Məhkəmə qərarları › İş №e-2(011)-93/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-93/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-93/2024 02.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh3 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 noyabr 2022-ci il tarixinə Cavabdeh3 kredit üzrə cəmi borcu 8.948,85 ABŞ dolları - bundan 6.285,36 ABŞ dolları əsas, 1.816,29 ABŞ dolları faiz, 321.72 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 525.48 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 135.64 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 2944-cü məhəllə, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 92, 45 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi tərəflər (birinci tərəf: ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2, borclu Cavabdeh3 və ipoteka qoyan Cəfərova Vahid Hilal oğlu) arasında tərtib olunmuş barışıq sazişini məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 25827-İF-KM-03/16 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə bank əməliyyat sistemində 6.285,36 (altı min iki yüz səksən beş ABŞ dolları 36 sent) ABŞ dolları əsas borcu, 1.816,59 (bir min səkkiz yüz on altı ABŞ dolları 59 sent) ABŞ dolları faiz borcu və 321.72 (üç yüz iyirmi bir ABŞ dolları 72 sent) ABŞ dolları cərimə borcu mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, xx.xx.2016-cı il tarixində bağlanmış istehlak kredit müqaviləsi (İD87228504, LD**********) üzrə əsas borcdan 1.500 (bir min beş yüz) ABŞ dolları məbləğinin 30 (otuz) iş günü müddətində ödənilməsi borclu tərəfindən təmin edilməlidir. 2.3. Bu Sazişin 2.2-ci bəndinin icrası təmin olunduqdan sonra kredit müqaviləsi üzrə qalıq əsas borc, 4.785,36 (dörd min yeddi yüz səksən beş ABŞ dolları, 36 sent) ABŞ dolları olmaqla, 24 (iyirmi dörd) ay müddətində ödəniş qrafiki üzrə hər ay 199.39 (bir yüz doxsan doqquz ABŞ dolları, 39 sent) ABŞ dolları borc məbləğini bərabər hissələrə bölünməklə ödənilməsini cavabdeh öz üzərinə götürür. 2.4. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə 2 (iki) ay ərzində əməl edilmədiyi halda, bu Saziş qüvvədən düşmüş hesab edilməklə, verilən güzəştlər ləğv edilir. 2.5. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.6. İpoteka qoyan Xətai rayonu, Əhmədli qəsəbəsi, 2944-cü məhəllə, M.Hadi küçəsi, ev 92, 45 nömrəli fərdi yaşayış evinin likvid dəyərinin 45.500 manat qiymətində müəyyən edilməklə, borcun təminatı olaraq ipotekada saxlanılmasına etiraz etmir. 2.7. Tərəflər razılaşır ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər cavabdeh tərəfindən və ipoteka qoyan tərəfindən pozulduqda və icra edilmədikdə tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2944-cü məhəllə, M.Hadi küçəsi, ev 92, 45 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə və açıq hərracdan satılmasına, əmlak satıldıqdan sonra ipoteka qoyanlar ipoteka predmeti olan əmlakın ən geci bir ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin iddiaçıya ödənilməsinə etiraz etmirlər. 2.8. Tərəflər razılaşırlar ki, Bu Sazişin 2.2 və 2.3-cü bəndində olan öhdəlik cavabdeh və ipoteka qoyan tərəfindən tam icra edilərək ödənildikdən sonra Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2944-cü məhəllə, M.Hadi küçəsi, ev 92, mənzil 45 ipoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad olunacaqdır. 2.9. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər cavabdeh və ipoteka qoyan tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək, mövcud kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi üçün müvaiq icra qurumuna müraciət ediləcəkdir. Məhkəmə hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Prosessual normanın mənasına görə işin məhkəmə baxışını davam etdirmək hüququ tərəflərə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1.-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2.-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında tərəflərə barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələri izah olunmuş, tərəflər Azərbaycan Respublikası MPM-nin 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyinin onlara aydın olduğunu bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 162, 191, 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ləğv prosesində olan İddiaçı ASC (nümayəndəsi X2) ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 25827-İF-KM-03/16 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə bank əməliyyat sistemində 6.285,36 (altı min iki yüz səksən beş ABŞ dolları 36 sent) ABŞ dolları əsas borcu, 1.816,59 (bir min səkkiz yüz on altı ABŞ dolları 59 sent) ABŞ dolları faiz borcu və 321.72 (üç yüz iyirmi bir ABŞ dolları 72 sent) ABŞ dolları cərimə borcu mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, xx.xx.2016-cı il tarixində bağlanmış istehlak kredit müqaviləsi (İD87228504, LD**********) üzrə əsas borcdan 1.500 (bir min beş yüz) ABŞ dolları məbləğinin 30 (otuz) iş günü müddətində ödənilməsi borclu tərəfindən təmin edilməlidir. 2.3. Bu Sazişin 2.2-ci bəndinin icrası təmin olunduqdan sonra kredit müqaviləsi üzrə qalıq əsas borc, 4.785,36 (dörd min yeddi yüz səksən beş ABŞ dolları, 36 sent) ABŞ dolları olmaqla, 24 (iyirmi dörd) ay müddətində ödəniş qrafiki üzrə hər ay 199.39 (bir yüz doxsan doqquz ABŞ dolları, 39 sent) ABŞ dolları borc məbləğini bərabər hissələrə bölünməklə ödənilməsini cavabdeh öz üzərinə götürür. 2.4. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə 2 (iki) ay ərzində əməl edilmədiyi halda, bu Saziş qüvvədən düşmüş hesab edilməklə, verilən güzəştlər ləğv edilir. 2.5. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.6. İpoteka qoyan Xətai rayonu, Əhmədli qəsəbəsi, 2944-cü məhəllə, M.Hadi küçəsi, ev 92, 45 nömrəli fərdi yaşayış evinin likvid dəyərinin 45.500 manat qiymətində müəyyən edilməklə, borcun təminatı olaraq ipotekada saxlanılmasına etiraz etmir. 2.7. Tərəflər razılaşır ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər cavabdeh tərəfindən və ipoteka qoyan tərəfindən pozulduqda və icra edilmədikdə tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2944-cü məhəllə, M.Hadi küçəsi, ev 92, 45 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə və açıq hərracdan satılmasına, əmlak satıldıqdan sonra ipoteka qoyanlar ipoteka predmeti olan əmlakın ən geci bir ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin iddiaçıya ödənilməsinə etiraz etmirlər. 2.8. Tərəflər razılaşırlar ki, Bu Sazişin 2.2 və 2.3-cü bəndində olan öhdəlik cavabdeh və ipoteka qoyan tərəfindən tam icra edilərək ödənildikdən sonra Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2944-cü məhəllə, M.Hadi küçəsi, ev 92, mənzil 45 ipoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad olunacaqdır. 2.9. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər cavabdeh və ipoteka qoyan tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək, mövcud kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi üçün müvaiq icra qurumuna müraciət ediləcəkdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi” tələbinə dair e-2(011)-93/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar