Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-93/2025 03.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Maraqlı şəxs ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “mənzilin naturada bölünməsi və sair” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Maraqlı şəxs ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “mənzilin naturada bölünməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 barışıq sazişi təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 barışıq sazişinin təsdiq edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən Maraqlı şəxs ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna uyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ilə Cavabdeh arasında 22 avqust 2024-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Sazişin şərtləri: Maddə 2. 2.1.1. Tərəflər qəbul edir ki ipoteka yolu ilə alınan Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küç, ev 87,89, mən 3 Yeni qaydalar-AZ1221 Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küç,89, M11, m3 mənzilin İddiaçı 1/2 hissədə payının əvəzi olaraq Cavabdeh, İddiaçı 35000 (otuz beş min) manat ödəyir, İddiaçı isə 35 000 (otuz beş min) manatı aldığı tarixdən Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küç, ev 87,89, mən 3 Yeni qaydalar-AZ1221 Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küç,89, M11, 3 nömrəli mənzilin 1/2 hissəsinə dair payından Cavabdeh xeyrinə imtina etməyi öhdəsinə götürür. 2.1.2. Tərəflər razılaşırlar ki, Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küç, ev 87,89, mən 3 Yeni qaydalar-AZ1221 Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küç,89, M11, 3 nömrəli mənzilin əldə edilməsi üçün götürülən kredit məbləğinin qalan hissəsini Cavabdeh tərəfindən ödəniləcək. 2.1.3. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küç, ev 87,89, mən 3 Yeni qaydalar-AZ1221 Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küç,89, M11, 3 nömrəli mənzilə dair ödənilən kredit məbləğləri, digər hər hansı ödənişlər, xərclər barədə Cavabdeh İddiaçı qarşı heç bir tələbi yoxdur, eyni zamanda gələcəkdə də hər hansı tələbi olmayacağını bildirir. 2.1.4. Cavabdeh birgə nikah dövründə əldə edilmiş aktivlər və passivlərlə bağlı hazırda İddiaçı qarşı hər-hansı bir tələbinin olmadığını, eyni zamanda gələcəkdə də olmayacağını bildirir. 2.1.5. İddiaçı birgə nikah dövründə əldə edilmiş aktivlər və passivlərlə bağlı hazırda Cavabdeh qarşı hər-hansı bir tələbinin olmadığını, eyni zamanda gələcəkdə də olmayacağını bildirir. Bu Saziş Azərbaycan dilində, 1 (bir) vərəqdə, 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə Bakı şəhəri Xətai Rayon Məhkəməsində iş materiallarında saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Tərəflərdən hər hansı biri bu saziş ilə üzərilərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. İddiaçı Cavabdeh qarşı Maraqlı şəxs ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “mənzilin naturada bölünməsi və sair” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-93/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-93/2025
03.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver