Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9231/2025 03.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Kazımova Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmək münasibətlərindən yaranan tam maddi məsuliyyət” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən vurulmuş 47680 manat məbləğində maddi ziyanın, 233 manat məhkəmə xərci, ümumilikdə 47913 manat vəsaitin Əbdülov Səid tərəfindənİddiaçı MMC- yə ödənilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirdi ki, tərəflər arasında xx.xx.2026-cı il tarixdə barışıq sazişi bağlandığından, barışıq sazişinin təsdiqlənməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında barışıq sazişinin bağlanmasına razı olduqlarını, məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iş üzrə barışıq sazişi təsdiq edilərək icrata xitam verilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2026-cı il tarixli barışıq sazişinə əsasən iddia tələbi ilə bağlı mübahisəni tərəflər qarşılıqlı razılaşma yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında mübahisə mövcud deyildir. Bu səbəbdən iddiaya məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barış sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı “Tam Store" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında xx.xx.2026-cı il tarixdə bağlanmış aşağıdakı məzmunlu Barışıq sazişi təsdiq edilsin: 2.1.Tərəflər qəbul edirlər ki, “İşçi” aralarında imzalanmış tam maddi məsuliyyət müqaviləsi üzrə “İşəgötürən” qarşısında tam maddi məsuliyyət daşıyır və aşağıdakı şərtlərlə bu barışıq sazişini imzalayırlar: 2.1.1. İşəgötürən e-2(011)-9231/2025 nömrəli iş üzrə iddia etdiyi ümumilikdə 47.913 (qırx yeddi min doqquz yüz on üç) manat vəsaitin 39.913 (otuz doqquz min doqquz yüz on üç) manat hissəsini İşçiyə güzəştə gedir. İşçi isə borcun məbləğinin 8.000 (səkkiz min) manat hissəsini İşəgötürənə bu müqavilə şərtləri üzrə ödəməyi öhdəsinə götürür. 3.1. Borclu qeyd olunan 8.000 (səkkiz min) manat vəsaiti məhkəmə qərardadı qanuni qüvvəyə mindiyi gündən etibarən hər ay 500 (beş yüz) manat olmaqla ödəməyi öhdəsinə götürür. 3.2.Ödənişlər hər ödəniş ayının sonunadək həyata keçiriləcəkdir. 3.3.Ödənişlər nağd və ya bank köçürməsi yolu ilə icra ediləcəkdir. 3.4.Borclu məbləği vaxtından əvvəl tam ödəmək hüququnu özündə saxlayır. 3.5.Tərəflər bu sazişin imzalanması ilə əvvəlki mübahisəni qarşılıqlı razılıq əsasında həll etdiklərini və işçiyə münasibətdə borc məbləğinin tam ödənilənədək öhdəlik daşıdığını təsdiq edirlər. İddiaçı “Tam Store" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “əmək münasibətlərindən yaranan tam maddi məsuliyyət” tələbi barədə iddia icraatına xitam verilsin. İddiaçı “Tam Store" MMC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2025-cı il tarixdə ödənilmiş (qəbz nömrəsi:**********03) 234 (iki yüz otuz dörd) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-9231/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9231/2025
03.03.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver