Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-109/2022 01.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən əşyaları ilə birlikdə 1 ay ərzində çıxarılmaları, mənzilin boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 29 may 2018-ci il tariхli, 2018/00395 nömrəli krеdit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 30 (otuz) ay müddətinə illik 30% (otuz) faiz hesablanmaq şərti ilə 17.000 (on yeddi min) manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını ipoteka predmeti kimi "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə təqdim etmiş və bu barədə ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh4 tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan ona qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsində iddia qaldırılmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2071/2019 nömrəli, 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh4 yaranmış borcun tutulması və tutmanın Cavabdeh4 mülkiyyətində olan ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan pul hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh4 tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-426/2020 nömrəli, 07 fevral 2020-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-2071/2019 nömrəli, 06 avqust 2019-cu il tarixli qətnaməsi dəbbə pulu hissəsində dəyişdirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-426/2020 nömrəli, 07 fevral 2020-ci il qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “X1 Mərkəzi” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə təklif edilmişdir. “X1 Mərkəzi” MMC ilə "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi bağlanmış və hərracın nəticələri haqqında yekun protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır (Reyestr nömrəsi: **********67-05301- 093020, Qeydiyyat nömrəsi: **********, Tarix: xx.xx.2020). İpoteka predmeti olan əmlakın "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 hal-hazırda da ünvan 1 ünvanında qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının digər nümayəndəsi X4 da iddia tələbini müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, başqa bir şəxsə bahalı avadanlıq vermiş, lakin avadanlığın pulu bu günə kimi ona ödənilməmişdir. Həmin avadanlığın pulu ona verilsə, iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə olan borc bağlanacaqdır. Həmçinin iddiaçının onun və ailə üzvlərinin çıxarılmasını tələb etdiyi ünvan 3 ünvanında yerləşən mənzildən başqa yaşayış yerləri yoxdur ki, orda yaşasınlar. Həmçinin elə bir maddi imkanı da yoxdur ki, mənzil kirayə tutub ailəsi ilə birlikdə ora köçsünlər. Hətta maddi imkansızlıqdan övladının bu il üçün olan təhsil haqqını da ödəyə bilməmişdir. 3-5 ay vaxt verilsə və borcun hissəli şəkildə ödənilməsinə şərait yaradılsa, iddiaçıya olan borcu ödəyəcəkdir. Göstərilənlərə əsasən borcun ödənilməsi üçün vaxt verilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, həmçinin proses iştirakçılarının rəyini nəzərə alaraq məhkəmə işə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2071/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı «X12 Kredit Təşkilatı» MMC-nin Cavabdeh4 qarşı borc məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, «X12 Kredit Təşkilatı» ASC ilə Cavabdeh4 arasında bağlanmış 29 may 2018-ci il tarixli, 2018/00395 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh4 15423 manat 43 qəpik qalıq borc, 4555 manat 68 qəpik faiz borcu və 500 manat dəbbə puluna görə, ödənmiş dövlət rüsumuna görə 20 manat və mənzilinin dəyərinin müəyyən edilməsi üçün xidmət haqqı - 300 manat, 20.799.11 (iyirmi min yeddi yüz doxsan doqquz manat on bir qəpik) manat alınaraq «X12 Kredit Təşkilatı» ASC-yə ödənilməsi, tələbin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi, dalan 1, 1 saylı mənzilin 1 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin pul tələblərinin təmin edilməsi üçün «X12 Kredit Təşkilatı» MMC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra Cavabdeh4 əşyaları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi, dalan 1, 1 saylı mənzilin 1 nömrəli mənzilindən 1 ay müddətində çıxarılması və həmin əmlakın 1 ay müddətində boşaldılması, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi, dalan 1, 1 saylı mənzilin 1 nömrəli mənzilinin dəyərinin 62.000 (altmış iki min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-426/2020 saylı, 07 fevral 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2071/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsi cavabdehdən 500 manat dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh4 100 manat dəbbə pulunun tutularaq iddiaçı «X12 Kredit Təşkilatı» MMC-yə ödənilməsi, qətnamənin ipoteka predmeti satıldıqdan sonra Cavabdeh4 əşyaları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi, dalan 1, 1 saylı evin 1 nömrəli mənzilindən 1 ay müddətində çıxarılması və həmin əmlakın 1 ay müddətində boşaldılması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-2071/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsinin - «X12 Kredit Təşkilatı» ASC ilə Cavabdeh4 arasında bağlanmış 29 may 2018-ci il tarixli, 2018/00395 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh4 15423 manat 43 qəpik qalıq borc, 4555 manat 68 qəpik faiz borcu, ödənmiş dövlət rüsumuna görə 20 manat və mənzilinin dəyərinin müəyyən edilməsi üçün ödənilmiş 300 manat xidmət haqqının alınaraq «X12 Kredit Təşkilatı» ASC-yə ödənilməsi, tələbin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi, dalan 1, 1 saylı evin 1 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin pul tələblərinin təmin edilməsi üçün «X12 Kredit Təşkilatı» MMC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsi, dalan 1, 1 saylı evin 1 nömrəli mənzilinin dəyərinin 62.000 (altmış iki min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki işin materiallarında olan “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YP 025 nömrəli, 26 oktyabr 2020-ci il tarixli satış protokolunun surətindən görünür ki, Cavabdeh4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsi, dalan 1, 1 nömrəli evin 1 nömrəli mənzili Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-426/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrasına əsasən “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilən hərracda alıcı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə satılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin mülkiyyətçisi "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətidir. Mülki işin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü, 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsi, dalan 1, 1 saylı evin 1 saylı mənzili Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-426/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrası əsasında açıq hərracda satılmışdır. Hazırda qeyd olunan mənzilin mülkiyyətçisi "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətidir, lakin buna baxmayaraq, bir ailə üzvü olan cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 həmin mənzildə yaşamaqla qeydiyyatdadırlar. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 hazırda iddiaçının mülkiyyətində olan mənzildə yaşamaqla qeydiyyatda qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından onların həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməli, onlar həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehlərin mənzildən əşyaları ilə birlikdə 1 ay ərzində çıxarılmaları” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri müəyyəndir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər X6 və X5 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsi, dalan 1, 1 saylı evin 1 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalı və həmin mənzil boşaldılmalı, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsi, dalan 1, 1 saylı evin 1 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsi, dalan 1, 1 saylı evin 1 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılsınlar və həmin mənzil boşaldılsın. Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsi, dalan 1, 1 saylı evin 1 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamə Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsi, dalan 1, 1 saylı evin 1 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-109/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-109/2022
01.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver