Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1044/2023 30.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «mənzilin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25739 manat dəyəri ödənilmiş "xxxx" MMCnin təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən 14 mərtəbəli yaşayış evinin Xİİİ mərtəbə, ümumi sahəsi 96,4 kv m olan, İV blok, izolə edilmiş 3 otaqdan ibarət mənzilin ona təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin hüquqi varisi olan cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, əsas tələbin yerinə yetirilməsi hər hansı səbəbdən cavabdehin imkanı xaricində olarsa mənzilin satış dəyəri kimi ödənilmiş 25739 manat vəsaitin və qanunsuz istifadəsinə görə mərkəzi bankın uçot dərəcəsi üzrə hesablanmış 21108,45 manat miqdarında faizin, yəni cəmi 46847,45 manatın ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, "xxxx" MMC-nin təsisçiləri və payçılarının vəsaiti hesabına Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1 A ünvanda inşa edilən 14 mərtəbəli yaşayış binasında 515 saylı, 21 fevral 2012-ci il tarixli müqavilə üzrə 25739 manat miqdarında dəyəri ödənilmiş İV blok, Xİİİ mərtəbə, ümumi sahəsi 96,4 kv m olan izolə edilmiş 3 otaqdan ibarət mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin hüquqi varisi olan Cavabdeh MTK-nin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2012-ci ildə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisi olduğu "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış 515 saylı müqavilə əsasında cavabdeh Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 301 saylı sərəncanı ilə ayrılmış Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tagıyev küçələrinin kəsişdiyi ünvandakı torpaq sahəsində cavabdehin hüquqi varisi olduğu "xxxx" MMC-nin təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən 14 mərtəbəli yaşayış evinin Xİİİ mərtəbə, ümumi sahəsi 96,4 kvm olan, İV blok, izolə edilmiş 3 otaqdan ibarət mənzili iddiaçıya satmışdır. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahə üçün 267 manat razılaşdırılmış və 5 gün ərzində mənzilin razılaşdırılmış dəyərinin 40 %-nin ödənilməsi tələb olunsa da müqavilənin 3.1 bəndinə və 515 saylı xx.xx.2012 tarixli maliyyə arayışına əsasən iddiaçı müqavilə imzalanan gün mənzilin dəyərini, yəni 25739 manatı cavabdehə tam olaraq ödəmişdir. Lakin keçən müddət ərzində dəfələrlə cavabdehə müraciət olunsa da, cavabdeh belə bir mənzilin verilməsinə məsuliyyət daşımadığını bildirərək müqavilə öhdəliklərini yerinə yetirməmiş, müqavilənin "xxxx" MMC ilə baglandığını və bu müqavilənin cavabdehə aidiyyəti olmadığını bildirmişdir. Buna görə o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə vəkil sorğusu vermiş və 2 saylı Ərazi Vergilər Baş idarəsindən 02 sentyabr 2022 tarixli cavab məktubu almışdır. Cavab məktubunda bildirilmişdir ki, təsisçilərin xx.xx.2015-ci il tarixli ümumi yığıncağının qərarına əsasən "xxxx" MMC-nin adı və təşkilati hüquqi forması dəyişdirilərək "xxxx" Mənzil Tikinti Kooperativi kimi müəyyən edilmişdir ki, bu da yuxarıda istinad edilən müqavilənin icrasına bilavasitə cavabdehin, yəni hüquqi varis kimi "xxxx" MTK-nın məsuliyyət daşıdığını təsdiq edir. İddiaçı xx.xx.2022-ci il tarixində SS806918742AZ poçt göndərişi ilə cavabdehə xəbərnaməli məktubla müraciət etmiş və bu məsələnin məhkəmədənkənar, yəni danışıqlar yolu ilə həll edilməsinə səy göstərmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixində həmin məktubu alsa da məktuba cavab verməmiş və iddiaçının pozulmuş əmlak hüququnu könüllü şəkildə bərpa edib iddiaçıya məxsus olan 96,4 kvm sahəli 3 otaqlı mənzili iddiaçıya təhvil verilməsi haqqında müraciətini cavabsız qoymuşdur. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan 21 fevral 2012-ci il tarixli, 515 saylı müqavilədən görünür ki, icraçı "xxxx" MMC Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 13-cü mərtəbəsində ümumi sahəsi 96,4 kvadrat metr olan, İV blok, izolə edilmiş 3 otaqlı mənzil pay kimi payçı İddiaçına verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21 fevral 2012-ci il tarixli, 515 saylı maliyyə arayışından görünür ki, İddiaçı Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 13-cü mərtəbəsində ümumi sahəsi 96,4 kvadrat metr olan, İV blok, izolə edilmiş 3 otaqlı mənzilə görə 25739 manat məbləğində pul ödəmişdir. İddiaçı MMC-yə heç bir borcu yoxdur. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 21 fevral 2012-ci il tarixli, 515 saylı müqaviləyə əsasən cavabdeh təşkilat Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 13-cü mərtəbəsində ümumi sahəsi 96,4 kvadrat metr olan, İV blok, izolə edilmiş 3 otaqlı mənzil tikib pay kimi payçıya, yəni İddiaçına təhvil verməyi öhdəsinə götürmüş, payçı isə öz nöbəsində müqavilədə nəzərdə tutulan mənzilin dəyərini tam ödəməklə mənzili təhvil almaq öhdəliyi götürmüş, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq "xxxx" MMCnin hüquqi varisi olan Cavabdeh MTK tərəfindən müqavilənin şərtləri pozularaq mənzil iddiaçıya təhvil verilməmişdir. Həmçinin iş materialları, iddiaçının vəkili-nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçının cavabdehlə 21 fevral 2012-ci il tarixli, 515 saylı müqavilə mahiyyətinə görə həmin müqavilənin mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, mübahisə edilməyən hallarıdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə bu normalara istinadən hesab edir ki, "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK 21 fevral 2012-ci il tarixli, 515 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 13-cü mərtəbəsində ümumi sahəsi 96,4 kvadrat metr olan, İV blok, izolə edilmiş 3 otaqlı mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıdığı üçün mübahisəli mənzili iddiaçıya təhvil verməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin 13-cü mərtəbəsində ümumi sahəsi 96,4 kvadrat metr olan, İV blok, izolə edilmiş 3 otaqlı mənzil tərəflər arasında bağlanmış 21 fevral 2012-ci il tarixli, 515 saylı müqavilə əsasında Cavabdeh MTK tərəfindən İddiaçına təhvil verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1044/2023
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-1044/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver