Məhkəmə qərarları › İş №e-2(012)-1014/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1014/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1014/2021 22.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh (üçüncü şəxs: "xxxx" MTK) qarşı mənzilin alqısatqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə daşınmaz əmlakın boşaldılmaqla geri təhvil verilməsi və dəymiş maddi ziyanın tutulması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh (üçüncü şəxs: "xxxx" MTK) qarşı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə daşınmaz əmlakın boşaldılmaqla geri təhvil verilməsi və dəymiş maddi ziyanın tutulması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməklə, 27 yanvar 2015-ci il tarixli İH/B-A-(b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqaviləsinin ləğv edilməsini və həmin müqavilə üzrə Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m. olan 2 otaqlı 99 saylı mənzilin boşaldılaraq iddiaçı "xxxx" MMC-nə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği 20.40 (iyirmi manat 40 qəpik) manatın Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli İH/B-A-(b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqaviləsinə əsasən Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 2 otaqlı 99 saylı mənzili "xxxx" ASC vasitəsilə kredit xətti üzrə hissə-hissə aylıq annunitet məbləğdə ödənilməsi şərti ilə satılmışdır. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 nömrəli Kredit müqaviləsinə əsasən, sözügedən 27 yanvar 2015-ci il tarixli İH/B-A- (b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqaviləsinə əsasən Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 2 otaqlı 99 saylı mənzilin alınması məqsədilə 120 (bir yüz iyirmi) ay müddətinə illik 14 (on dörd) faiz dərəcəsi ilə ödəmək şərti ilə 36200 (otuz altı min iki yüz) manat məbləğində kredit vəsaiti ayrılmış və istifadə edilmişdir. 27 yanvar 2015-ci il tarixli 15/022 nömrəli Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən borcalan Cavabdeh üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0.1%-i məbləğində borc verənə dəbbə pulu ödəməlidir. Müddəadan göründüyü kimi tələb üzrə öhdəlik Cavabdeh aiddir. Lakin borc verən "xxxx" ASC borclu Cavabdeh vaxtında və lazımi qaydada icra edilməyən kredit öhdəliklərini, daha konkret olaraq 34919.32 (otuz dörd min doqquz yüz on doqquz, 32 qəpik) manat əsas borc, 4851.12 (dörd min səkkiz yüzəlli bir, 12 qəpik) manat faiz borcu və 1419.38 (bir min dörd yüz on doqquz, 38 qəpik) manat cərimə borcu olmaqla, cəmi 41189.82 (qırx bir min bir yüz səksən doqquz, 82 qəpik) manat borcu məhkəmə qaydasında tələb edir. Bundan başqa, Cavabdeh ilə "xxxx" ASC arasında 27 yanvar 2015-ci il tarixli 15/022 nömrəli İpoteka müqaviləsi bağlanaraq kredit öhdəliyinin icrasının təmini üsulu kimi Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 2 otaqlı 99 saylı mənzili girov kimi qeydə alınmışdır. Lakin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq qaydada ipoteka Bankın xeyrinə yüklü edilməmişdir. İddiaçı qismində LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh və Cəmiyyətə qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi üzrə məhkəmə çəkişməsi getmiş və yekunlaşmışdır. Məhkəmə aktlarını xronoloji ardıcıllıqla aşağıda sadalanır: İsmayıllı rayon məhkəməsinin 2(037)-251/2018 nömrəli 10.05.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi; Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada 34619,32 manat əsas borc, 10193,88 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 44843.20 manat kredit borcunun alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması; iddia tələbinin tutmanın Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 ünvanında salınmış, “AAAF-Park 3” yaşayış massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 99 nömrəli mənzilinə yönəldilməsi; ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsinə dair hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Ləğv etmə prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1939/2018 nömrəli 08.10.2018-ci il tarixli qərardadla iddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilməklə, İsmayıllı rayon məhkəməsinin 2(037)-251/2018 nömrəli 10.05.2018-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin tutmanın Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 ünvanında salınmış, “AAAF-Park 3” yaşayış massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 99 nömrəli mənzilinə yönəldilməsi; ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsinə dair hissəsi ləğv edilmiş və həmin hissədə baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin MKnın 2(107)-1939/2018 nömrəli 08.10.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin nümayədəsi X1 apellyasiya şikayəti təmin edilməməklə, İsmayıllı rayon məhkəməsinin 2(037)- 251/2018 nömrəli 10.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.02.2019-cu il tarixli 2(102)-1591/19 nömrəli Qərarına əsasən cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 2(107)-1939/2018 nömrəli 08.10.2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 2(107)-1478/2019 nömrəli 14.06.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı rayon məhkəməsinin 2(037)-251/2018 nömrəli 10.05.2018-ci il tarixli qətnaməsi "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi; Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada 34619,32 manat əsas borc, 10193,88 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 44843.20 manat kredit borcunun alınaraq "xxxx" ASC-yə verilməsi hissəsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.12.2019-cu il tarixli 2(102)-7697/19 nömrəli Qərarına əsasən cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 14.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, çıxarılan qətnamə üzrə aylıq ödənişləri ödəyir. "xxxx" ASC ilə kredit borcunun ödənilməsi ilə bağlı aralarında mübahisə yoxdur. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Üçüncü şəxs: "xxxx" MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli İH/B-A-(b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqavilədən görünür ki, Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF- Park 3” Yaşayış Massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 2 otaqlı 99 saylı mənzili "xxxx" ASC vasitəsilə kredit xətti üzrə hissə-hissə aylıq annunitet məbləğdə ödənilməsi şərti ilə satılmışdır. -Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 nömrəli Kredit müqaviləsindən görünür ki, 27 yanvar 2015-ci il tarixli İH/B-A-(b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqaviləsinə əsasən Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 2 otaqlı 99 saylı mənzilin alınması məqsədilə 120 (bir yüz iyirmi) ay müddətinə illik 14 (on dörd) faiz dərəcəsi ilə ödəmək şərti ilə 36200 (otuz altı min iki yüz) manat məbləğində kredit vəsaiti ayrılmış və istifadə edilmişdir. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən borcalan Cavabdeh üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0.1%-i məbləğində borc verənə dəbbə pulu ödəməlidir; -İsmayıllı rayon məhkəməsinin 2(037)-251/2018 nömrəli 10.05.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada 34619,32 manat əsas borc, 10193,88 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 44843.20 manat kredit borcunun alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin tutmanın Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 ünvanında salınmış, “AAAF-Park 3” yaşayış massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 99 nömrəli mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsinə dair hissəsinin təmin edilməməsi qət edilmişdir; -Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1939/2018 nömrəli 08.10.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 apellyasiya şikayəti təmin olunmamış, İsmayıllı rayon məhkəməsinin 2(037)-251/2018 nömrəli 10.05.2018-ci il tarixli qətnaməsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada 34619,32 manat əsas borc, 10193,88 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 44843.20 manat kredit borcunun alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır; -Şəki Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 2(107)-1478/2019 nömrəli 14.06.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı rayon məhkəməsinin 2(037)-251/2018 nömrəli 10.05.2018-ci il tarixli qətnaməsi "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi; Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada 34619,32 manat əsas borc, 10193,88 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 44843.20 manat kredit borcunun alınaraq "xxxx" ASC-yə verilməsi hissəsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.12.2019-cu il tarixli 2(102)-7697/19 nömrəli Qərarının surətindən görünür ki, "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 14.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. -18.03.2014-cü il tarixli "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin surətindən görünür ki, Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 (səksən beş) faizindən artıq olmayan hissəsinin illik 14 (on dörd) faizlə 120 (bir yüz iyirmi) ay müddətə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. -Ləğv prosesində olan "xxxx" ASC-nin ləğedicisi, Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" MMC-yə yönəldilmiş, 23.10.2017-ci il və 20.11.2017-ci il tarixli məktubların surətlərindən və qaimələrin surətlərindən görünür ki, kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi üçün tədbirlərin görülməsi xahiş olunmuşdur. -30.03.2021-ci il tarixli mədxil qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən 100 (yüz) manat LPO Texnikabank ASC-nin hesabına ödənilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli İH/B-A-(b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqaviləsi ilə Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 2 otaqlı 99 saylı mənzili "xxxx" ASC vasitəsilə kredit xətti üzrə hissə-hissə aylıq annunitet məbləğdə ödənilməsi şərti ilə cavabdehə satılmışdır. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 nömrəli Kredit müqaviləsinə əsasən, sözügedən 27 yanvar 2015-ci il tarixli İH/B-A-(b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqaviləsinə əsasən mübahisəli mənzilin alınması məqsədilə 120 (bir yüz iyirmi) ay müddətinə illik 14 (on dörd) faiz dərəcəsi ilə ödəmək şərti ilə 36200 (otuz altı min iki yüz) manat məbləğində kredit vəsaiti ayrılmış və istifadə edilmişdir. Göründüyü kimi tələb üzrə öhdəlik Cavabdeh aiddir. Cavabdeh ilə "xxxx" ASC arasında 27 yanvar 2015-ci il tarixli 15/022 nömrəli İpoteka müqaviləsi bağlanaraq kredit öhdəliyinin icrasının təmini üsulu kimi Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 2 otaqlı 99 saylı mənzili girov kimi qeydə alınmışdır. Lakin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq qaydada ipoteka Bankın xeyrinə yüklü edilməmişdir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Göründüyü kimi borclu Cavabdeh vaxtında və lazımi qaydada kredit öhdəliklərini icra etmədiyindən, yəni 34919 manat 32 qəpik əsas borc, 4851 manat 12 qəpik faiz borcu və 1419 manat 38 qəpik cərimə borcu olmaqla, cəmi 41189 manat 82 qəpik borcu qaytarmadığından iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh və Cəmiyyətə qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, artıq qanuni qüvvəsini almış İsmayıllı Rayon Məhkəməsinin 2(037)-251/2018 nömrəli 10.05.2018-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilmiş, Cavabdeh və "xxxx" MMCdən müştərək qaydada 34619,32 manat əsas borc, 10193,88 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 44843.20 manat kredit borcunun alınaraq "xxxx" ASCyə verilməsi qət edilmişdir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan mənzili müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə vermiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1. maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 27 yanvar 2015-ci il tarixli İH/B-A-(b)/0017 saylı mənzilin alqı-satqısı haqqında müqaviləsi ləğv edilməli və həmin müqavilə üzrə Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m. olan 2 otaqlı 99 saylı mənzil boşaldılaraq iddiaçı "xxxx" MMC-nə təhvil verilməli, habelə ödənilmiş dövlət rüsumu məbləği 20.40 (iyirmi manat 40 qəpik) manatın Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 27 yanvar 2015-ci il tarixli İH/B-A-(b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqaviləsi ləğv edilsin. Həmin müqavilə üzrə Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m. olan 2 otaqlı 99 saylı mənzil boşaldılaraq iddiaçı "xxxx" MMC-nə təhvil verilsin, habelə ödənilmiş dövlət rüsumu məbləği 20.40 (iyirmi manat qırx qəpik) manatın Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar