Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-874/2024 05.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı cavabdeh Əliyeva (Fərəcova) Turan Rizvan qızına qarşı “uşaq və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. xx.xx.2010-cu ildə Cavabdeh və İddiaçı ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından 14 aprel 2012-ci il təvəllüdlü X14 və 15 may 2014-cü il təvəllüdlü X12 dünyaya gəlmişdir. Cavabdehlə iddiaçının birgə nikahları Xətai rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Onların birgə nikahlarından doğulan 14 aprel 2012-ci il təvəllüdlü X14 və 15 may 2014-cü il təvəllüdlü X12 halhazırda Cavabdeh himayəsindədir. 14 aprel 2012-ci il təvəllüdlü X2 Orxan Namiq oğlunun himayəsində qalmasını zəruri hesab edirik.
2. Belə ki, hal-hazırda da X14 atası İddiaçı yanında qalmaqda, onun atası tərəfindən tərbiyə olunur. X1 atası İddiaçı bağlılığı, atasının yanında qalmaq istəməsi, oxuduğu məktəbin atasının evinə daha yaxın olması,beləliklə də dostlarından ayrılmayacağı, psixoloji və mənəvi sarsıntılar keçirməyəcəyi düşüncəsi bizə belə bir xahişi etmək üçün əsas verir.
3. Qeyd edilənlərə əsasən məhkəmədən 14 aprel 2012-ci il təvəllüdlü X7 atası İddiaçı himayəsinə verilməsi və 14 aprel 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün alimentin sabit pul məbləğində hər ay Cavabdeh tutularaq İddiaçı ödənməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
İddiaçının tələbi:
4. İddiaçı 14 aprel 2012-ci il təvəllüdlü X7 atası İddiaçı himayəsinə verilməsi və 14 aprel 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün alimentin sabit pul məbləğində hər ay Cavabdeh tutularaq İddiaçı ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək alimentin dəqiq məbləğini iddia ərizəsində qeyd etmədiyini bildirmiş və məhkəmədən 14 aprel 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
6. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında qeyd etmişdir ki, iddia ərizəsində bütün lazımi halları əsaslandırmışlar və iddia tələbini müdafiə edir. Hazırda da uşaq atasının, yəni iddiaçının himayəsindədir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında qeyd etmişdir ki, kiçik övladları hələlik anasını istəyir. O, uşaqlarını həftədə 2-3 dəfə hər ikisini gəzməyə aparır, onlarla vaxt keçirir. Sadəcə uşaqları ilə görüşməyi və yaxud onun himayəsində birdəfəlik qalmalarını rəsmi qaydada istəyir və aliment təyin edilməsini istəyir. Uşaq keçən ilin avqust ayından onun yanındadır, ancaq anası onunla maraqlanmır.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh Əliyeva (Fərəcova) Turan Rizvan qızı öz izahatında qeyd etmişdir ki, digər övladları hazırda onun himayəsindədir və onda qalan uşaq yaşca daha kiçikdir. İddiaçının 2 il uşağın saxlanması üçün aliment ödəməsini istəyir. Çünki uşağın saxlanmasına ehtiyaclarının qarşılanmasına onun səhhəti yol vermir. İddia tələbi ilə razı olmadığını və uşağı atasının himayəsinə vermək istəmədiyini bildirmişdir və qeyd etmişdir ki, övladı nə vaxt məktəbini dəyişmək istəsə o zaman məktəbini dəyişəcəkdir.
10. Məhkəmə iclasında iştirak edən X14 öz izahatında bildirmişdir ki, hazırda 25 nömrəli məktəbdə rus bölməsində təhsil alır. Dərslərini çox yaxşı oxuyur, cəmi bir fənndəntarixdən 4 almışdır. Böyüdükdə həkim olmaq arzusundadır. Hazırda atası ilə birlikdə yaşayır, artıq 1 ildir atasının himayəsindədir. Əvvəlki məktəbində təhsil aldığı zaman bütün qiymətləri 3 olmuşdur. Çünki anası onu baxıcının yanına qoyub gedirmiş və onunla maraqlanmırmış. İndi balaca qardaşı da atasının yanındadır, ingilis dili, rus dili, riyaziyyatdan hazırlıqlara gedir. Əvvəl 17 saylı məktəbdə oxuyurdu, daha sonra 31 saylı, 251 saylı və 151 saylı məktəblərdə oxumuşdur. Ən sonda 25 saylı məktəbə keçmiş və hazırda da orada oxuyur. O, atası ilə birlikdə yaşamaq istəyir. Ona əlavə heç bir söz deyilməmiş, məhkəmə iclasına gələn zaman sadəcə həyəcanlanmaması tapşırılmışdır. Anasının yeni ərinə görə onunla maraqlanan olmamışdır, buna görə də özü atasının yanına gəlmək istəmişdir. Anası ilə qalan zaman atası üçün darıxmışdır. Çünki atası ilə yaxşı vaxt keçirir, atası onları tez-tez gəzməyə, hava isti olanda hovuza və dənizə istirahət etməyə aparır. Bu zaman qardaşı da onunla gəlir, hazırda da 3-4 gün olar ki, qardaşı onlarla birgə qalır.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
11. Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat mediasiya xərcini İddiaçı ödəmişdir.
12. AZ-İİİ 047471 №li doğum haqqında şəhadətnaməyə əsasən 14 aprel 2012-ci il təvəllüdlü X7 atası İddiaçı, Cavabdehdır.
13. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyinə və müayinə aktına əsasən xx.xx.2012-ci il təvəllüdlü X14 hazırda atasının yanına yaşadığını və bundan sonra atasının yanında qalmaq istədiyini bildirmişdir. Yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X7 fikirləri öyrənilərkən özünü sərbəst aparmasına, fikirlərini dəqiq və səlis ifadə etməsinə, təsir altında olub-olmamasına xüsusi diqqət yetirmiş və onun fikirlərində qətiyyətli və sərbəst olması qənaətinə gəlmişdir. Komissiya üzvləri tərəfindən iş üzrə iddiaçı (uşaqların tərbiyəsi ilə məşğul olmayan istəyən İddiaçı və hazırda onun himayəsində yaşayan övladının həyat şəraiti yoxlanılmış və müəyyən edilmişdir ki, İddiaçı və övladı hazırda ünvan 1 ünvanında 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, kommunal şəraitli, təmirli, mebel və digər lazım olan məişət avadanlıqları ilə təchiz edilmiş mənzildə atası X10, anası X11 və yetkinlik yaşına çatmayan böyük övladı xx.xx.2012-ci il təvəllüdlü X14 ilə birlikdə yaşayır. Mənzil İddiaçı xalası X4 məxsusdur. Mülki iş üzrə İddiaçı yaşadığı ərazi təmizdir, uşaq gəzintisi üçün əlverişlidir. Ərazidə məktəb, bağça, park, ticarət və iaşə obyektləri yerləşir. İddiaçı bildirdiyinə görə “Kəpəz” hospitalda baş kassir vəzifəsində işləyir. Ailənin maddi vəziyyəti normaldır. İddiaçı valideynin hüquq və vəzifələrini bilir. Komissiya üzvləri tərəfindən iş üzrə cavabdeh Əliyeva (Fərəcova) Turan Rizvan qızının həyat şəraiti yoxlanılmış və müəyyən edilmişdir ki, cavabdeh Əliyeva (Fərəcova) Turan Rizvan qızı hazırda ünvan 2 ünvanında 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən 2 otaqlı, tam kommunal şəraitli, orta təmirli və yaşayış üçün lazım olan məişət əşyaları ilə təchiz edilmiş mənzildə ikinci həyat yoldaşı X5 və ilk nikahından olan yetkinlik yaşına çatmayan kiçik övladı xx.xx.2014-cü il təvəllüdlü X12 ilə birgə yaşayır. Mənzil cavabdeh Əliyeva (Fərəcova) Turan Rizvan qızının atası X8 məxsusdur. Mülki iş üzrə cavabdeh Əliyeva (Fərəcova) Turan Rizvan qızının yaşadığı ərazi təmizdir, uşaq gəzintisi üçün əlverişlidir. Ərazidə məktəb, bağça, park, ticarət və iaşə obyektləri yerləşir. Cavabdeh Əliyeva (Fərəcova) Turan Rizvan qızı bildirdiyinə görə hazırda işləmir, maddi vəziyyəti normaldır. Cavabdeh valideynin hüquq və vəzifələrini bilir. Komissiya yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X7 atası, iş üzrə İddiaçı himayəsinə verilməsini mümkün hesab edir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 iyun 2024-cü il tarixli bildirişə əsasən məhkəmə-psixoloji ekspertizası üzrə tədqiqatın dəyəri 100 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 iyun 2024-cü il tarixli 11/2115 nömrəli məhkəmə-psixoloji ekspertiza rəyinə əsasən: 1-ci sual üzrə- xx.xx.2012-ci il təvəllüdlü X7 hal-hazırda atası İddiaçı və anası Cavabdeh bağlılığı müəyyən olunmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. xx.xx.2012-ci il təvəllüdlü X7 qardaşı X9 hissi-emosional tələbatı yüksək olmaqla, uzun müddət ərzində onunla ünsiyyətdə olmaması emosional-iradi sferasına neqativ təsir göstərə bilər. 2 və 3-cü suallar üzrə- İddiaçı hal-hazırda fərdi psixoloji xüsusiyyətlərində yetkinlik yaşına çatmayan övladlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Cavabdeh məhkəmə-psixoloji müayinəyə təqdim olunmadığından barəsində ekspert qarşısında qoyulan suala cavab verilməmişdir. Valideynləri arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2012-ci il təvəllüdlü X7 emosional-iradi sferasına sirayət etmişdir. Lakin hazırda onun psixoloji vəziyyəti qənaətbəxşdir. 4-cü sual üzrə- xx.xx.2012-ci il təvəllüdlü X14 psixoloji inkişafına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil şəkildə formalaşdırmaq və sərbəst qərar qəbul etmək qabiliyyətinə malik olmaqla onun psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. 5-ci sual üzrə- xx.xx.2012-ci il təvəllüdlü X7 qapalı məkanlarla bağlı qorxu keçirməsi müəyyən olunur. Qorxunun yaranma səbəblərinin müəyyən edilməsi məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. xx.xx.2012-ci il təvəllüdlü X7 psixoloji yardım alması tövsiyə olunur.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyası:
17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
16. Uşaq hüquqları haqqında 1989-cu il BMT Konvensiyası:
3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
17. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya:
8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ. 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
18. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolu:
5. Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur.
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
20. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
21. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
26. Məhkəmə birgə nikahdan olan uşağın hansı valideynlə qalması məsələsini araşdıraraq qeyd edir ki, iddiaçının yetkinlik yaşına çatmayan övladının onun himayəsində saxlanılmasını istəməsi və birgə nikahdan olan uşağın atanın himayəsində saxlanılmasının uşağın marağını pozması halı aşkar edilmədiyindən birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X7 atası İddiaçı himayəsində saxlanılması qənaətinə gəlir.
27. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyinə və müayinə aktına əsasən komissiya yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X7 atası, iş üzrə İddiaçı himayəsinə verilməsini mümkün hesab edir. (§13).
28. Belə ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində (§16) istifadə edilmişdir Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§17) dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir.
29. İddiaçı iddia ərizəsində xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay üçün 175 manat alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin bu hissəsini də əsaslı hesab edir. Belə ki, məhkəmə iddia tələbinin aliment hissəsini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.(§20) “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi).(§20, §24) Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Qeyd edilənlərə əsasən, məhkəmə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X7 atasının- iddiaçının himayəsində saxlanılmasını nəzərə alaraq mülki iş üzrə cavabdeh Əliyeva (Fərəcova) Turan Rizvan qızından yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 175 manat məbləğində sabit alimentin tutularaq İddiaçı ödənilməsini uşağın və tərəflərin maraqlarına nəzərən məqsədəmüvafiq hesab edir. Məhkəmə alimentin məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflərin birgə nikahlarından olan digər övladlarıxx.xx.2014-cü il təvəllüdlü X6 mülki iş üzrə cavabdeh Əliyeva (Fərəcova) Turan Rizvan qızının himayəsində qalmasını nəzərə alaraq hər ay 175 manat sabit pul məbləğində alimentin təyin edilməsi hər iki tərəfin hüquqlarının müdafiəsi və uşaqların mənafeyi cəhətdən məqsədəuyğundur.
30. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulmasının başlanğıcı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, (§19) iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni, xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.
31. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X14 atası- mülki iş üzrə İddiaçı himayəsinə verilməli, xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Əliyeva (Fərəcova) Turan Rizvan qızından hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmə xərcləri:
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
33. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X14 atası- İddiaçı yanında saxlanılsın.
3. xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Əliyeva (Fərəcova) Turan Rizvan qızından hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin.
4. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh Əliyeva (Fərəcova) Turan Rizvan qızından tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
5. Alimentin tutulmasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın.
6. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin.
7. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
8. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Samirə Eyvazova