Məhkəmə qərarları › İş №e-2(012)-1076/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1076/2025

04.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1076/2025 04.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Cavabdeh Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6-Xızı Regional Təhsil İdarəsi) qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və gecikdirilmiş hər gün üçün ödənişin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6-Xızı Regional Təhsil İdarəsi) qarşı əmrin ləğv edilməsi, işə bərpa və gecikdirilmiş hər gün üçün ödənişin verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru Nümayəndə2 onun işdən azad edilməyi barədə xx.xx.2024-cü il tarixli 259 nömrəli əmrinin ləğv edilməsi, onun Xırdalan şəhəri 2 nömrəli məktəbin riyaziyyat müəllimi vəzifəsinə işinə bərpa edilməyi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2008-ci ildə Xırdalan şəhəri 2 saylı tam orta məktəbində riyaziyyat fənni üzrə müəllim təyin edilmiş, üzərinə düşən vəzifələri layiqincə və bacarıqla yerinə yetirmişdir. İşlədiyi müddət ərzində heç bir əmək intizamı qaydasının pozuntusuna yol verməmiş və ona görə də intizam cəzası almamışdır. Məktəbdə bu sahədə yaranmış nöqsan və qanunsuzluqlara qarşı çıxmağı məktəb direktoru Nümayəndə2 xoşuna gəlməmiş, ona qərəzli münasibət sərgiləmişdir. Həmin qərəzli münasibətdən məktəbin direktoru tərəfindən barəsində 22 may 2024-cü il tarixli 125 saylı əmrlə töhmət intizam tənbeh tətbiq edimişdir. Əmrin ləğv edilməsi üçün Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, №»2(012)-4443/2024 saylı qətnaməsinə əsasən iddia ərizəsi təmin edilmiş, cavabdeh Xırdalan şəhəri 2 saylı tam orta məktəbinin onun barəsində töhmət intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə 22 may 2024-cü il tarixli 125 saylı əmri ləğv edilmişdir. İddianı təmin edərkən məhkəmə qeyd edir ki, töhmət “Müəllimələrin etik davranış qaydaları” haqqında qərara əsasən verilmişdir. Lakin, sözügedən qərar ləğv olunaraq qüvvədən düşmüş və onun yerinə “Təhsilverənlərin etik davranış qaydaları” təsdiq edilmişdir. Amma Xırdalan şəhər 2 saylı tam orta məktəbin 22 may 2024-cü il tarixli 125 saylı əmrində ona töhmət verilmənin əsaslarında “Təhsilverənlərin etik davranış qaydaları”na istinad olunmuş, əvvəlki qüvvədən düşmüş qaydalara əsaslanılmışdır. Beləliklə, əmr maddi hüquq normalarının pozulması ilə verilmişdir. Buna görə məhkəmə iddianı əsaslı hesab etmişdir. Qətnamədən aydın görünür ki, məhkəmədə cavabdeh intizam tənbehi verilməsini onunla əsaslandırmışdır ki, guya o, davamlı olaraq özünə məxsus sosial media səhifəsində işlədiyi şagird və müəllim kontingenti arasında heç bir sübut olmadan rəhbərliyinin rüşvətxor olmasına dair həqiqətə uyğun olmayan və böhtan mənfi fikirlər formalaşdırmağa çalışmış, valideynlərin və müəllimlərin şəxsi həyatlarına müdaxilə etmişdir. Məhkəmə tərəfindən həmin töhmət əsassız və qanunsuz olduğundan ləğv edildiyi halda, az keçməmiş tənqidlərinə görə onu təqib edən məktəbin direktoru Nümayəndə2 məhkəmədə səsləndirdiyi eyni əsaslara istinad etməklə onu işdən azad etmişdir. Halbuki gətirdiyi dəlillər onun işdən azad edilməyi üçün heç vaxt əsas ola bilməz. Əgər direktor hesab edirsə ki, o, böhtan atır və məktəb müəllimləri, valideyn və şagirdlər arasında nüfuzuna xələl gətirən əməllərə yol vermiş, onda bununla bağlı director məhkəməyə müraciət edə bilərdi. Lakin direktor Nümayəndə2 04 noyabr 2024-cü il tarixli, 259 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən azad edilmişdir. İşdən azad edilməyinin əsasları barədə ona tələb etsə də heç bir məlumat verilməmişdir. Bildirir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin cavabdehin əsaslandırmalarından görünür ki, onun işdən azad edilməyi heç də əmək funksiyalarını və ya üzərinə düşən öhdəliklərini yerinə yetirməməyi ilə bağlı olmamışdır. Onun dərs verdiyi sinif göstəricilərinə görə məktəbdə qabaqcıl sinif olmaqla nümunəvidir. Şagird və valideynlər arasında yüksək nüfuza və hörmətə malikdir. Onu direktor məktəbdəki qanunsuzluq və nöqsanları işıqlandırdığı, buna görə onları tənqid etdiyi üçün habelə onu təhqir etdiyinə görə onu məhkəməyə verdiyi üçün təqib edərək işdən azad etmişdir. Nöqsan və qanunsuzluqlara göz yummaq, məktəb rəhbərliyini qanunsuz əməllərinə görə tənqid etməmək onun əmək funksiyalarına daxil deyildir və üzərinə əmək müqaviləsi ilə belə bir öhdəlik də qoyulmamışdır. Direktor Nümayəndə2 onu öz vəzifə səlahiyyətlərindən istifadə edərək haqlı tənqidlərinə görə vəzifədən azad etməsi sırf qanunsuz əməldir, vəsifəsindən sui-istifadə etmədir. O, bu əmək mübahisəsinin sonunda qanun qarşısında cavab verməlidir. Qanunverciliyin tələbinə əsasən, əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin işdən azad olduqdan sonra əmək kitabçası vaxtında ona təqdim edilməmişdir. Onu xx.xx.2024-cü il tarixdə tələbindən sonra ona vermişlər. MPM-nin 149.2.4-1-ci maddəsinə müvafiq olaraq "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək mübahisələri üzrə tərəflər məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməlidirlər. Mübahisənin sülh yolu ilə həll edilməsi üçün mediasiya təşkilatına müraciət etsə də, qarşı tərəf mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Bu barədə mediasiya təşkilatından ona 02 dekabr 2024-cü il tarixdə müvafiq arayış verilmişdir.Odur ki, iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini müdafiə edərək iddiasında qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, növbəti məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, 2-3 ildir ki, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir. Həmin vaxtdan etibarən həmin məktəbdə riyaziyyat müəlliməsi işləyən İddiaçı davranışları və hərəkətləri barəsində məlumatı olmuşdur. Lakin o, məsələnin böyüməməsi üçün əlindən gələni etmişdir. İddiaçının onu təhqir etməsinə, şagird və müəllim kollektivi arasında nüfuzunu aşağı salmasına baxmayaraq, onun iddiaçıya qarşı heç bir qərəzi olmamışdır. Lakin iş o yerə gəlmişdir ki, artıq kütləvi şəkildə valideynlər, müəllimlər iddiaçı ilə bağlı şikayətlərlə, ərizələrlə ona müraciət etmişlər. Bundan əlavə qeyd edir ki, töhmətlə bağlı digər məhkəmə prossesindəd iştirak etmiş 63 yaşlı Mətanət adlı müəlliməyə qiymətləndirmədən 59 bal topladığına görə təhqirəmaniz və alçaldıcı sözlər demişdir. İddiaçının hərəkətləri son həddədir. Hətta ondan əvvəlki rəhbərliyin iddiaçının hərəkələrinə göz yumması qəribədir, ola bilər ki, həmin rəhbərliyin iddiaçıdan çəkindiyi hallar olmuşdur. Bundan əlavə, iddiaçı Aysel adlı müəllimənin 9-cu sinifinə daxil olaraq şagirdləri təhdid etmişdir. Bundan başqa qeyd edir ki, iddiaçı ona yaxınlaşaraq 5e sinfinin ona verilməsini istəmişdir. O isə iddiaçıya 5ə sinfini verə biləcəyini bildirmişdir. Otaqdan çıxdıqdan sonra iddiaçı onun 5e sinfini satdığını deyərək qışqırmışdır. Bu məsələlər 2024-cü ilin aprel ayından başlamışdır. İddiaçı ona “Paşinyanın yerlisisən, ermənisən” sözlərini işlətməsi ona ən çox təsir edən və toxunan haldır. İddiaçı müəllim adına layiq deyil, müəllim adına yaraşmayan hərəkətlər etmiş, nalayiq ifadələr səsləndirmişdir. Bu səbəbdən iddiaçının məktəbdə işləməsi qəbuledilməzdir. Odur ki, o, iddiaçının iştirakı olmamasına baxmayaraq, işə baxılaraq yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş cavabdeh Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2 vəkili və nümayəndəsi Vəkil2 izahatında və etirazında bildirmişdir ki, iddia ərizəsində iddiaçının istinad etdiyi fakt və hallarını nəzədən keçirərkən ınəiıım olur ki, iddia ərizəsinin dəlilləri ilə açıq-aşkar qanunsuz olduğuna görə razılaşmır, onu qəbul etmir və etirazını aşağıdakılarla əsaslandırır. İlk öncə qeyd edir ki, xx.xx.2024-cü il tarixli töhmət intizam cəzasının verilməsi ilə bağlı Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin əsassızlığı barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilmiş və sözügedən qətnaməyə apellyasiya məhkəməsində baxılacaqdır. Bu səbəbdən İddiaçı verilmiş intizam cəzası hüquqi mövqe baxımından hazırkı vaxtadək öz qüvvəsindədir. Eyni zamanda diqqətə çatdırır ki, xx.xx.2024-cii il tarixdə İddiaçı verilmiş töhmət intizam cəzası hazırkı iddia tələbinin predmetinə daxil deyildir və həmin faktla heç bir əlaqəsi və bağlılığı yoxdur. İddiaçı işdən azad olunmasına səbəb davamlı olaraq etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, yaratdığı özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu idafələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və bununla bağlı məktəb rəhbərliyinə daxil olmuş çoxsaylı şikayətlər, sənədlər və barəsində toplanmış material olmuşdur. Qanunun tələbi baxımından iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edir ki, iddia ərizəsi ümumi, qeyri-müəyyən və mücərrəd fikirlərdən ibarət olmaqla, orada qanuniliyi mübahisələndirilən əmrin ləğv edilməsi üçün konkret və aydın dəlilə və ya fakta istinad edlməmişdir. Ona görə də iddiaçının tələbi qanuni və əsaslı sayıla bilməz. İşin faktiki halları ilə bağlı bildirir ki, Xırdalan şəhər 2 nömrəli Tam Orta məktəbin riyaziyyat müəllimi işləyərkən İddiaçı tərəfindən “Təhsilverənlərin etik davranış Qaydaları»tın tələbləri davamlı olaraq pozularaq, özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin direktorunun, müavinlərinin, müəllimlərin əmək fəaliyyətinə və nüfuzuna xələl gətirən, müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz ifadələr işlətməsi, işlədiyi məktəbin şagird və valideyn kontingenti arasında heç bir sübut olmadan məktəbin rəhbərliyinin rüşvətxor olmasına dair həqiqətə uyğun olmayan və böhtan xarakterli mənfi fikirlər formalaşdırmağa çalışması, valdeynlərin və müəllimlərin şəxsi həyatlarına müdaxilə etməsi müəyyən edilmişdir. Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləyərkən İddiaçı elik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və kobud şəkildə pozması, o cümlədən, “Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 23.3.5-ci və 23.3.8-ci maddələri ilə müəyyən edilmiş vəzifələrinə və “Təhsilverənlərin etik davranış Qaydalar»ının loyallıq etik davranış prinsipinə dair 2.3-cti və 2.3.2-ci bəndlərinin, mədəni davranış prinsipinə dair 2.4. 2.4.1 -ci və 2.4.2-ci bəndlərinin, ictimai etimad davranış prinsipinə dair 2.6, 2.6.2-ci və 2.6.3-cti bəndlərinin, xidməti davranış qaydasına dair 3.3-cü bəndinin və xidməti fəaliyyətdən kənar davranış qaydasına dair 4.3-cii bəndinin tələblərinə əməl etməməsi barədə yazılı müraciətlər (ərizə, təqdimat, məlumat, arayış, protokol, akt və s.) Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinə daxil olmuşdur. Bundan başqa etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, yaratdığı özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu idafələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və kobud şəkildə pozması ilə əlaqədar riyaziyyat müəllimi vəzifəsində işləyərkən İddiaçı səbəbini göstərmədən izahat verməkdən, dəfələrlə dəvət edilməsinə baxmayaraq, onunla bağlı məsələnin məktəbin pedaqoji şurasının yığıncağında və həmkarlar təşkilatının yığıncağında müzakirəsi zamanı orada iştirak etməkdən səbəblərini göstərmədən imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” yarımbəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, mıiəssisədaxili intizam qaydalarını pozduqda, işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər. Beləliklə, riyaziyyat müəllimi vəzifəsində işləyən İddiaçı yuxarıda qeyd olunan hərəkətləri onunla bağlanmış əmək müqaviləsində müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) kobud şəkildə pozması kimi qiymətləndirilərək onunla əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin qeyd edir ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi işləmiş İddiaçı davranışına mövqe bildiriləndə nəzərə alınmalıdır ki, hal-hazırda Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə 6000-nə yaxın şagird təhsil alır, pedaqoji kollektiv üzvlərinin sayı isə 450 nəfərdən artıqdır. Beləliklə, hesab edir ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi işləmiş İddiaçı tərəfindən “Təhsilverənlərin etik davranış Qaydaları" nın tələblərinin pozulduğu təsdiqini tapdığına görə Əmək Məcəlləsinə əsasən onun əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı sayılacaqdır. Göstərilənlərə əsaslanaraq, məhkəmədən İddiaçı iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında əmr xx.xx.2024-cü il tarixində imzalanmışdır. Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Nümayəndə2 04 oktyabrda onlara həmin məktəbin riyaziyyat müəllimi olan İddiaçı mütəmadi olaraq etik davranış qaydalarını pozmasına dair müraciət ünvanlamış və idarə tərəfindən qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparılmış və iddiaçının mütəmadi olaraq məktəb, direktor, müəllimlər və Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində social şəbəkələrdə paylaşımlar etdiyi məlum olmuşdur. Odur ki, iddiaçının əmək qanunvericiliyini pozması halları nəzərə alınmış, lakin əmək müqaviləsinə xitam verilməsi səlahiyyətinin məktəb direktorunda olması, müəllimənin izahatı alındıqdan sonra intizam məsuliyyətinin olub-olmamasının müəyyən ediləcəyi direktora bildirilmişdir. Bundan əlavə Təhsil nazirinin 05 mart 2009-cu il tarixli, 270 №-li əmri ilə təsdiq edilmiş “Sinif rəhbərinin əsasnaməsi”ndən də davranış qaydaları barədə məlumat öz əskini tapmışdır. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X4 ifadəsində bildirmişdir ki, o, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin 9a sinfinin sinif rəhbəridir. Onun əvvəllər iddiaçı ilə münasibəti yaxşı olsa da, hazırda münasibətləri yoxdur. Belə ki, iddiaçı onun sinfinin riyaziyyat müəlliməsidir. Hər dəfə sinfinin şagirdlərinin yanında onu, rəhbərliyi pisləmiş və uşaqlara mənfi təsir göstərmişdir. Qeyd edir ki, sinfin şagidləri iddiaçının onun barəsində “it balası sinif rəhbəriniz” ifadəsini işlətmişdir. İddiaçı şəxsi ədavət məsələlərini şagirdlərin yanında danışır. Sosial şəbəkədə onu paylaşaraq onun köstəbəyə oxşadığını demişdir. Direktorun nəinki iddiaçıya, heç bir müəlliməyə qarşı qərəzi, pis münasibəti olmamışdır. İddiaçının məktəbin 80 faizi ilə münasibəti pisdir. İddiaçı məktəbin direktora, direktor müavininə, müəllimlərə təhqiramiz adlar qoymuş, ələ salmışdır. Odur ki, valideynlər iddiaçının həmin sinfə dərs keçməməsi barədə ərizələr yazmışlar. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X7 ifadəsində bildirmişdir ki, onun oğlu X13 rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbində X1 oxuyur. Həmin sinifdə riyaziyyat dərsini iddiaçı keçir. Belə ki, onun övladı epilepsiya xəstəsidir. Oğlu dərsdən gələndə həyəcanlı və pis vəziyyətdə gəlmişdir. İddiaçı dərsdə uşaqlara direktorun və müəllimlərin haqqında danışmış və təhqiramiz ifadələr səsləndirmişdir. İddiaçı Aysel müəllimə haqqında “it balası” ifadəsini səsləndirmişdir. Bundan əlavə övladı dərsə 1 dəq gecikmiş və iddiaçı heç bir güzəşt etmədən və qayib çox olarsa buraxılış imtahanına buraxılmayacağını bilərək qayib yazmışdır. İddiaçı riyaziyyat dərsini keçmək əvəzinə uşaqların yanında onlara aidiyyatı olmayan məsələlər danışır. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X8 ifadəsində bildirmişdir ki, onun oğlu Aysel müəllimənin sinfində oxuyur. Belə ki, övladı evə gələndə Vəfa müəllimənin onlara dərs keçmədiyini və yalnız müəllimlər barəsində təhqirlər etdiyini bildirmişdir. İddiaçının etdikləri onun övladına çox təsir etmişdir. Odur ki, onun iddiaçı ilə şəxsi qərəzi yoxdur, sadəcə iddiaçı dərs keçmir, yalnız telefonda social şəbəkələrə daxil olur və müəllimləri, sinif rəhbərini pisləyir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X10 ifadəsində bildirmişdir ki, onun övladı 11-ci sinifdə oxuyur və iddiaçı həmin sinfin sinif rəhbəridir. Onun övladı əlaçıdır və qırmızı attestat almışdır. Lakin iddiaçının müəllimlər, direktor barədə dedikləri onun övladına təsir göstərmişdir və hazırda övladı iddiaçıya görə psixoloji təzyiq altındadır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadələrini dinləyib, onların iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - İşəgötürən Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin direktoru X9 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixində Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbində riyaziyyat müəlliməsi olaraq işə qəbul edilmişdir. -Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 259 saylı əmrdən çıxarışdan görünür ki, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbində məktəbin riyaziyyat müəllimi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xx.xx.2024-cü il tarixindən ləğv edilməsi qərara alınmışdır. -Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin həmkarlar Komitəsinin sədrinin məktəbin direktoruna ünvanladığı məktubdan görnür ki, xx.xx.2024cü il tarixli, 2302 nömrəli məktubunuza cavab olaraq bildirirlər ki, Abşeron rayon, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi vəzifəsində çalışan İddiaçı əmək funksiyalarını və xidməti vəzifəsini icra etməməsi, o cümlədən “Ümumi Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 23.3.5, 23.3.8-ci maddələri ilə müəyyən edilmiş vəzifələrinə və “Təhsilverənlərin etik davranış Qaydaları”na əməl etməməsi əmək vəzifələrini kobud şəkildə pozma hesab olunduğuna görə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndi ilə xitam verilməsi məsələsinə Abşeron rayon, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli iclasında baxılmış və İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsası ilə ləğv olunması məqsədəmüvafiq hesab edilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-4443/2024 saylı qətnaməsindən görünür ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin İddiaçı barəsində «töhmət» intizam tənbeh tədbirinin verilməsi barədə xx.xx.2024-cü il tarixli 125 saylı əmrinin ləğv edilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-271/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Xırdalan şəhər 2 saylı tam orta məktəbin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(012)-4443/2024 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Xırdalan Şəhər 2 saylı tam orta məktəbinə qarşı “töhmət” intizam tənbehi haqqında əmrin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-07 nömrəli 15 may 2024-cıi il tarixli qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydalar’ının: - 4.3-cü bəndinə əsasən təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. - 3.5-ci bəndində göstərilir ki, müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. - 5.1-ci bəndinə əsasən, etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir. Məhkəmə qeyd edir ki, milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir və Məcəllənin əsasını təşkil edən prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X3 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə, müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. - 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. - 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. - 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddədə işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halları sadalanmışdır: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. - 186-cı maddənin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır - 187-ci maddənin İ hissəsinə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. - 300-cü maddəsinin İ hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Məhkəmə həmçinin qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Beləliklə də, qanunvericiliyə əsasən işəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilmiş və qeyd edilən normada işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Sözügedən normada qeyd edilən 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən etmişdir: Məhkəmə daha sonra qeyd edir ki, işçiyə işəgötürən tərəfindən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi sonuncuya qanunvericiliklə verilən hüquqdur. İşin materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehi tətbiq edilməsini sonuncu qanunsuz sayaraq direktor Nümayəndə2 onu öz vəzifə səlahiyyətlərindən istifadə edərək haqlı tənqidlərinə, məktəbdəki qanunsuzluq və nöqsanları işıqlandırdığı, buna görə onları tənqid etdiyinə görə, habelə onu təhqir etdiyi, töhmət cəzası ilə bağlı məhkəməyə verdiyi üçün təqib edərək əmək müqaviləsinə xitam verməsini vəsifəsindən sui-istifadə etməsi kimi qiymətləndirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh və 3-cü şəxs isə iddiaya etiraz edərək iddiaçının işdən azad edilməsinin ona qarşı qərəzli münasibətin deyil, iddiaçının əmək qanunvericiliyini pozması, davamlı olaraq etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, yaratdığı özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu idafələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsini nəticəsi olmasını göstərmişlər. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində verilən əmrin əsası kimi onun əmək funksiyalarını və xidməti vəzifəsini icra etməməsi, o cümlədən “Ümumi Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 23.3.5, 23.3.8-ci maddələri ilə müəyyən edilmiş vəzifələrinə və “Təhsilverənlərin etik davranış Qaydaları”na əməl etməməsi olmuşdur ki, işəgötürən də bunu əmək vəzifələrini kobud şəkildə pozma kimi qiymətləndirmişdir. Göstərilənlərlə əlaqədar məktəbin Həmkarlar Komitəsinin xx.xx.2024, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə iclasları keçirilmiş və sonuncu iclasın qərarına əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç”bəndi ilə xitam verilməsi məsələsinə Abşeron rayon, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin Həmkarlar Komitəsinin xx.xx.2024-cü il tarixli iclasında baxılmış və onunla bağlanmış əmək müqaviləsinin göstərilən əsas ilə ləğv olunması məqsədəmüvafiq hesab edilmişdir. İşin materiallarından həmçinin görünür ki, mübahisələndirilən əmrin və məktəbin Həmkarlar Komitəsinin iclasının qərarı qəbul edilməmişdən əvvəl Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləyərkən İddiaçı elik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi, kobud şəkildə pozması, o cümlədən, “Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 23.3.5-ci və 23.3.8-ci maddələri ilə müəyyən edilmiş vəzifələrinə və “Təhsilverənlərin etik davranış Qaydalarrnın loyallıq etik davranış prinsipinə dair 2.3-cti və 2.3.2-ci bəndlərinin, mədəni davranış prinsipinə dair 2.4. 2.4.1 -ci və 2.4.2-ci bəndlərinin, ictimai etimad davranış prinsipinə dair 2.6, 2.6.2-ci və 2.6.3-cti bəndlərinin, xidməti davranış qaydasına dair 3.3-cü bəndinin və xidməti fəaliyyətdən kənar davranış qaydasına dair 4.3-cii bəndinin tələblərinə əməl etməməsi barədə yazılı müraciətlər (ərizə, təqdimat, məlumat, arayış, protokol, akt və s.) Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinə daxil olmuş, bununla bağlı xidməti araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli araşdırma komissiyasının aktı, daha sonra isə məktəbin yuxarıda qeyd edilən Həmkarlar Komitəsinin qərarı təqdim edilmişdir. İşin materiallarından görünür ki, etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, yaratdığı özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin adma xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu idafələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi və kobud şəkildə pozması ilə əlaqədar riyaziyyat müəllimi vəzifəsində işləyərkən İddiaçı səbəbini göstərmədən izahat verməkdən, dəfələrlə dəvət edilməsinə baxmayaraq, onunla bağlı məsələnin məktəbin pedaqoji şurasının yığıncağında və həmkarlar təşkilatının yığıncağında müzakirəsi zamanı orada iştirak etməkdən səbəblərini göstərmədən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli 125 №li «töhmət» əmrinin Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ləğv edildikdən sonra tənqidlərinə görə onu təqib edən məktəbin direktoru Nümayəndə2 məhkəmədə səsləndirdiyi eyni əsaslara istinad etməklə onu işdən azad etməsini göstərsə də, bu və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmrinin əsassız, qanunsuz verildiyi üçün ləğv edilməli olmasına dair irəli sürdüyü dəlillərini təsdiq edən hər hansı sübutlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Başqa sözlə, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Həmçinin də “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə: “Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.” Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, qeyd edilən normanın məzmununa əsasən iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinədə göstərilmişdir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı barəsində qəbul edilmiş əmrin qanunsuz olmasına dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və bu faktın təsidi ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə hesab edir ki, cavabbeh tərəfin iddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli 259 nömrəli əmrin əmək qanunvericiliyinə uyğun olması və əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsasların həm də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-07 nömrəli 15 may 2024-cıi il tarixli qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydalar’ının “Loyallıq” prinsipi adlanan 2.3cti, “Mədəni davranış" prinsipi adlanan 2.4-cü, “Qərəzsizlik” prinsipi adlanan 2.5-ci, “İctimai etimad” prinsipi adlanan 2.6-cı və ‘‘İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət” prinsipi adlanan 2.7-ci bəndlərinin tələblərinə tam uyğun olmasına dair dəlilləri daha inandırıcı və mötəbər olmuşdur. Məhkəmə işin faktiki hallarınına əsasən hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər ciddi əsaslar mövcud olmuşdur. Belə ki, əvvəla müəyyən edilmişdir ki, iddiaçı barəsində verilən əmrdə xx.xx.2024-ci il tarixdə İddiaçı verilmiş töhmət intizam cəzasının ləğv edilməsinə dair Abşeron rayon məhkəməsinin qətnaməsi Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-271/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almasa da, faktiki olaraq iddiaçıya xx.xx.2024-cü il tarixli 125 saylı əmrlə verilmiş «Töhmət» intizam təhbehi qüvvədədir. Müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2024-cü il tarixli 125 saylı əmrlə verilmiş «Töhmət» intizam təhbehi ona görə verilmişdir ki, İddiaçı əmək inztizamını kobud şəkildə pozmuş, nəticədə müəllimlərin və valideynlərin narazılıqlarına səbəb olmuşdur. Qeyd edilən hal iş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktlarda öz əksini tapmışdır. Həmçinin məhkəmədə İddiaçı məxsus sosial şəbəkələrdəki statusların görüntüləri təqdim edilmiş, həmin statuslarda onun məktəbin kollektivi və valideynlər haqqında yazıları öz əksini tapmışdır. Bununla əlaqədar iddiaçı məhkəmə kollegiyasının iclasında həmin yazıların ona məxsus olmadığını mübahisələndirmiş, lakin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş fləşkarta məhkəmə kollegiyasının iclasında baxış keçirilən zaman, həmin statusların ona məxsus olduğunu iddiaçı etiraf etmişdir. Bundan əlavə, iddiaçının davamlı olaraq etik davranış qaydalarına və pedaqoji etika normalarına riayət etməməsi, yaratdığı özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu idafələr paylaşması, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını və vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsini təsdiq edən çoxsaylı sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş diskə baxış keçirilən zaman səs və videogörüntülərdən görünür ki, iddiaçı bu ifadələri səsləndirmişdir: 1-ci səs yazısı-“Həmin o müdürün mənə dedi ki, bu məktəbdə inandığım, güvəndiyim yeganə zavuc Nisə müəllimədir, başqa heç kimə inanmır, Könül də gəlib müəllimlərlə çaşka-loşkadır, bir-birlərinə Könka filan deyirlər, Könül özünə hörmət qoymur, hamısını əlimin altında işlədirəm. Bax sənin haqqında bunları deyirlər. Könül, sən mənim əxlaqım haqqında, həyat yoldaşının guya ki məni döyməsi haqqında sözlər desən də, gözünlə görməmisən. Çox sagol hər şeyə görə”. 2-ci səs yazısı-“Hər vaxtınız xeyir, yeri gəlsə mən 04 noyabr tarixindən məktəbdən qanuni uzaqlaşmışdır. Lakin bundan 10-15 gün əvvəl mən uşaqlara ev tapşırığı vermişdim. Orada yüz faiz özünü axırıncı yola qoyan Aygün müəllimə olacaq, bir də gücləri idman müəlliminə çatır, bir də ki hərbi müəllimi belə deyək ki, onların buyruqçusudur. Bu müəlimlər uşaqların qiymətini kəsəcəklər. Lakin digər müəllimlərə qiymətlə bağlı tapşırıq vermişdim. Onun Arzunun qiymətlərindən xəbəri yoxdur. Sadəcə olaraq siz niyə susursuz, bu sizin uşaqlarınıza yazılan qiymətdir. Yeganə bu sinifdir ki, tapşırıq altında qiymətlər yazılmışdır. Göz görə-görə içəri girir ancaq İsmayılın başını sığallayır. 3-cü səs yazısı-“Uşaqlar, kimsə bir söz deyirsə, onu isbat etməlidir, isbat edə bilmirsə birbaşa cinayət məsuliyyəti daşıyır. Bunu ona görə sizə bildirirəm ki, siz artıq həddi-buluğa çatmış uşaqlarsız və bu sizin üçün təcrübədir. Sizin valideynlərinizə hörmətim isə sonsuzdur. Siz mənim dərsimdə iştirak etməlisiz. Sizin summativləriniz pis vəziyyətdədir. Başınızı salın aşağı dərsinizi oxuyun, boş-boş məsələlərə qulaq asmayın. 18 oktyabr tarixində o qadın sizin valideynləriniz olmadığı halda, valideynləri kimi təqdim etdiyi şəxsləri şahid kimi gətirmişdir. Mən sizə dərs keçmişəm, aqresiv olmamışam, amma sizin valideynləriniz niyə belə edir. Sizin sinif birbaşa nazirlik tərəfindən nəzarətə götürüləcək. Direktorunuz da cavab verəcək” Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının “WhatsApp” səhifəsində paylaşdığı məlumatlara məktəbin müəllimləri, şagirdləri və onların valideynləri də baxması halı inkar edilmir və bu paylaşmalar onun işlədiyi məktəbin adına xələl gətirən və nüfuzunu aşağı salan, məktəb rəhbərliyi və pedaqoji kollektivin digər üzvləri barədə müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz məzmunlu idafələr kimi qiymətləndirilir. Həmçinin məhkəmə şahid ifadələrinə də qiymət verərək qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Məhkəmə qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Hazırki iş üzrə dindirilmiş şahidlərin göstərdikləri şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmasını, iddiaçının qeyri-etik hərəkətləri ilə bildiklərini aydın və müfəssəl təsvir etməsini, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmasını və hadisələr məntiqi ardıcıllıqla əks etdirilməsini nəzərə alaraq şahid ifadələrini mötəbər sübut kimi qiymətləndirir. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçının işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirməklə yanaşı alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçının yol verdiyi araşdırma zamanı müəyyən edilən pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların xarakterinə adekvat olduğundan, eləcə də onun kollektivdə nüfuzunu, törətdiyi xətanın xarakterini nəzərə alaraq işəgötürən tərəfindən ən sərt tənbeh tədbiri kimi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsində haqlı olmuşdur. Göstərilələrə əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin mübahisələndirilən əmrin ləğv edilməsinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbinin bu hissəsi əsassızdır və təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddianın mübahisələndirilən əmrin ləğv edilməsi tələbinin əsassız olması nəticəsinə gəldiyi üçün, digər tələblər, yəni, onun Xırdalan şəhəri 2 nömrəli məktəbin riyaziyyat müəllimi vəzifəsinə işinə bərpa edilməyi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi kimi tələblərin törəmə tələblər olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görmür. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçının ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və gecikdirilmiş hər gün üçün ödənişin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar