Məhkəmə qərarları › İş №e-2(012)-106/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-106/2024

10.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-106/2024 10.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.05 ha və 0.0237 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində iddiaçının mülkiyyətində 0.05 ha və 0.0237 ha torpaq sahəsi var. Həmin torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin torpaq sahələrinin müəyyən hissələri cavabdeh tərəfindən zəbt olunmuş və hazırda o, həmin sahəyə mişar daşı tökərək tikinti işləri aparmaq istəyir. Dəfələrlə cavabdehdən torpaq sahəsinin boşaldılmasını tələb etmiş, lakin o, buna heç bir məhəl qoymamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, mütəxəssis rəyi ilə cavabdeh tərəfindən iddiaçıya məxsus 0,0237 ha torpaq sahəsinin zəbt olunması öz təsdiqini tapdığından iddianın təmin edilməsini, cavabdehin iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0237 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, iddiaçıya məxsus torpaq sahəsi tərəflərindən zəbt olunmamışdır Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında dəvət edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 04 saylı Abşeron Ərazi İdarəsinin mühəndisi X3 bildirdi ki, cavabdehə məxsus torpaq sahəsi dövlət aktına əsasən verilən kənd təsərrüfatı təyinatlı torpaq sahələridir, sürüşmə zonasına düşən ərazilərdir.İddiaçıya verilən sənədlər isə bələdiyyə sənədinə əsasən verilmişdir. İddiaçı sənədi sonradan əldə etdiyindən torpaq sahəsinin koordinatları yerindədir. Cavabdehə məxsus torpaq sahəsi sxem üzrə göründüyü kimi iddiaçıya məxsus torpaq sahələri ilə qonşu torpaq sahələri deyildir. Cavabdehin hazırda istifadə etdiyi torpaq sahəsi faktiki istifadəsindədir. Cavabdeh tərəfindən yığılan daşlar faktiki olaraq iddiaçının mülkiyyətində olan 0,237 ha torpaq sahəsinin üzərinə düşür. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********84 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0237 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********70 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,078 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/8523 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın birinci, ikinci, üçüncü, dördüncü və beşinci sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-11440/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1149 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.0237 ha torpaq sahəsinin planölçüsü koordinatları ilə Cavabdeh adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 942 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.078 ha torpaq sahəsinin plan-ölçüsü koordinatları elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bildiririk ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlə Planı” hazırlanmışdır. Nəzərinizə çatdırırıq ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3339 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın 4-cü sualı üzrə: Cavabdeh adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrində 942 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.045 ha torpaq sahəsinin plan-ölçüsü sənədində göstərilən koordinatlar ilə (sənəd üzrə) Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür. Qərardadın 5-ci sualı üzrə: İddiaçının faktiki istifadəsində olan torpaq sahəsində cavabdehə məxsus tikililər mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.05 ha və 0.0237 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/3339 nömrəli ekspert rəyinə əsasən Cavabdeh adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrində 942 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.045 ha torpaq sahəsinin plan-ölçüsü sənədində göstərilən koordinatlar ilə (sənəd üzrə) Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür, lakin həmin ərazidə yerləşən 0,0237 ha torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt olunmuş, ora daş tökülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışına əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0237 ha torpaq sahəsindən cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsi, iş üzrə iddiaçı tərəfindən mütəxəssis rəyi verilməsi üçün ödənilmiş 340 manat məbləğin 170 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda iş üzrə 100 manat məbləğində ekspertiza xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 50 manatı iddiaçıdan, 50 manatı cavabdehdən tutulub Ekspertiza Mərkəzinin hesabına köçürülsün Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışına əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0237 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın. Cavabdeh iddiaçı tərəfindən mütəxəssis rəyi verilməsi üçün ödənilmiş 340 manat məbləğin 170 manat hissəsi tutularaq İddiaçı verilsin. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 100 manat məbləğindəki dövlət rüsumunun 50 manat hissəsi, iş üzrə iddiaçı tərəfindən mütəxəssis rəyi verilməsi üçün ödənilmiş 340 manat məbləğin 170 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddiaçı 50 manat, Cavabdeh 50 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar