iddiaçı mülki işin digər Cavabdeh1 qeydiyyatda olduğu yer üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət verdiyindən, iş ərazi aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir.
15. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Sahin Mehmetə, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair 2(011)-8491/2024 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin.
2. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. Sədrlik edən: Samirə Eyvazova