Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-9508/2025 17.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq Müəyyənetdi: İddia tələbi: İddiaçı MTK Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CY2-7402 nömrəli mənzil üzrə 3,484.80 manat xidmət haqqı və 856.17 manat dəbbə pulu olmaqla cəmi 4,340.97 manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 63.41 manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı MTK-nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK və Cavabdeh ilə arasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, 8 Noyabr prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və 8 Noyabr prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə (sahə 2 – ƏTPM-nin cizgisi üzrə)/ünvan 1 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən, “Kotyard 2” saylı binanın 4-cü mərtəbəsində yerləşən, ümumi tikinti sahəsi 145.2 kv.m. olan 7402 saylı mənzilin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli CY2-243/23 saylı müqavilə imzalanmışdır. Eyni zamanda cavabdeh ilə iddiaçı arasında həmin mənzilə dair çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli CY2-243/23 saylı müqavilə imzalanmışdır. İddiaçı qeyd olunan mənzili cavabdehə xx.xx.2023-cü il tarixində təhvil vermişdir. Odur ki, mənzil üzrə xidmət haqqı 2023-cü ilin sentyabr ayından etibarən hesablanmağa başlanmışdır. Hazırda bu mənzilə görə cavabdehin 2024-cü ilin avqust ayından başlayaraq, 2025-ci ilin noyabr ayı da daxil olmaqla, olan dövr üçün ödənilməmiş borcu yaranmışdır. Cavabdehin 7402 saylı mənzil üzrə əlavələrdəki cədvəldə göstərildiyi kimi 2025-ci ilin noyabr ayı da daxil olmaqla, xidmət haqqı üzrə ümumi əsas borcu 3,484.80 manat, gecikməyə görə xx.xx.2025-ci il tarixinə hesablanmış ümumi dəbbə pulu 856.17 manat təşkil edir. İddiaçı cavabdehə xidmət haqqlarının ödənilməsi barədə dəfələrlə xəbərdarlıq etmişdir. Belə ki, cavabdehə borc barədə ayrı-ayrılıqda xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli bildirişlər göndərilmiş, habelə şifahi şəkildə də xəbərdarlıqlar edilmişdir. xx.xx.2025-ci il tarixli elektron poçt məktubunda cavabdeh yaranmış borcu ödəməkdən boyun qaçırmadığını, bu öhdəliyi icra edəcəyini bildirmişdir. Bunlara baxmayaraq, cavabdeh indiyə qədər borclarının ödənilməsindən yayınmaqdadır. İddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir, lakin cavabdeh müqavilələr üzrə xidmət haqqının ödənişindən yayınmaqdadır. Tərəflər arasında bağlanmış müvafiq alqı-satqı müqaviləsinin 5.2.8-ci yarımbəndinə əsasən, Müştəri əsaslı tamamlanma tarixindən başlayaraq Şirkət tərəfindən göstərilən texniki, xidmət, idarəetmə, təhlükəsizlik, inzibati və digər xidmətlərlə bağlı xidmət haqqlarının bu sənədə qoşulmuş Əlavə №4-də nəzərdə tutulduğu kimi aylıq əsasda Şirkətə ödənilməsinə görə məsuliyyət daşıyır. Həmin alqı-satqı müqaviləsinin 5.2.12-ci yarımbəndinə əsasən, Müştəri Əlavə 4-də qeyd olunana Xidmətlərə görə xidmət haqqını vaxtında və tam ödəməlidir. Həmin alqısatqı müqaviləsinə Əlavə №4-ün 1-ci bəndində iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlər göstərilir. Həmin Əlavə №4-ün 3-cü bəndinə görə, Müştəri göstərilən xidmətlərin müqabilində şirkətə əmlakın ümumi tikinti sahəsinin hər kvadrat metri üçün hər ay 1.50 manat məbləğində xidmət haqqı Təhvil-Təslim Aktı imzalandığı tarixindən etibarən ödəməyi öhdəsinə götürür. Tərəflər arasında imzalanmış çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilənin 2.3.1-ci yarımbəndinə əsasən, Sifarişçi müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş xidmətləri idarə edəndən təhvil almaq və xidmət haqqını bu müqavilə və onun müvafiq əlavələri ilə müəyyən olunmuş şərtlərlə vaxtlı-vaxtında ödəmək öhdəliyi daşıyır. Həmin müqavilənin 3.2-ci bəndinə görə, ödəniş Azərbaycan manatı ilə idarə edən tərəfindən hazırlanmış hesab-faktura üzrə sifarişçi tərəfindən idarə edənə nağd və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.3-cü bəndinə görə, ödəniş sifarişçi tərəfindən gecikdirildikdə, idarə edən hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində cərimə tətbiq etmək hüququna malikdir. Həmin müqavilənin 5.4-cü bəndinə görə, sifarişçi müqavilə üzrə müəyyən olunmuş müddətdə ödənişləri yerinə yetirmədikdə icraçıya hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəyəcək. Həmin müqavilənin 9-cu bəndinə görə, bu müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir. Tərəflər arasında yaranmış mübahisələr bu qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaq. Həmin müqavilənin Əlavə №1-in 2-ci bəndində sifarişçiyə göstərilən xidmətlər ətraflı sadalanır. Həmin müqavilənin Əlavə №1-in 3-cü bəndinə görə, sifarişçi binadakı ona məxsus mənzil və qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün icraçıya ƏDV daxil 1.50 manat aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin Əlavə №1-in 6-cı bəndinə görə, xidmət haqqı hər cari ay üçün əvvəlcədən, müvafiq hesab-fakturanın təqdim olunduğu tarixdən 3 iş günündən gec olmayaraq sifarişçi tərəfindən nağd və ya idarə edənin bank hesabına köçürmə yolu ilə ödənilir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İddiaçı MTK ilə Cavabdeh arasında bağlanılmış 08 sentyabr 2023-cü il tarixli CY2-243/23 saylı alqı-satqı müqaviləsi və 15 sentyabr 2023-cü il tarixli CY2-243/23 saylı həmin mənzilə dair çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin verilməsi haqqında müqaviləyə əsasən məlum olur ki, həmin mənzil cavabdehə xx.xx.2023-cü il tarixində təhvil vermişdir. Mənzil üzrə xidmət haqqı 2023-cü ilin sentyabr ayından etibarən hesablanmağa başlanmışdır. İddiaçı MTK-nın Cavabdeh ünvanladığı bildirişlərə əsasən məlum olur ki, bank, cavabdehə 10 iş günü ərzində borcunun ödənilməsini, əks təqdirdə vaxtından əvvəl olaraq borc məbləğinin ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. 24 noyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 3484.80 manat əsas, 856.17 manat isə cərimə borcu vardır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 435-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azəraycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 33,79 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 08 sentyabr 2023cü il tarixli CY2-243/23 saylı alqı-satqı müqaviləsi və 15 sentyabr 2023-cü il tarixli CY2- 243/23 saylı həmin mənzilə dair çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin verilməsi haqqında müqaviləsi bağlanmış həmin mənzil cavabdehə xx.xx.2023-cü il tarixində təhvil vermişdir. Mənzil üzrə xidmət haqqı 2023-cü ilin sentyabr ayından etibarən hesablanmağa başlanmışdır. Cavabdehin həmin müqavilələr üzrə 2025-ci ilin noyabr ayı da daxil olmaqla, xidmət haqqı üzrə ümumi əsas borcu 3,484.80 manat, gecikməyə görə xx.xx.2025-ci il tarixinə hesablanmış ümumi dəbbə pulu 856.17 manat təşkil edir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməməsi iş materialları ilə sübut olunduğundan, iddia tələbi təmin edilməli, Cavabdeh 15 sentyabr 2023-cü il tarixli CY2- 243/23 saylı həmin mənzilə dair çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin verilməsi haqqında müqaviləsinə əsasən 3,484.80 manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği 10%-dək azaldılaraq, cavabdehdən xidmətlərin verilməsi müqaviləsi üzrə 348 manat məbləğində dəbbə pulu(cərimə) tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 3,484.80 manat əsas borc, 348 manat cərimə borcu olmaqla, ümumilikdə 3,832.80 manat borc tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq 63.41 manat. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 63.41 manat dövlət rüsumunun 75 %, yəni 47.55 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 25 %, yəni 15.86 manat iddiaçıya aid edilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 15 sentyabr 2023-cü il tarixli CY2-243/23 saylı çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin verilməsi haqqında müqaviləsinə əsasən CY2-7402 nömrəli mənzil üzrə 3,484.80 manat əsas borc, 348 manat cərimə borcu olmaqla, cəmi 3832.80 manat pul vəsaiti İddiaçı MTK-nın xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 63.41 manat dövlət rüsumunun 75 %, yəni 47.55 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 25%, yəni 15.86 manat iddiaçıya aid edilsin Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova İş № e-2(011)-9508/2025 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Bakı şəhəri Xətai Rayon Məhkəməsi Mən, hakim Abbasova İlahə Namiq Kamal qızı, İddiaçı MTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada 17 fevral 2026-cı il tarixdə saat 14:10-da Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etdim. Protokol 17 fevral 2026-cı il tarixdə tərtib olundu. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-9508/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-9508/2025
17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver