Məhkəmə qərarları › İş №e-2(012)-121/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-121/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-121/2025 17.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2, onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh1 MMC-nin vəkili və nümayəndəsi Nümayəndə3, Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil iştriakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Dövlət Baş Layihə İnstitutu "Azərdövlətlayihə" və Abşeron Rayon İcra Hakimiyyəti) qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMCyə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Dövlət Baş Layihə İnstitutu "Azərdövlətlayihə" və Abşeron Rayon İcra Hakimiyyəti) qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 54 saylı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi, ünvan 1 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.55 kv.m olan, 1 otaqlı, 83 saylı mənzilin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzilə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.55 kv.m olan, 1 otaqlı, 83 saylı mənzildən iddiaçının istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, iddiaçının mənzildən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırki iş üzrə tərəflər arasında razılıq əldə olunmuşdur. Artıq aralarında mübahisə yoxdur. Ona görə də iddiadan imtina edirlər. Odur ki, o, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2, onun vəkili və nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin vəkili və nümayəndəsi Nümayəndə3 və "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil iddiaçının icraata xitam verilməsi barədə ərizənin təmin edilməsinə etiraz etməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmlərinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddiaçının iddia tələbindən imtina barədə ərizəsini və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının iddia tələbindən imtina barədə ərizəsi qanuni və əsaslı olduğundan, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından və qanunamüvafiq hesab edildiyindən qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Beləliklə də, mülki iş materiallarından göründüyü kimi, iddiaçı iddiadan imtina etdiyindən bu imtina qanunazidd olmamaqla, başqa şəxslərin hüquqlarını pozmadığından həmin imtina qəbul edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin 114.1.4. maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia ərizəsinə xitam verildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.4. maddəsinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən ödənilmiş 37,11 manat dövlət rüsumu iddiaçının özünə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi Dövlət Baş Layihə İnstitutu "Azərdövlətlayihə" və Abşeron Rayon İcra Hakimiyyəti) qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, ********** saylı qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar