Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1255/2023 13.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X2 Səfiyeva İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoruna qarşı miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və müddətin uzadılması tələbinə dair iddia ərizəsinə 13 yanvar 2023-cü il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoruna qarşı miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixində vəfat etmiş ana nənəsi X1 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evi, torpaq sahəsinə dair miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, iş ərazi aidiyyatı üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunan sənədlər MPM-nin 152.1.3 maddəsinə görə geri qaytarılmalıdır. MPM-nin 152.1.3 maddəsinə görə əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılır. MPM-nin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı və ya hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilir. Belə ki, Elektron məhkəmə sistemindən çıxarılmış məlumatlarından görünür ki, cavabdeh Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoru ünvan 2 ünvanında yerləşir. Göründüyü kimi cavabdeh ünvan 3on rayonu ərazisində qeydiyyatda deyildir. Bundan başqa, iddia tələbi müstəsna aidiyyatla bağlı deyildir. MPM-nin 39-cu maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoruna qarşı miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və müddətin uzadılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılmalı, iddiaçıya hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontoruna qarşı miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və müddətin uzadılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-1255/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1255/2023
13.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver