Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9246/2025 12.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi ilə İddiaçı Cavabdeh İB-nə qarşı işə bərpa tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə “Azərqaz” İstehsalat Birliyinin Sumqayıt Regional qaz istismar idarəsinin Abşreron rayonu üzrə Müayinə və istismara qəbul xidmətində mühəndisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh İsrehsalat Birliyinin xx.xx.2025-ci il tarixli 14-2-2-6/3-1K-2/2025 saylı əmrinin ləğv edilməsi, “Azərqaz” İstehsalat Birliyinin Sumqayıt Regional qaz istismar idarəsinin Abşeron rayonu üzrə Müayinə və istismara qəbul xidmətində mühəndisi vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə vəsatət təqdim edərək, hazırkı iddia ərizəsinə dair mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aynur Abdullayevanın icraatında olan e-2(011)-8358/2025 nömrəli mülki işlə birləşdirilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək tərəflərin eyni olduğunu və hər iki iddianın eyni hüquqi münasibətlərdən qaynaqlandığını, habelə işlərin bir icraatda birləşdirilməsinin işə daha sürətli, hərtərəfli və obyektiv baxılmasına xidmət edəcəyini nəzərə alaraq e-2(011)-9246/2025 saylı və e-2(011)- 8358/2025 saylı mülki işlərin vahid icraatında birləşdirilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, vəsatətlər təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aynur Abdullayevanın icraatında olan iddiaçı X1 Cavabdeh İB-nə qarşı AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən 2025-ci ilin oktyabr ayı üzrə əmək haqqının ¼ hissəsi ( 25 faiz ) məbləğində cərimə olunmasına dair “Azəriqaz” İB-nin xx.xx.2025 – ci il tarixli, 14- 2-2-6/3-1İ-259/2025 saylı əmrinin ləğv olunması tələbinə dair e-2(011)-8358/2025 saylı mülki iş vardır. Göstərilən iddia ərizəsi xx.xx.2025-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan hazırkı mülki iş üzrə İddiaçı Cavabdeh İB-nə qarşı olan iddia tələbi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aynur Abdullayevanın icraatında olan e-2(011)-8358/2025 saylı mülki iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırkı iş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e- 2(011)-8358/2025 saylı işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar əsasında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh İB-nə “Azərqaz” İstehsalat Birliyinin Sumqayıt Regional qaz istismar idarəsinin Abşreron rayonu üzrə Müayinə və istismara qəbul xidmətində mühəndisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh İsrehsalat Birliyinin xx.xx.2025-ci il tarixli 14-2-2-6/3-1K-2/2025 saylı əmrinin ləğv edilməsi, “Azərqaz” İstehsalat Birliyinin Sumqayıt Regional qaz istismar idarəsinin Abşeron rayonu üzrə Müayinə və istismara qəbul xidmətində mühəndisi vəzifəsinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair e-2(011)-9246/2025 saylı mülki iş üzrə icraata xitam verilsin və həmin mülki iş X1 Cavabdeh İBnə qarşı AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən 2025-ci ilin oktyabr ayı üzrə əmək haqqının ¼ hissəsi ( 25 faiz ) məbləğində cərimə olunmasına dair “Azəriqaz” İB-nin xx.xx.2025 – ci il tarixli, 14-2-2-6/3- 1İ-259/2025 saylı əmrinin ləğv olunması tələbinə dair e-2(011)-8358/2025 saylı mülki işlə birləşdirilsin. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-9246/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9246/2025
12.01.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver