Məhkəmə qərarları › İş №e-2(012)-1038/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1038/2021

27.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1038/2021 27.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 Tapdıq qızına, Cavabdeh5 Tapdıq qızına qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, onun ailə üzvləri və orada məskunlaşmış digər şəxslərin üzərinə Xırdalan şəhəri, Tağıyev küçəsi 1, Təmir tikinti Səyyar mexaniki dəstənin yerləşdiyi 0.0434 ha sahəsində (koordinatlar X 394874.56 - Y4477642.17, X 394896.6099 - Y4477663.5187, X 394904.699 - Y4477652.4784, X 394900.7008 - Y4477644.4821, X 394897.1399 - Y4477641.1712, X 394877.9532 - Y 4477634.2786) qanunsuz tikilmiş fərdi yaşayış evlərinin sökülməsi, tikinti materialların daşınması, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirməsi və torpaq sahəsinin boşaldılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyət hüququ əsasında ümumi birgə pay hüququna malikdir. Qeyd edilmiş əmlak iddiaçı və digər iki payçılar da daxil olmaqla vərəsəlik əsasında ataları X1. X16 sağlığında ünvan 1 ünvanında yerləşən Təmir tikinti Səyyar mexaniki dəstənin yerləşdiyi 10439.8 kv.m sahəni aksion vasitəsi ilə X18 ilə birlikdə mülkiyyət hüquqi əsasında əldə etmişdir. Sonralar müəyyən vaxtlarda həmin torpaq sahəsini hissə-hissə fərqli insanlara qanuni əsaslarla satmış və yerdə qalmış sahəni 4 ayrı-ayrı hissələrə bölməklə ümumi birgə payçı olan X19 ilə bölmüşdür. Yerdə qalan torpaq sahəsinin üzərində hər hansı tikinti olmadığından ünvan verilməmiş, fərqli sənədlər, fərqli ünvanlar qeyd edilmişdir. Bunun nəticəsində mülkiyyətlərində torpaq sahəsi əldə edilmişdir. Mübahisə predmeti məhz qeyd edilmiş torpaq sahələri ilə bağlıdır. Belə ki, yuxarıda qeyd edilmiş torpaq sahələri qanunsuz olaraq müəyyən şəxslər tərəfindən zəbt edilmiş, orada qanunsuz olaraq tikinti aparmış, özlərinə fərdi yaşayış evləri tikmiş və halhazırda yaşamağa davam edirlər. Dəfələrlə torpağı boşaltmağı və təhvil verməyi tələb etmələrinə baxmayaraq, bu günə qədər bunu etməmişlər. Həmin torpaq sahəsi Cavabdeh1, onun ailə üzvləri və digər şəxslər tərəfindən zəbt edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, və onun ailə üzvlərinin, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 Tapdıq qızının, Cavabdeh5 Tapdıq qızının və orada məskunlaşmış digər şəxslərin üzərinə Xırdalan şəhəri, Tağıyev küçəsi 1, Təmir tikinti Səyyar mexaniki dəstənin yerləşdiyi 0.0434 ha sahəsində (koordinatlar X 394874.56 - Y4477642.17, X 394896.6099 - Y4477663.5187, X 394904.699 - Y4477652.4784, X 394900.7008 - Y4477644.4821, X 394897.1399 - Y4477641.1712, X 394877.9532 - Y 4477634.2786) qanunsuz tikilmiş fərdi yaşayış evlərinin sökülməsi, tikinti materialların daşınması, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirməsi və torpaq sahəsinin boşaldılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyib izahatında bildirdi ki, məcburi köçkün olduqları üçün qaçkınkom özü onları 1993-cü ildə oraya yerləşdirib. Onunla bərabər bir neçə ailə oraya müvəqqəti yerləşdirilib. Onun ünvanında 2 ailə var. Mübahisəli torpaq sahəsində qəbir daşlarının hazırlanması sexi olmuşdur. Həmin sexi ev kimi bərpa etmişlər, əlavə olaraq mətbəx tikib yaşamaq üçün şərait yaratmışlar. Qeyd olunan torpaq sahəsində nəyinki o, habelə Könül, Könülüün 2009-cu il təvəllüdlü qızı Nurtac, 2004-cü il təvəllüdlü qızı Nurcan, Mətanət və Surayə adlı şəxslər də yaşayır. Mətanət və Surayə adlı şəxslərin tikililəri ayrıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakın Özəlləşdirilməsi Departmenti tərəfindən verilmiş özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən 000139 nömrəli şəhadətnamənin surətindən görünür ki, X10 və X7 rayonu, Xırdalan qəsəbəsi, Tağıyev küçəsi, 1 ünvanında yerləşən Təmir tikinti Səyyar mexaniki dəstənin yerləşdiyi 10439,8 kv.metr torpaq sahəsini 8.873.830 manata satın almışlar. Bu şəhadətnamə ilə rəsmiləşdirilən torpaq sahəsi 27.06.2002-ci il tarixdə 000139 qeydiyyat nömrəsi ilə X6 və X11 adına daimi toxunulmaz xüsusi mülkiyyəti hüququ əsasında 1 nömrəli reyestr kitabının 24-cü səhifəsində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 21.06.2018-ci il tarixdə tərtib edilmiş A seriyalı 268569 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakın Özəlləşdirilməsi Departmenti tərəfindən verilmiş özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən 000139 nömrəli 27.06.2002-ci il tarixli şəhadətnamə əsasında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən **********86 reyestr nömrəli 0.0434 ha torpaq sahəsinə dair X11 və X6 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.043 ha torpaq sahəsi 23.11.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X4, İddiaçı və X8 adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 974 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14 aprel 2021-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, Cavabdeh1 faktiki istifadəsində olan 0,0423 ha torpaq sahəsi və tikililər (yaşayış evi və köməkçi tikili) X9, İddiaçı və X8 23.11.2018 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0434 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Yerinə yetirilmiş işin ümumi smeta dəyəri 311 manat təşkil edir. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2021-ci il tarixli 10/1925 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 faktiki istifadəsində olan 0,0423 ha torpaq sahəsi və tikililər (yaşayış evi və köməkçi tikili) X9, İddiaçı və X8 23.11.2018 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0434 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 0.043 ha torpaq sahəsi İddiaçı, X5 və X8 ümumi birgə mülkiyyətindədir. Hazırda iddiaçı ona məxsus olan qeyd olunan 0.043 torpaq sahəsinin cavabdehlər Cavabdeh1, onun ailə üzvləri, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 onun uşaqları Cavabdeh4 Tapdıq qızı və Allahverdiyeva Nurtac Tapdıq qızı və orada məskunlaşmış digər şəxslər tərəfindən zəbt olunduğunu iddia edərək, cavabdehlərin üzərinə həmin torpaq sahəsində qanunsuz tikilmiş fərdi yaşayış evlərinin sökülməsi, tikinti materiallarının daşınması, torpaq sahəsini əvvəlki vəziyyətə gətirilməsi və torpaq sahəsinin boşaldılması öhdəliyinin qoyulmasını xahiş edir. Mülki iş üzrə təyin edilmiş inşaat-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi və Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, Cavabdeh1 faktiki istifadəsində olan 0,0423 ha torpaq sahəsi və tikililər (yaşayış evi və köməkçi tikili) İddiaçı, X9 və X8 23.11.2018 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0434 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsində, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Beləliklə, məhkəmə iddia tələbinin tikintinin və torpaq sahəsinin boşaldılması hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə tərəflərin izahatları, ekspert rəyi və işin materialları ilə təsdiqini tapdığından əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh1 ailə üzvlərinin və digər şəxslərin üzərinə torpaq sahəsində qanunsuz tikilmiş fərdi yaşayış evlərinin sökülməsi, tikinti materialların daşınması, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və torpaq sahəsinin boşaldılması öhdəliyinin qoyulması” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə digər şəxslərə münasibətdə qeyri-müəyyəndir, sökülməsi tələb olunan tikililəri isə cavabdehlər tikməmişlər.Cavabdeh Məhərrəm Allahverdiyevin izahatından göründüyü kimi onlar məcburi köçkün kimi gələrkən qeyd edilən ünvandakı hazır tikilidə məskunlaşmışlar, onlar tərəfindən orada tikinti işləri aparılmamışdır. Ona görə də,məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, onun azyaşlı uşaqları Cavabdeh4 Tapdıq qızı və Allahverdiyeva Nurtac Tapdıq qızı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 23.11.2018-ci il qeydiyyat tarixli, **********86 reyestr nömrəli çıxarışa əsasən İddiaçı, X9 və X8 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.043 ha torpaq sahəsindən və onun üzərindəki tikilidən çıxarılmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. İddia tələbi qismən təmin edilmədiyinə görə, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi bərabər olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli, ekspertizanın keçirilməsi məhkəmənin təşəbbüsü ilə aparıldığından aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə ekspertizası xərcinin 25 manat hissəsi iddiaçıdan, 25 manat hissəsi isə bərabər olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Eləcə də mütəxəsiss rəyinin alınması üçün 311 manat məhkəmə xərcinin 155,5manat iddiaçıdan t155.5 manatı isə bərabər qaydada cavabdehlərdən tutularaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və onun uşaqları Cavabdeh4 Tapdıq qızı və Allahverdiyeva Nurtac Tapdıq qızı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 23.11.2018-ci il qeydiyyat tarixli, **********86 reyestr nömrəli çıxarışa əsasən İddiaçı, X9 və X8 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.043 ha torpaq sahəsindən və onun üzərindəki tikilidən çıxarılsınlar. İddia digər hissədə təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi bərabər olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. Məhkəmə ekspertizanın keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatın 50 manat məhkəmə ekspertizası xərcinin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə bərabər olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Mütəxəsiss rəyinin alınması üçün 311 manat məhkəmə xərcinin 155,5 manat İddiaçı, 155.5 manatı isə bərabər qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 tutularaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar