Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1237/2023 28.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, cavabdeh Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi cəlb olunmaqla) işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə 28 fevral 2*23-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh direktoru Gülnaz Kərimova tərəfindən verilən 29.*9.2*22-ci il tarixli 112 №li Əmrin ləğv edilməsi, iddiaçının 29.*9.2*21-ci il tarixli əmək müqaviləsinə əsasən təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilməsi və 29.*9.2*22-ci il tarixdən əvvəlki vəzifəsinə işə bərpa ediləcəyi müddətə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin “xahiş olunur” hissəsində texniki səhv nəticəsində müvafiq əmrin tarixi 29.*9.2*22-ci il göstərilsə də əslində 29.*8.2*22-ci il formasında qəbul edilməsi və habelə 29.*8.2*22-ci il tarixindən işə bərpa ediləcəyi günə qədər keçən dövr üçün məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulması kimi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı *1.12.2*1*-cu il tarixindən Xırdalan şəhər 2 nömrəli orta məktəbdə Riyaziyyat fənni üzrə müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. Abşeron Rayon Təhsil Şöbəsinin (hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi) 13.*9.2*21-ci il, 27(2)-27(6)-256/18 nömrəli məktubuna əsasən iddiaçı ilə məktəb arasında 29.*9.2*21-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış, müqavilə ilə iddiaçı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş, eyni zamanda onun məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməsi məktəb direktorunun 29.*9.2*21-ci il tarixli, 164 saylı Əmri ilə də rəsmiləşdirilmişdir. Bununla yanaşı, mərkəzləşdirilmiş elektron informasiya sistemində də iddiaçının direktor müavini vəzifəsinə təyin edilməsi barədə müvafiq qeydlər aparılmış, o cümlədən əmək müqaviləsinin “müddətsiz” bağlandığı göstərilmişdir. İddiaçı həmin vəzifədə çalışdığı müddət ərzində də vicdanla və layiqincə əmək funksiyalarına tam əməl etməklə öz vəzifəsini icra etmiş və müəssisədaxili intizam qaydalarına riayət etmişdir. Məktəbin 29 avqust 2*22-ci il tarixli 112 saylı əmri ilə iddiaçının təlim-tərbiyə üzrə direktor müavini vəzifəsindən azad edilməsi, riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirməsi əmr edilmişdir. Əmək müqaviləsinin xitam verilməsinin əsası kimi əmək müqaviləsinin müddətinin 14.*6.2*22-ci ildə başa çatması göstərilmişdir; Əmrə əsas kimi: Abşeron Rayon Təhsil Şöbəsinin 13.*9.2*21-ci il, 27(2)-256/18 nömrəli məktubu göstərilmişdir. İddiaçının təlim-tərbiyə üzrə direktor müavini kimi əmək müqaviləsinə qanunsuz əsaslarla xitam verildiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ünvanlanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən şikayətə baxılaraq, qanun pozuntusuna yol verildiyi aşkarlanaraq məktəb barəsində 26.1*.2*22-ci il tarixli, MN **2*749 nömrəli inzibati xəta haqqında Qərar tərtib edilmişdir. Həmin qərara əsasən məktəb 15** (min beş yüz) manat məbləğində inzibati cərimə edilmiş, həmçinin məktəbin üzərinə qanun pozuntusunun aradan qaldırılması, yəni iddiaçının işə bərpa edilməsi öhdəliyi qoyulmuşdur. Lakin, bu günə kimi məktəb tərəfindən 26.1*.2*22-ci il tarixli, N **2*749 nömrəli inzibati xəta haqqında Qərarın tələbləri yerinə yetirilməmiş və iddiaçı tutduğu vəzifəyə bərpa edilməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı işdən azad edilməsi ilə bağlı 29 avqust 2*22-ci il tarixli 112 saylı əmr, ümumiyyətlə, bu sahədə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, sözügedən əmri imzalayan Gülnaz Kərimova məktəbin direktoru, işəgötürən və yaxud müəssisədə bu vəzifəni yerinə yetirən hər hansı səlahiyyətli şəxs olmamışdır. O, həmin dövrdə məktəbin təsərrüfat işləri üzrə məsul şəxs olmuşdur və işəgötürən olmadığı üçün iddiaçının işdən azad olunması ilə bağlı əmri imzalamaq səlahiyyəti yoxdur. Məktəbin hazırki direktorunun adı da Gülnazdır, lakin həmin şəxs İddiaçı məktəbin təlim-tərbiyə üzrə direktor müavini vəzifəsini icra etdiyi və qanunsuz şəkildə işdən azad edildiyi dövrdə məktəbin direktoru vəzifəsini icra etməmiş, sonradan bu vəzifəyə təyin edilmişdir. Yəni, 29 sentyabr 2*22-ci il tarixli 112 saylı əmri imzalayan Gülnaz Kərimova ilə hazırki direktor Gülnaz xanım ayrı-ayrı şəxslərdir. Məhkəməyə cavabdeh tərəfindən təqdim ediləcək sənədlərdən də görüləcəyi kimi, həm müəssisənin əmrlər kitabında, həm də “X8”nda İddiaçı barədə əmək müqaviləsi müddətsiz olaraq işlənmişdir. Belə olan halda iddiaçı barədə özbaşına olaraq yeni bir əmrin verilməsinin sözügedən mübahisəyə heç bir təsiri yoxdur. Bu səbəbdən iddia tələbinin haqlı olduğu qənaətindədirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etdi. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktoru X6 ilə İddiaçı arasında bağlanmış 29.*9.2*21-ci il tarixli əmək müqaviləsindən (kontraktından) görünür ki, Tağıyeva X4 şəhəri 2 nömrəli tam orta məktəbin tədris işləri üzrə aparıcı müavini vəzifəsinə işə qəbul edilmişdir. Bu əmək müqaviləsi müddətsiz bağlanmışdır. İş materiallarında olan Abşeron Rayon Təhsil Şöbəsi Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktoru X6 tərəfindən verilmiş işçinin irəli çəkilməsi barədə 29.*9.2*21-ci il tarixli 1*5 №-li əmrdən çıxarışdan görünür ki, məktəbin ali təhsilli riyaziyyat müəllimi 11 il pedaqoji iş təcrübəsinə malik İddiaçı məktəbdə yaranmış 1 ştat vahidinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunması və onunla 14.*6.2*22-ci il tarixə kimi müddətli əmək müqaviləsinin bağlanması əmr edilmişdir. Əsas: Abşeron rayon Təhsil şöbəsinin 13.*9.2*21-ci il tarixli 27(2)-256/18 nömrəli məktubu. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən N.İsmayılova tərəfindən verilmiş 29.*9.2*21-ci il tarixli 164 №-li əmrdən çıxarışdan görünür ki, məktəbin ali təhsilli riyaziyyat müəllimi 11 il pedaqoji iş təcrübəsinə malik İddiaçı məktəbdə yaranmış 1 ştat vahidinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunması və onunla müddətsiz əmək müqaviləsinin bağlanması əmr edilmişdir. Əsas: Abşeron Rayon Təhsil Şöbəsinin 13.*9.2*21-ci il, 27(2)- 27(6)-256/18 nömrəli məktubu. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən N.İsmayılova tərəfindən verilmiş *1.*7.2*22-ci il tarixli 1*3 №-li əmrdən çıxarışdan görünür ki, İddiaçı *1.*7.2*22-ci il tarixdən etibarən 56 gün növbəti yay məzuniyyəti verilmişdir. İş materiallarında olan Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktoru Gülnaz Kərimova tərəfindən verilmiş 29 avqust 2*22-ci il tarixli 112 №-li əmrdən çıxarışdan görünür ki, məktəbin direktor müavini İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi 14.*6.2*22-ci ildə başa çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və İddiaçı riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirməsi əmr edilmişdir. Əsas: Abşeron rayon Təhsil şöbəsinin 13.*9.2*21-ci il tarixli 27(2)-256/18 nömrəli məktubu. İş materiallarında olan X2 edilməsi ilə bağlı X3 görünür ki, İddiaçı ilə 19.1*.2*22-ci ildə əmək müqaviləsi (müddətsiz) bağlanmış, o, Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi kimi 19.1*.2*22-ci il tarixdə işə başlamışdır, əmək haqqı 346.17 manatdır. İş materiallarında olan 2*.*9.2*19-cu il tarixli əmək müqaviləsindən (kontraktından) görünür ki, Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktoru X6 ilə İddiaçı arasında Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi kimi *1.12.2*1*-cu il tarixdə işə başlamışdır. Bu əmək müqaviləsi müddətsiz bağlanmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbinin rəhbərliyinə ünvanlanmış 26 oktyabr 2*22-ci il tarixli 2213*422864 №-li məktubdan görünür ki, vətəndaş İddiaçı əmək hüquqlarının pozulması barədə nazirliyə ünvanladığı müraciətinə aidiyyəti üzrə X7 Xidmətinin Abşeron Xızı regional şöbəsində baxılmış, məktəb aşkar olunmuş qanun pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 26.1*.2*22-ci il tarixli MN **2*749 nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında Qərara əsasən inzibati məsuliyyətə cəlb olunaraq 15** (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərar 2* gün müddətində icra olunmaq üçün Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbinə göndərildiyi, bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimənin ödənilməli olmadığı, əks təqdirdə inzibati cərimənin şərti tətbiq edilməsi haqqında Qərarda nəzərdə tutulan cərimənin ödənilməli olduğu bildirilmişdir. İş materiallarında olan *1.12.2*1*-cu il tarixdə doldurulmuş **83267 nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, Tağıyeva X4 şəhəri 2 nömrəli tam orta məktəbdə 219 №-li əmrə əsasən *1.12.2*1*-cu il tarixdə riyaziyyat müəllimi vəzifəsinə, 164 №-li əmrə əsasən 29.*9.2*21-ci il tarixdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuş, 112 №-li əmrə əsasən 29.*9.2*22-ci il tarixdə əmək müqaviləsi müddətinin başa çatması səbəbindən onunla təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə dair bağlanmış əmək müqaviləsinə xitam verilməsi və riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirməsi (Əsas: Abşeron rayon Təhsil şöbəsinin 13.*9.2*21-ci il tarixli 27(2)-256/18 nömrəli məktubu) qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 8, hissə 1 və 4. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Maddə 45, hissə 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45, hissə 2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45, hissə 3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45, hissə 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45, hissə 5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47, bənd f). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68, hissə 2, bənd b). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73, hissə 1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər; 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər; 3**-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı *1.12.2*1*cu il tarixindən cavabdeh Xırdalan şəhər 2 nömrəli orta məktəbdə Riyaziyyat fənni üzrə müəllim kimi pedaqoji fəaliyyətə başlamış, 29.*9.2*21-ci il tarixdə Cavabdehdə təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. 29 avqust 2*22-ci il tarixdə onunla bağlanmış müddətli əmək müqaviləsi 14.*6.2*22-ci ildə başa çatdığı üçün xitam verilmişdir.Amma iş materiallarında olan Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin direktoru X6 ilə İddiaçı arasında bağlanmış 29.*9.2*21-ci il tarixli əmək müqaviləsindən (kontraktından) görünür ki, Tağıyeva X4 şəhəri 2 nömrəli tam orta məktəbin tədris işləri üzrə aparıcı müavini vəzifəsinə işə qəbul edilmişdir. Bu əmək müqaviləsi müddətsiz bağlanmışdır. İddiaçının təlim-tərbiyə üzrə direktor müavini kimi əmək müqaviləsinə qanunsuz əsaslarla xitam verildiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ünvanlanmış və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən şikayətə baxılaraq, qanun pozuntusuna yol verildiyi aşkarlanaraq məktəb barəsində 26.1*.2*22-ci il tarixli, MN **2*749 nömrəli inzibati xəta haqqında Qərar tərtib edilmişdir. Həmin qərara əsasən məktəb 15** (min beş yüz) manat məbləğində inzibati cərimə edilmiş, həmçinin məktəbin üzərinə qanun pozuntusunun aradan qaldırılması, yəni iddiaçının işə bərpa edilməsi öhdəliyi qoyulmuşdur. Lakin hazıra kimi iddiaçı işə bərpa edilməmişdir. Odur ki, iddiaçı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi iddiaçı barədə müvafiq əmr verilərkən əmrin verilmə əsaslarını təsdiq edən sübutlar mövcud olmamış, mövcud olmayan əsaslar üzrə, yalnız formal mülahizələr üzrə iddiaçı barəsində işdən azad olma barədə əmr verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh tərəfindən verilən 29.*8.2*22-ci il tarixli 112 №li Əmrin ləğv edilməli, iddiaçının 29.*9.2*21-ci il tarixli əmək müqaviləsinə əsasən təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilməli və 29.*8.2*22-ci il tarixdən sonrakı məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdehdən tutularaq iddiaçıya verilməli hissəsində əsaslı hesab olunur, həmin əmr ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin Cavabdeh tərəfindən verilən İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 29.*8.2*22-ci il tarixli, 112 saylı əmri ləğv edilsin. Tağıyeva X4 şəhəri 2 nömrəli tam orta məktəbində 29.*8.2*21-ci il tarixli əmək müqaviləsinə əsasən təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunsun. Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbindən İddiaçı 29.*8.2*22-ci il tarixdən başlayaraq əvvəlki vəzifəsinə işə bərpa ediləcəyi müddətə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdehdən tutularaq iddiaçıya verilsin. Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbindən 1** manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Cəmilə Səfiyeva