Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-112/2025 17.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X10 və Cavabdeh3 X3rşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X10 və Cavabdeh3 X3rşı torpaq sahəsinin boşaldılması tələbinə dаir iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0,96 ha torpaq sahəsində quraşdırılmış müvəqqəti X4nın cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbinini müdafiə edərək izahatında bildirmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən, ümumi sahəsi 0.96 ha olan torpaq sahəsi İddiaçı mülkiyyətindədir. 2020-ci ilin iyun ayında iddiaçıya məlumat verilmədən torpaq sahəsi üzərində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə X1raşdırılmışdır. Torpaq sahəsi üzərində qanunsuz tikinti işlərinin aparılmasından xəbərdar olduqdan sonra iddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qaynar xəttinə zəng edərək torpağının qanunsuz şəkildə zəbt olunmasına öz etirazımı bildirmişdir. 2021-ci ilin iyul ayında iddiaçı Maliyyə Nazirliyinə dəvət olunmuş və qəbulda olan zaman iddiaçıya torpaq sahəsində X4nın quraşdırılması ilə bağlı hər ay üçün iddiaçıya 10000 manat məbləğində ödəniş olunacağı bildirilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, uzun müddət keçməsinə baxmayaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsi qanunsuz şəkildə zəbt olunmuş və iddiaçıya söz verilən ödəniş edilməmişdir. Sonradan onlara məlum olmuşdur ki, Müvəqqəti X4 xx.xx.2022-ci il tarixli Təhvil-Təslim Aktı ilə Cavabdeh3 X10 təhvil verilmişdir. Torpaq sahəsinin geri qaytarılması ilə bağlı dəfələrlə iddiaçı aidiyyatı qurumlara müraciət etmələrinə baxmayaraq tələbi təmin olunmamış və mülkiyyətində olan torpaq sahəsi iddaçıya geri qaytarılmamışdır. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsisini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh3n nümayəndəsi X2 izahatında və etirazında bildirmişdir ki, iddianın torpaq sahəsinin cavabdehlərin - TƏBİB -in qeyri qanuni sahibliyində olması olması ilə bağlı hissəsinə münasibətdə qeyd edək ki, AR Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli 623 s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin balansında olan 6 ədəd X4 kompleksləri Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “ X9 balansına verilmişdir. Eləcə də bu sərəncamın icrasını təmin etmək məqsədilə TƏBİB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PHŞ /6-3.1-2022-603 nömrəli əmrə əsasən TƏBİB -in balansında olan Məhəmmədi X4 yerləşdiyi ərazi üzrə Cavabdeh3n balansına verilmiş və bununla əlaqədar olaraq xx.xx.2022- ci il tarixində TƏBİB və “ X8” publik hüquqi şəxs arasında təhvil - təslim aktı imzalanmışdır. Bununla yanaşı İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə mülkiyyətində olan torpaq sahəsində müvəqqəti olaraq X4nın quraşdırılmasına etiraz etməməsi də məlumdur. Beləliklə , yuxarıda qeyd olunan faktlar Məhəmmədi X4nın TƏBİB -in tabeliyində olan “ X8” X9də fəaliyyətinin tamamilə qanuni əsaslara söykəndiyini göstərir, iddiaçının iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinadən vurğuladığı qanunsuz sahibliklə bağlı iddialar əsassızdır. Odur ki, İddiaçı iddiası əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,959505 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi, **********09 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6085 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ X12 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-2/- 332/2-9510/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaq sahəsinə yerli baxış zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmamışdır, lakin **********09 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,86 ha hissəsi Cavabdeh3 nin faktiki istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşür. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********09 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin halı koordinatları ilə cavabdehin faktiki istifadəsində olan tikililər ilə üst-üstə düşmə halı mövcuddur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,959505 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi, **********09 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı ərizəsində qeyd edilir ki, 2020-ci ilin iyun ayında iddiaçıya məlumat verilmədən torpaq sahəsi üzərində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi ilə X1raşdırılmışdır. Torpaq sahəsi üzərində qanunsuz tikinti işlərinin aparılmasından xəbərdar olduqdan sonra iddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qaynar xəttinə zəng edərək torpağımın qanunsuz şəkildə zəbt olunmasına öz etirazını bildirmişdir. 2021-ci ilin iyul ayında iddiaçı Maliyyə Nazirliyinə dəvət olunmuş və qəbulda olan zaman iddiaçıya torpaq sahəsində X4nın quraşdırılması ilə bağlı hər ay üçün iddiaçıya 10000 manat məbləğində ödəniş olunacağı bildirilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsi qanunsuz şəkildə zəbt olunmuş və iddiaçıya söz verilən ödəniş edilməmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0,96 ha torpaq sahəsində quraşdırılmış müvəqqəti X4nın cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk əvvəl qeyd edir ki, hazırkı işin baxılmasının məhkəmə aydiyyəti Abşeron rayon məhkəməsidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.3. maddəsinə əsasən. məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Belə ki, tələbin yönəldiyi cavabdehlər inzibati orqanlardır. Lakin tələb mahiyyət etibarı ilə iddiaçının sahiblik istifadə və sərəncam hüquqlarının pozulması ilə əlaqədardır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Beləliklə məhkəmə qanunvericiliyi və Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq iddia tələbinin mülki məhkəmə icraatı qaydasında baxılması qərarına gəlmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı dövlət reyestrindən verilmiş çıxarışa əsasən, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,959505 ha torpaq sahəsinə mülkiyyət hüquq əldə etmişdir. Tərəflər arasında şifahi qaydada torpağa dair icarə müqaviləsi bağlanmışdır. İddiaçı ərizə verərək torpağında X4nın tikilməsinə icazə vermişdir. Lakin cavabdeh tərəf müqavilə şərtlərinə əməl etməmiş, nəticədə iddiaçı ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Müqavilə tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda torpağın mülkiyyətçisi torpağını tikinti ilə yüklü edilmiş torpağını haqlı olaraq cavabdehlərdən alınaraq ona qaytarılması tələbini etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 329.2. maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 700.1. maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 722.1. maddəsinə əsasən müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 180.1. maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi dövlət reyestrindən çıxarışa əsasən, İddiaçı adına qeydə alınmış və bununla da iddiaçı torpağın mülkiyyətçisi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə ki, iş materiallarında olan ekspertizanın rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ X12 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-2/- 332/2-9510/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaq sahəsinə yerli baxış zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmamışdır, lakin **********09 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,86 ha hissəsi Cavabdeh3 nin faktiki istifadəsində olan torpaq sahəsi ilə üstüstə düşür. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********09 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin halı koordinatları ilə cavabdehin faktiki istifadəsində olan tikililər ilə üst-üstə düşmə halı mövcuddur. Göründüyü kimi iddiaçının torpaq sahəsində kənar şəxslər tərəfindən tikinti işlərinin aparılması rəylə öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinə əsasən ekspert rəyini sübut növü kimi qiymətləndirərək nəzərə alır. İddiaçı iddia ərizəsində ona məxsus torpaq sahəsində tikinti-söküntü işlərinin aparılmasına cavabdehlik daşıyan 3 cavabdeh şəxslər qoymuşdur. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən araşdırılan halları və ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin 0,86 ha hissəsi Cavabdeh3 nin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür və çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin halı koordinatları ilə cavabdehin faktiki istifadəsində olan tikililər ilə üst-üstə düşmə halı mövcuddur. Bu səbəbdən də iddia tələbi həmin hissədə Cavabdeh3nə münasibətdə təmin edilməli, digər cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 cavabdehlik daşımadığından iddia tələbi onlara münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud ü2olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə işdə olan sübutlara hüquqi qiymət verib, qanunun qeyd edilən tələblərini rəhbər tutub belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0,96 ha torpaq sahəsinin 0,89 ha hissəsində quraşdırılmış müvəqqəti X4 Cavabdeh3n hesabına sökülməli və torpaq sahəsi Cavabdeh3n qeyri-qanuni sahibliyindən alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olaraq 50 manat pul vəsaiti Cavabdeh3 X7 tutularaq məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İddiaçı iddia tələbində ödənilmiş 100 manat dövlət rüsumunu cavabdehlərdən tələb etmədiyi üçün həmin rüsum iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0,96 ha torpaq sahəsinin 0,89 ha hissəsində quraşdırılmış müvəqqəti X4 Cavabdeh3n hesabına sökülsün və torpaq sahəsi Cavabdeh3n qeyri-qanuni sahibliyindən alınaraq İddiaçı qytarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 manat Cavabdeh3 X7 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ41NABZ**********00********) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov