Məhkəmə qərarları › İş №e-2(011)-8900/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-8900/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8900/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh1 MMC-nə və LPO Cavabdeh3 ASC-nə qarşı – cavabdeh LPO Cavabdeh3 ASC ilə bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi və hesabından 3.503,41 manat borcun silinməsi, həmçinin dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, cavabdehlər Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun, LPO Cavabdeh3 ASC-nin (ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun) və Cavabdeh1 MMC-nin hüquqi ünvanları Bakı şəhəri Xətai rayonu ərazisində yerləşmir. İddia ərizəsində cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun və LPO Cavabdeh3 ASC-nin hüquqi ünvanları Bakı şəhəri, Babək prospekti 16 göstərilsə də, lakin, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı ünvan 3ərin hüquqi ünvanları Bakı şəhəri Xətai rayonu ərazisində olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərə qarşı mövcud iddia ərizəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia cavabdehlərdən hər hansı birinin ünvanının olduğu yerə görə məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aidliyini müəyyən etmək mümkün olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 56,05 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh1 MMC-nə və LPO Cavabdeh3 ASC-nə qarşı – cavabdeh LPO Cavabdeh3 ASC ilə bağlanmış xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi və hesabından 3.503,41 manat borcun silinməsi, həmçinin dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Hökumət ödəniş portalı vasitəsilə (qəbz:**********) ödənilmiş dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar