Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-854/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzil mübahisəsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1-dən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və qətnamənin mənzildən qeydiyyatdan çıxarılma üçün əsas olması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıqdan birinci qrup əlildir. Cavabdeh ilə 19 iyul 2011-ci il tarixdə 1204 saylı nikah qeydi ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 02 iyun 2011-ci il təvəllüdlü X5 adında bir uşaqları anadan olmuşdur. Cavabdeh 28 aprel 2012-ci il tarixdə qızıl-zinət əşyalarını götürüb, azyaşlı qızını onun himayəsində qoyub mənzili tərk etmişdir. Daha sonra ona cavabdehin İlham adlı şəxslə kirayədə mənzil tutub yaşaması məlum olmuşdur. Onun anasının Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsinə şikayəti əsasında cavabdehdən izahat alınarkən azyaşlı qızından imtina etdiyini, İlham adlı şəxslə ailə quracağını, heç bir əmlak tələbinin olmadığını bildirmişdir. İddiaçının iddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2012-ci il tarixli 2(011)- 2478/2012 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində bağlanmış 1204 saylı nikah qeydi ləğv edilmiş və nikah pozulduqdan sonra 02 iyun 2011-ci il təvəllüdlü X5 iddiaçının himayəsində saxlanılmışdır. Yaşadıqları ünvan 1 mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. 2005-ci ildə almışdır. Hazırda həmin iki otaqlı yaşayış sahəsi 23,01 kv.metr olan mənzildə iddiaçı bacısı Mətanət Yusifova və qızı Zemfira Yusifzadə ilə birlikdə yaşayırlar. İddiaçı şikəst doğulduğu və birinci qrup əlil (orqanizmin funksiyaları 81-100 faiz pozulmuş şəxs) olduğu üçün bacısı 05 mart 1976-cı il təvəllüdlü Mətanət Yusifova ona qulluq edir. 2011-ci ildə o ailə həyatı qurarkən keçmiş həyat yoldaşı Cavabdeh da mülkiyyətində olan yaşadığı ünvan 1-yə qeydiyyata saldırmışdı və o, 28 aprel 2012-ci il tarixdən həmin mənzildə yaşamamasına baxmayaraq, hələ də həmin mənzildə qeydiyyatda qalmış və nəticədə mənim mülkiyyət hüququm ciddi şəkildə pozulmuşdur. Aşağıdakılara əsasən Cavabdeh məhkəmə qaydasında mənzildən istifadə hüquqlarının olmaması müəyyən edilməli və qətnamədə həmin qətnamənin Cavabdeh mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qeyd göstərilməlidir: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş . Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Dövlət qeydiyyatı İdarəsinin xx.xx.2005-ci il tarixli 248781 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sarayev küçəsi, ev 3, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2012-ci il tarixli 2(011)-2478/2012 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində bağlanmış 1204 saylı nikah qeydi ləğv edilmiş və nikah pozulduqdan sonra 02 iyun 2011-ci il təvəllüdlü X2 Yusifovun himayəsində saxlanılmışdır İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin 23 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ilə Cavabdeh ilə 19 iyul 2011-ci il tarixdə 1204 saylı nikah qeydi ilə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2012-ci il tarixli 2(011)-2478/2012 nömrəli qətnaməsi ilə həmin nikah pozulmuş və 22 yanvar 2013-cü il tarixdə 30 nömrəli akt qeydi ilə Xətai rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PB-nin baş təhqiqatçısı polis mayoru Əziz Cabbarovun “Cinayət işi başlanılmasının rədd edilməsi barədə” 08 may 2012-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh ilə 19 iyul 2011-ci il tarixdə 1204 saylı nikah qeydi ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 02 iyun 2011ci il təvəllüdlü X5 adında bir uşaqları anadan olmuşdur. Cavabdeh 28 aprel 2012-ci il tarixdə qızıl-zinət əşyalarını götürüb, azyaşlı qızını İddiaçı himayəsində qoyub mənzili tərk etmişdir. Daha sonra cavabdeh İlham adlı şəxslə kirayədə mənzil tutub yaşamağa başlamışdır. Cavabdeh izahatında azyaşlı qızından imtina etdiyini, İlham adlı şəxslə ailə quracağını, heç bir əmlak tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 30 sentyabr 2022-ci il tarixli **********98 №-li məktubundan görünür ki, ünvan 1 ünvanı ünvan 2l tarixli alqısatqı müqaviləsinə əsasən 26 oktyabr 2005ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmçinin sözügedən mənzil üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş 11 dekabr 2013-cü il tarixli 079980 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı ümumi xəstəliklə bağlı birinci qrup əlildir. İş materiallarına əlavə edilmiş 19 iyul 2011-ci il tarixli AZ-İ№173324 saylı “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki,İddiaçı X1 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş 110 saylı MTK-nın 29 sentyabr 2022-ci il tarixli 748 nömrəli arayışından görünür ki, İddiaçı ailəsi özündən, bacısı Mətanət Yusifovadan və qızı Zemfira Yusifzadədən ibarətdir. İş materiallarına əlavə edilmiş 110 saylı MTK-nın 11 sentyabr 2022-ci il tarixli 744 nömrəli arayışından görünür ki, X4 ünvan 1 ünvanında qeydiyyatdadır, lakin 2013-cü ildən həmin ünvanda yaşamır. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 3, 37 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı Cavabdeh ilə 19 iyul 2011-ci il tarixdə 1204 saylı nikah qeydi ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 02 iyun 2011-ci il təvəllüdlü X5 adında bir uşaqları anadan olmuşdur. Cavabdeh 28 aprel 2012-ci il tarixdə qızıl-zinət əşyalarını götürüb, azyaşlı qızını İddiaçı himayəsində qoyub mənzili tərk etmişdir. Məhkəmə Cavabdeh sözügedən mənzillə istifadə hüququna bağlı münasibətlər 2000-ci il tarixindən sonra yarandığından həmin mülki mübahisənin əsasını Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsaəsn yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, qeyd edilən mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında nə notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmamışdır, nə də istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda cavabdeh 2012ci ildə mübahisəli mənzili tərk etmişdir və həmin vaxtdan bu günə qədər həmin mənzildə yaşaşamışdır. Beləliklə cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Buna görə də iddia təmin edilərək Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 3, 37 saylı mənzilə istifadə hüququnun olmamamsı müəyyən edilməlidir. Məhkəmə iddianın qətnamənin mənzildən qeydiyyatdan çıxarılma üçün əsas olması barədə hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qaydası və qeydiyyatdan çıxarılma üçün əsas olan sənədlərin dairəsinin müəyyən edilməsi inzibati hüquq sahəsinə aid olduğundan qeyd edilən məsələyə münasibət bildirilməsi ümumi məhkəmələrin səlahiyyətində deyil. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən ilkin iddia üzrə cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iş üzrə tərəflərə və müvafiq dövlət orqanına izah edilməsidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 3 ünvanında yerləşən 37 saylı mənzilə istifadə hüququnun olmaması müəyyən edilsin. Hazırkı qətnamə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 3 ünvanında yerləşən 37 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-854/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-854/2023
15.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver