Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9497/2025 19.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Kazımova Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və məcburi sığorta ödənişlərinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı - “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və məcburi sığorta ödənişlərinin ödənilməsi” tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında barışıq əldə olunaraq, saziş tərtib edilərək imzalandığından, barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında razılıq əldə olunduğundan, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iş üzrə barışıq sazişi təsdiq edilərək icrata xitam verilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2026-cı il tarixli barışıq sazişinə əsasən iddia tələbi ilə bağlı mübahisəni tərəflər qarşılıqlı razılaşma yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında mübahisə mövcud deyildir. Bu səbəbdən iddiaya məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barış sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 arasında xx.xx.2026-cı il tarixdə bağlanmış aşağıdakı məzmunlu Barışıq sazişi təsdiq edilsin: 2.1."İddiaçı və "Cavabdeh"aralarında yaranmış "Əmək mübahisəsinə dair" mülki iş ilə bağlı mübahisəyə son qoyaraq, aralarında olan mübahisəni barışıq yolu ilə həll etmək barədə razılığa gəldiklərini bəyan edirlər. 2.2."Cavabdeh" "İddiaçı'ya iddiaçının əmək kitabçasında, mərkəzləşdirilmiş elektron informasiya sistemində və "Əmək müqaviləsinin xitam verilməsi barədə" 474-K nömrəli, 03 dekabr 2025-ci il tarixli Əmrində iddiaçının əmək fəaliyyətinə xitam verilməsinin hüquqi əsasında yol verilmiş nöqsanı (yanlışlığı) qəbul edir, həmin hissənin hüquqi əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddənin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) və həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsinə yəni işçi öz təşəbbüsü ilə ("İşçi başqa işə götürənlə əmək müqaviləsi bağlanmasına görə" işdən azad olunmasına düzəliş ötməyi, bundan sonra "İddiaçı'ya qarşı əmək mübahisəsindən irəli gələn pul və digər tələblər irəli sürməyəcəyini öz öhdəsinə götürür. 2.3."İddiaçı" "Cavabdeh"ə bunun müqabilində "Cavabdeh"ə qarşı irəli sürmüş olduğu iddia tələbindən tam imtina edir. Həmçinin, "İddiaçı" gələcəkdə "Cavabdeh"ə qarşı əmək mübahisəsindən irəli gələn pul və digər tələblər ilə bağlı şikayət və iddia irəli sürməyəcəyini öz öhdəsinə götürür. 3.1."Cavabdeh" "İddiaçı"nın 474-K nömrəli, 03 dekabr 2025-ci il tarixli əmrində, əmək kitabçasında və mərkəzləşdirilmiş elektron informasiya sistemində /e.gov.az/ əmək fəaliyyətinə xitam verilməsinin hüquqi əsasında yol vermiş nöqsanı aradan qaldırması barədə düzəlişi "Tərəflər" bu Sazişi imzalandıqdan dərhal sonra icra edir. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və məcburi sığorta ödənişlərinin ödənilməsi” tələbi barədə iddia icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-9497/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9497/2025
19.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver