Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-121/2023 07.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı mülkiyyətində olan 0.32 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0449 ha torpaq sahəsindən çıxarılması və orada aparılmış qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, həmçinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat və göstərilmiş hüquqi xidmətə görə 1000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(012)-1441/2022 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş üzrə rəy alınanadək icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3734 saylı rəyi xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-121/2023 saylı qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmiş, məhkəmənin hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 11:20-yə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, yaranmış zərurətlə əlaqədar iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəf mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin: 114.1.5. maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 260.3. maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3734 saylı rəyindən göründüyü kimi, ekspert rəyinin verilməsinə görə 50 manat dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanıldığından ekspert rəyinin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı alınaraq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-121/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-121/2023
07.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver