Məhkəmə qərarları › İş №e-2(012)-1100/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1100/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1100/2023 30.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı «X4 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı «X4 Azərbaycan» QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 224,62 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 Azərbaycan» QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, hazırki mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxmaqla iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X4 Azərbaycan» QSC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə "X4 Azərbaycan" QSC arasında xx.xx.2013-cü il tarixli bank hesabı, debet karti, kredit karti və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və 2(012)-1376/2020 saylı, xx.xx.2020-tarixli məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "X4 Azərbaycan" QSC “X1" MMC ilə bağlanmış xx.xx.2016cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "X1"xxxx"X1 MMC" öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində ödənilən 989,82 manat, xx.xx.2021-ci il tarixində ödənilən 507,70 manat məbləğlərindəki vəsait "X1" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X4 Azərbaycan» QSC tərəfindən "X1" MMC-yə 224,62 manat məbləğində xidmət haqqı ödənilmişdir. Qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "X1" MMC-yə cavabdeh(lər) tərəfindən "X4 Azərbaycan" QSCyəödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 224,62 manat məbləğində xidmət haqqı ödəmişdir. «X4 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19cu bəndində qeyd edilmişdir ki bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Göstərilənlərə əsasən, əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1376/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh «X4» QSC-nin xeyrinə kredit üzrə əsas məbləğ üzrə borc 1294,49 manat, hesablanmış və ödənilməmiş faiz borcu 145,53 manat, cərimə borcu 20 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 5,50 manat olmaqla cəmi 1467,52 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun «X4 Azərbaycan» QSCnin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan “X1" MMC ilə "X4 Azərbaycan" QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları və ya istehlak kreditləri, avtomobil kreditləri, kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən, istifadə edilən kreditlərdən "X4 Azərbaycan" QSC qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənilşlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində ödənilən 989,82 manat məbləğindəki vəsait "X1" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X4 Azərbaycan» QSC tərəfindən "X1" MMC-yə 148,47 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində ödənilən 507,70 manat məbləğindəki vəsait "X1" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X4 Azərbaycan» QSC tərəfindən "X1" MMC-yə 76,16 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, «X4 Azərbaycan» QSC ilə "X1" MMC arasında bağlanmış xx.xx.2016-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin şərtlərinə uyğun olaraq X2 tərəfindən xx.xx.2021-ci il tarixində ödənilən 989,82 manat, xx.xx.2021-ci il tarixində ödənilən 507,70 manat “X1" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də «X4 Azərbaycan» QSC tərəfindən “X1" MMC-yə 224,62 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 2(012)-1376/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh «X4» QSC-nin xeyrinə kredit üzrə əsas məbləğ üzrə borc 1294,49 manat, hesablanmış və ödənilməmiş faiz borcu 145,53 manat, cərimə borcu 20 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 5,50 manat olmaqla cəmi 1467,52 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun «X4 Azərbaycan» QSC-nin xeyrinə tutulması qət edilmişdir. «X4 Azərbaycan» QSC ilə "X1" MMC arasında xx.xx.2016-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə uyğun olaraq X2 tərəfindən xx.xx.2021-ci il tarixində ödənilən 989,82 manat, xx.xx.2021-ci il tarixində ödənilən 507,70 manat “X1" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də «X4 Azərbaycan» QSC tərəfindən “X1" MMC-yə 224,62 manat məbləğində xidmət haqqı ödənilmişdir. «X4 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki, bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, «X4 Azərbaycan» QSC-nin “X1" MMCyə ödədiyi 224,62 manat məbləğində pulu Cavabdeh tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı şirkət tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumuna görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı şirkətə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 224,62 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu tutularaq iddiaçı «X4 Azərbaycan» QSC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar