Məhkəmə qərarları › İş №e-2(012)-115/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-115/2024

06.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-115/2024 06.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma, əmlakın təhvil verilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha zəbt edilmiş torpaq sahəsindən Cavabdeh1 və bütün ailə üzvlərinin məcburi qaydada çıxarılması, həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməklə, əmlaka dair mülkiyyət hüququnun bərpa edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Bir müddət bundan əvvəl ona məlum olmuşdur ki, Cavabdeh1 başqa bir ünvanda-ünvan 1atda olmasına baxmayaraq ailə üzvləri ilə birlikdə onun mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsini zəbt etmişdir. O, buna etiraz etmiş, lakin cavabdeh torpaq sahəsini boşaltmaqdan imtina etmişdir. Bu isə onun həmin torpağa dair mülkiyyət hüquqlarını pozur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha zəbt edilmiş torpaq sahəsindən Cavabdeh1 və bütün ailə üzvlərinin, yetkinlik yaşına çatmayan X5 və Cavabdeh2 məcburi qaydada çıxarılmaları, Cavabdeh1 tərəfindən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha zəbt edilmiş torpaq sahəsində özbaşına tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, ərazidən yığışdırılaraq çıxarılması, torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin iddiaçının sahibliyinə təhvil verilməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin dayandırılması, həmin torpağa mülkiyyət hüququnun bərpa edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz etdi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, mübahisəli torpaq sahəsini dəyərini hissə-hissə ödəməklə 2009-cu ildə Nazim adlı şəxsdən almış, 2011-ci ildə isə orada öz hesabına ev inşa etdirərək orada yaşamağa başlamışdır. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan daşınmaz əmlakın AN-İ ******* saylı, xx.xx.2021-ci il tarixli müqaviləsindən görünür ki, X6 mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,06 ha torpaq sahəsinin 0,03 ha hissəsini 4000 manata İddiaçı satmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndindəki 0,03 ha (yaşayış məntəqələri torpaqları kateqoriyalı) xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Bu barədə onun adına xx.xx.2021-ci il tarixli plan və ölçü sənədi tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-14155/2023 saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********62 reyestr, ********* qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədəli kəndindəki 0.03 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq və fərdi yaşayış evinin koordinatları üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********62 reyestr, ********* qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndindəki 0.03 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə Cavabdeh1 faktiki istifadəsində olan 1 ədəd fərdi yaşayış evi və 1 ədəd sanitar qovşağı mövcuddur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/9164 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Sərxan Əhmədovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-14155/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********62 reyestr, ********* qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədəli kəndindəki 0.03 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq və fərdi yaşayış evinin koordinatları üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********62 reyestr, ********* qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədəli kəndindəki 0.03 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə Cavabdeh1 faktiki istifadəsində olan 1 ədəd fərdi yaşayış evi və 1 ədəd sanitar qovşağı mövcuddur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı hazırda ona məxsus 0,03 ha torpaq sahəsindən həmin daşınmaz əmlaka heç bir hüququ olmayan Cavabdeh1 və bütün ailə üzvlərinin, yetkinlik yaşına çatmayan X2 və Cavabdeh2 çıxarılmalarını, orada inşa edilmiş tikililərin sökülməsini xahiş edir. İşdən görünür ki, mübahisəli 0,03 ha torpaq sahəsi əvvəllər X4 mülkiyyətində olmuş, o isə həmin əmlakı xx.xx.2021-ci il tarixdə 4000 manat müqabilində İddiaçı satmışdır. Bu əmlakla bağlı onun adına reyestrdən çıxarış, habelə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənədlər hazırda qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli əmlaka dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onların bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Mübahisəli torpaq sahəsinin zəbt olunması və orada qanunsuz tikililərin mövcudluğu iş materialları ilə, habelə mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Bununla belə, iddianın əmlakdan Cavabdeh1 ailə üzvlərinin çıxarılması hissəsi konkret tələb olmadığından, həmin hissədə iddianın təmin edilməsi mümkün deyildir. Məhkəmə əmlakın mülkiyyətçisi İddiaçı izah edir ki, qüvvədə olan prosessual qanunvericiliyə görə o, iddiaçı olaraq konkret şəxslərə qarşı tələb irəli sürə bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh1, onun yetkinlik yaşına çatmayan övladı X5 və Quliyev X1 Əli Elmar oğlunun mülkiyyətindəki Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində inşa edilmiş 1 ədəd fərdi yaşayış evi və 1 ədəd sanitar qovşağı cavabdehlərin hesabına sökülməli, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mübahisəli torpaq sahəsini öz vəsaiti hesabına alması barədə Cavabdeh1 dəlilləri əsassızdır və iş materialları ilə təkzib olunur. Oradakı tikililər isə mövcud qanunverisiliklə nəzərdə tutulmuş qaydada inşa edilmədiyindən özbaşına tikinti hesab olunur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, yetkinlik yaşına çatmayan X5 və Quliyev X1 Əli Elmar oğlunun mülkiyyətindəki Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsindən çıxarılsınlar və Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Həmin torpaq sahəsində inşa edilmiş 1 ədəd fərdi yaşayış evi və 1 ədəd sanitar qovşağı cavabdehlərin hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 406 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılsın. Ekspertiza tədqiqatı üçün tələb olunan 50 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar