Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-917/2025 10.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi və öhdəliyin cavabdehin zərinə qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı 04 avqust 2022-ci il tarixdən Cavabdeh MMC-də Hüquqşünas vəzifəsində işə başlamışdır. Onunla şirkət arasında əmək müqaviləsi, maddi məsuliyyət və məxfilik haqqında müqavilə bağlanmışdır. İddiaçı şirkətdə 08 may 2023-cü il tarixində “hüquq şöbəsinin” direktoru, 02 aprel 2024-cü il tarixində “hüquq departamentinin” direktoru təyin olunmuşdur.
2. 02 sentyabr 2024-cü il tarixində şirkətin rəhbərin rəhbəri iddiaçı ilə görüşmüş, şirkətin “hüquq departamentinin” ləğv edildiyini və onunla olan əmək müqaviləsinin daha uzaldılmayacağını bildirmişdir. Lakin, hal-hazırda şirkətinin “hüquq departamenti” hələ də fəaliyyət göstərir.
İddiaçının tələbi:
3. İddia ərizəsinin təmin edilməsi və işçinin azad edilməsi haqqında əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi buraxmaya görə ödənilməyən əmək haqqı məbləğlərinin işçiyə ödənilməsi öhdəliyi, eləcə də mediasiya xərci olan 50 manatın yarısı, yəni 25 manat məbləğin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
4. Cavabdeh iddiaya heç bir münasibət bildirməmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, iddia müddətinin ötürülməsi əsassızdır. Əmək münasibətlərinə rəsmi olaraq xitam verilməsi 4 oktyabr 2024-cü il tarixində olmuşdur. İş materiallarına əlavə edilmiş qərarlara əsasən, ilk əvvəl müəssisənin daimi əsaslarla fəaliyyət göstərib göstərilməməsinə diqqət yetirilir. Bu şirkət Azərbaycan Respublikasında fəaliyyət göstərən 2-3 şirkətlərdən biridir. Həmçinin, digər əməkdaşlarla bağlanan əmək müqavilələrində müddətsiz bağlanmışdır. Burdan da şirkətin daimi əsaslarla fəaliyyət göstərildiyi görünür. Şirkət bəzi əməkdaşlarla müddətli, bəziləri ilə isə müddətsiz əmək müqaviləsi bağlanmışdır. O, işdən çıxan zaman işəgötürən ona təziq götərmiş, bildirmişdir ki, hüququ departamenti ləğv edilir. Onlar başqa şirkətlə müqavilə bağlayaraq işləri onlara həvalə edəcəklər. Lakin, bundan sonra isə hər hansı struktur dəyişikliyi edilməmişdir. İşəgötürənin əsas kimi göstərdiyi hərəkətlərdən heç biri yerinə yetirilməmişdir. Məhkəmədə iddia ərizəsini müdafiə etmiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, iddiaçının tələbi əmrin ləğv edilməsi və işə bərpa olunmasıdır. İddiaçı öz hüquqlarını kifayət qədər yaxşı bilən hüquqşünasdır. O, iddia ərizəsində qeyd etmişdir ki, 4 sentyabr 2024-cü il tarixində ona əmək müqaqviləsinin uzadılmasının mümkün olmayacağını bildirmişdirlər. Bundan sonra həmin tarixdə o, əmək müqaviləsinin uzaldılmamasına etiraz etmədiyini bildirmişdir. Tərəf hüququnun pozulduğunu 04 sentyabr 2024-cü il tarixində bilmiş, lakin hüquqlarının müdafiəsi üçün mediasiyaya 11 oktyabr 2024-cü il tarixində müraciət etmişdir. Yəni tərəf Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Tərəf öz izahatlarına onun hüquqlarının pozulduğunu, müddətli əmək müqaviləsinin pozulduğunu bildirmişdir. Lakin, tərəf müqavilənin müddətinin dəyişdirilməsinə etiraz etməməsinə dair ərizə yazmış, müqaviləyə xitam verilməsi barədə əmrin və əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin sürətlərini almış və onlara etiraz etməmişdir. Müddət ötürülmüşdür, tərəfə əvvəldən kifayət qədər xəbərdarlıq verilmiş və müqaviləyə xitam verilməsi ilə bağlı sənədləşmə hüquqauyğun aparılmışdır. Müddətli əmək müqaviləsi tərəflər etiraz etmirsə müddətli uzaldıla bilər. Həmçinin iddiaçı öz ərizəsində müddətli əmək müqaviləsinin müdddətinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. Ali Məhkəmənin Plenum Qərarı əmək müqaviləsinin təziq nəticəsində pozulması hallarına aiddir. Məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. 04 sentyabr 2024-cü il tarixli əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşmaya əsasən,
1. Əmək müqaviləsinin 2.2 və 2.3-cü bəndlərinə aşağıdakı redaksiyada yazılsın: 2.2. Bu Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müddətli olaraq bağlanmışdır. 2.3. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasıya sistemi vasitəsilə) xəbərdarlıq etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
8. Cavabdeh MMC tərəfindən verilmiş 101/K №-li, 26 sentyabr 2024-cü il tarixli əmrə əsasən, İddiaçı hüquq departamentinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir.
9. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/16-01647 №-li ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı mediassiya sessiyasında iştirak etmiş, Cavabdeh MMC-nin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərci ödəmişdir.
10. İddiaçı əmək kitabçasında edilmiş qeydə əsasən, xx.xx.2024-cü il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir.
11. İddiaçı oğlu tərəfindən verilmiş 04 sentyabr 2024-cü il tarixli ərizəyə əsasən, İddiaçı 04 sentyabr 2024-cü il tarixindən əmək müqaviləsinin müddətinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir.
12. Cavabdeh MMC tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqqında məlumat” bildirişə əsasən, İddiaçı onunla 04 avqust 2022-ci tarixli Əmək müqaviləsinin müddəti 04 oktyabr 2024-cü il tarixində bitir və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin uzaldılmaması nəzərdə tutulmuşdur.
13. Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı barəsində Xasiyətnamə.
14. Disk.
15. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Konstitusiyası: 35.İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. 35.İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 36.İİİ. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.
17. 1996-cı il 3 may tarixli Dəyişdirilmiş Avropa Sosial Xartiyası:
24. İşçilərin əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakıları tanımaq öhdəliyini götürürlər: a) bütün işçilərin, onların vəzifəsi və ya davranışı, yaxud müəssisənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilməməsi hüququ; b) qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilmiş işçilərin adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ. Bu məqsədlə Tərəflər əmək münasibətlərinə əsassız xitam verildiyini hesab edən işçinin qərəzsiz orqana şikayət etmək hüququnu təmin etmək öhdəliyini götürürlər.
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (AR ƏM): 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3.3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;
11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;
12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək.
14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
44. 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
46. 1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.
47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması;
73. 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
296. 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.
21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı. Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair tarixli 2 aprel 2021-ci il Qərarı.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, məhkəmə iştirakçılarının izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
24. Məhkəmə qeyd edir ki, AR ƏM-nin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən AR ƏM əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.
25. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
26. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı 04 avqust 2022-ci il tarixdən Cavabdeh MMC-də Hüquqşünas vəzifəsində işə başlamışdır. Onunla cavabdeh şirkət arasında əmək müqaviləsi, maddi məsuliyyət və məxfilik haqqında müqavilə bağlanmışdır. İddiaçı şirkətdə 08 may 2023-cü il tarixində “hüquq şöbəsinin” direktoru, 02 aprel 2024-cü il tarixində “hüquq departamentinin” direktoru təyin olunmuşdur. xx.xx.2024-cü il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. (§10) İddiaçı tərəfindən verilmiş 04 sentyabr 2024-cü il tarixli ərizəyə əsasən, İddiaçı 04 sentyabr 2024cü il tarixindən əmək müqaviləsinin müddətinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmişdir. (§11)
27. İddiaçı tərəf cavabdeh tərəfin daimi əsaslarla fəaliyyət göstərməsini, onunla müddətli əmək müqaviləsi bağlanılması üçün təziq edildiyini, işçilərin bəziləri ilə müddədli, bəziləri ilə müddətsiz əmək müqaviləsi bağlanılmaqla ayrı-seçkilik edildiyini əsas gətirərək iddia ərizəsinin təmin edilməsi və işdən azad edilməsi haqqında əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi buraxmaya görə ödənilməyən əmək haqqı məbləğlərinin işçiyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (§5)
28. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyində müddətli əmək müqaviləsinin bağlanılması imkanının müəyyən edilməsi məşğulluğa kömək, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət etməklə yanaşı, işəgötürənlərin müvəqqəti xarakterli ehtiyaclarının qarşılanmasına da imkan verir. Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə bağlı göstərilməlidir ki, Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
29. Əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. (§21)
30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. (§21)
31. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı əmək fəaliyyətinə başladığı şirkətdə işlədiyi müddət ərzində müxtəlif vəzifələrə təyin edilmiş olsa da hər zaman tərəflər arasında müddətli müqavilə bağlanmış, iddiaçı tərəf müddətli müqavilənin bağlanması zamanı ona təziq göstərildiyini, işşilər arasında ayrı-seçkilik olduğunu qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə cavabdeh tərəfin təqdim etdiyi whats up yazışmasında məlum olmuşdur ki, iddiaçı tərəf özünün hüquq şirkətini yaratmaq istəmiş, cavabdeh şirkətlə əməkdaşlıq etmək təklifi irəli sürmüş və əlavə məvacib ödənilməsini xahiş etmişdir. (§14)
32. Məhkəmə araşdırması zamanı işin faktiki hallarından da göründüyü kimi, iddiaçıya hər hansı təziq göstərilməmiş, iddiaçı cavabdeh şirkətdə 5 ildən az müddətdə işləmiş, əmək münasibətlərinə son verilməsində özü də maraqlı olmuşdur.
33. Məhkəmə qeyd edir ki, 04 sentyabr 2024-cü il tarixli əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşmaya əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək müddətli olaraq bağlanılmışdır. (§7) Göründüyü kimi, müddətli əmək müqaviləsinin müddəti tərəflərin razılığı əsasında müəyyən edilir və müqavilənin müddəti bitdikdə xitam verilir. Bu halda, bağlanmış əmək müqaviləsinin müddəti başa çatdıqda, ona xitam verərək əmək münasibətlərinə son vermək tərəflərin müstəsna hüququdur.
34. Həmçinin, Cavabdeh MMC tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqqında məlumat” bildirişə əsasən, İddiaçı 04 avqust 2022-ci tarixli Əmək müqaviləsinin müddətinin 04 oktyabr 2024-cü il tarixində bitəcəyi bildirilmişdir. (§12) Yəni, əmək müqaviləsinin bitdiyi vaxtdan 1 həftə keçmədən müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Belə olan təqdirdə cavabdeh tərəfindən Əmək qanunvericiliyinin tələbləri pozulmamış, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq müddəti gözlənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulması halı aşkar edilmədiyindən iddiaçının əmrin ləğv edilməsi və işə bərpa tələbi təmin edilməməlidir.
35. Cavabdeh tərəf öz izahında hazırki mülki iş üzrə iddia müddətinin tətbiqini məhkəmədən xahiş etsə də, mülki qanunvericiliyə uyğun olaraq yazılı qaydada məhkəməyə müraciət etməmişdir. Yazılı müraciət olmaması səbəbindən məhkəmə ƏM-nin 296.2-ci maddəsində nəzərdə tutulan 1 aylıq iddia müddəti ilə bağlı hər hansı mövqe bildirmir.
36. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əmrin ləğv edilməsi və işə bərpa hissəsində əsassız olduğundan digər hissələrdə də əsasızdır və rədd edilməlidir.
Məhkəmə xərcləri:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflərin siyahısına həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia rədd edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova