Məhkəmə qərarları › İş №e-2(012)-1221/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1221/2024

29.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1221/2024 29.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair JN- 3112 nömrəli, KOD:30800027 Dövlət Aktına və Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa (Qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi:xx.xx.2023) əsasən mülkiyyət hüququ əsasında ona məxsus olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış tikililərin cavabdehin özünün hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq onun sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 170.1. maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin qanuni sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar