Məhkəmə qərarları › İş №e-2(012)-1123/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1123/2024

06.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1123/2024 06.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştitrakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onun ünvan 1ünvana övladları: xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 ilə birlikdə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 21 fevral 2017-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur və nikahlarını Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 378 nömrəli akt qeydi ilə rəsmləşdirmişdir. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı iki övladımız dünyaya göz açmışdır. Cavabdeh1 ilə xasiyyətimiz tutmadığından Qubadlı Rayon Məhkəməsinin 2(028)-523/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh1 və X2 arasında xx.xx.2017-ci ildə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanılmış nikahımız pozulmuşdur. Hazırda ona məxsus əmlakları Abşeron rayonu Stansı Sumqayıt ərazisi Bina 5, mənzil 8 –də yerləşir. Cavabdeh qərəzli olaraq onu uşaqları ilə birlikdə həmin ünvana buraxmır. Hazırda valideynlərinin yanına müvəqqəti olaraq sığınmışdır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. Məhkəmə gedişatında İddiaçı ərizə ilə müraciət edərək, Cavabdeh2 başqa (əlavə) cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti təmin edərək, Cavabdeh2 başqa (əlavə) cavabdeh qismində işə cəlb etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və bildirdi ki, iddiaçı ilə eyni mənzildə yaşanılması mümkün deyildir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi bildir ki, ona verilən mənzil 3 otaqlıdır, razıdır ki, onun mənzili 2 otaqlı mənzillə əvəz edilərək iddiaçıya bunun əvəzinə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən mənzil verilsin. İddiaçı ilə eyni mənzildə yaşanılması mümkün deyildir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 Üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Qubadlı rayonundan məcburi köçkün düşmüş Cavabdeh2 ailə üzvləri ilə oğlu Cavabdeh1, gəlini İddiaçı, nəvəsi X6 və nəvəsi X4 ilə birlikdə Abşeron rayonu, “Stansı Sumqayıt” ərazisində inşa olunmuş yaşayış kompleksi-1001 ailəlik məcburi köçkün qəsəbəsində, bina 5, mənzil 8 ünvanında yaşayır. Mülki işin materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-523/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh1 və X2 arasında xx.xx.2017-c də Sumqayıt “ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması qət edilmişdir. Mülki işin materiallarında olan xüsusi təyinatlı yaşayış sahəsinin 1 saylı, xx.xx.2019cu il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, məcburi köçkün Cavabdeh2 və 4 nəfərdən ibarət ailə üzvləri (oğlu Cavabdeh1, gəlini İddiaçı, nəvəsi X6 və nəvəsi X4) Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, “st.Sumqayıt” ərazisində, məcburi köçkünlər üçün inşa edilmiş 1001 ailəlik yaşayış kompleksində 5 nömrəli binada 8 nömrəli 3 otaqlı mənzillə təmin edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından 2 övladları anadan olmuşdur. Tərəflər arasında münasibətlərin kəskinləşməsi ailənin faktiki olaraq dağılması ilə nəticələnmişdir. Ailə qurduqdan bir müddət sonra iddiaçı qaynanası Cavabdeh2 və ailə üzvləri ilə birlikdə 1 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, “st.Sumqayıt” ərazisində, məcburi köçkünlər üçün inşa edilmiş 1001 ailəlik yaşayış kompleksində 5 nömrəli binada 8 nömrəli 3 otaqlı mənzillə təmin edilmişdir. Hazırda iddiaçıya məxsus cehiz əmlaklar da həmin evdədir. İddiaçı və cavabdehin nikahı məhkəmə qaydasında pozulmuşdur. İddiaçının hazırda başqa yaşayış yeri yoxdur və bu səbəbdən sözügedən mənzilə köçürülməsi zərurəti yaranmışdır. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi xüsusi təyinatlıdır və məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fonduna aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.2-ci maddəsinə görə xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsilə bağlı münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 17.3.2.-ci maddəsinə görə xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə görə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 98.2-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinin tələbinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.6-cı maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 4.1-ci bəndinə əsasən, yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq aşağıdakı kimi müəyyənləşdirilir: 4.1.1. ailə tərkibi 1 nəfərdən ibarət olanlara -1 otaq; 4.1.2. ailə tərkibi 2-3 nəfərdən ibarət olanlara -2 otaq; 4.1.3. ailə tərkibi 4-5 nəfərdən ibarət olanlara -3 otaq; 4.1.4. ailə tərkibi 6 nəfər və 6 nəfərdən çox olanlara -4 otaq. Həmin Qaydanın 2.12-ci bəndinə əsasən əvvəllər həmin köçürülmə obyektində yaşamış, sonradan başqa yerdə yaşayan şəxslə nikaha daxil olmuş və boşanaraq geri qayıtmiş məcburi köçkünlərə ayrıca yaşayış sahəsi verilmir. Mülki Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Həmçinin yuxarıda qeyd edilən normalara görə cavabdehlə bağlanmış kirayə müqaviləsində ailə üzvləri 4-5 nəfər olduğu üçün, yəni iddiaçı və azyaşlı uşaqlar da müqavilədə ailə üzvü kimi qeyd edildiyindən, cavabdehə 2 otaqlı mənzil yox, 3 otaqlı mənzil verilmişdir. İddiaçı hazırda onun da adı qeyd edilən kirayə müqaviləsinə əsasən verilən mənzildə yaşamaq hüququndan məhrum edilərsə, ona ayrıca yaşayış sahəsi verilməsi qanunla nəzərdə tutulmadığından sözügedən mənzilə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının azyaşlı uşaqları ilə birlikdə başqa yaşayış yeri olmadığından, mənzil istifadəyə verilərkən onların da adları kirayə müqaviləsinə yazıldığından, cavabdehlər mübahisəli mənzildə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ünvan 1ünvana övladları: xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 ilə birlikdə köçürülməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 yaşadığı Abşeron rayonu, “st.Sumqayıt” ərazisində, məcburi köçkünlər üçün inşa edilmiş 1001 ailəlik yaşayış kompleksində 5 nömrəli bin, 8 nömrəli mənzilə övladları-xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 ilə birlikdə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar