Məhkəmə qərarları › İş №e-2(012)-127/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-127/2024

27.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-127/2024 27.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Zeynalova (Əliyeva) Əzizə Müseyib qızına qarşı(mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və X2) zəbt edilmiş torpaq sahəsində tikilən qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Zeynalova (Əliyeva) Əzizə Müseyib qızına qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və X2) zəbt edilmiş torpaq sahəsində tikilən qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0952 ha. torpaq sahəsindən zəbt etdiyi ərazidə inşa etdiyi tikilinin sökülməsi, onun zəbt etdiyi torpaq sahəsindən çıxarılması, həmin sahənin ona qaytarılması və dövlət rüsumu kimi ödənilən 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən sahəsi 0,0952 ha olan torpaq sahəsi üzərində onun və 3-cü şəxslərin mülkiyyət hüquqları AR DƏDRX 4 saylı Abşeron ərazi idarəsində xx.xx.2022-ci ildə qeydə alınmış və adlarına çıxarış verilmişdir. Həmin torpaq sahəsinin planı və ölçüsü hazırlanmış, mülkiyyətində olan torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur. Mülkiyyətçilərdən X3 13 mart 2022-ci ildə vəfat etmişdir. Lakin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi (9 metr enində) cavabdeh tərəfindən zəbt olunmaqla bu sahədə qanunsuz tikili də inşa etmişdir. Dəfələrlə cavabdehdən onun torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsi təklif olunsa da, o qanunsuz hərəkətlərini davam etdirmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmənin elektron sisteminə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırki mülki iş üzrə növbəti dəfə təqdim olunmuş mütəxəssis rəyi əvvəlki rəyi təkrarlamaqla tərəflər arasında yaranan mübahisənin həllinə xidmət etməməklə yanaşı məhkəmə tərəfindən qoyulmuş heç bir suala cavab vermir. İddiaçıya torpaq sahəsinin plan və ölçüsü verilmiş və həmin sənəddə onun mülkiyyətində olan torpaq sahəsinin koordinatları tam olaraq aydın şəkildə qeyd edilmişdir. Mütəxəssis tərəfindən verilmiş rəydə həmin ərazidə sürüşmələrin olduğu bildirilir, ərazidə sürüşmənin olması ayrılan torpaq sahəsinin bir yerdən başqa yerə getməsi demək deyildir, deməli, verilmiş plan və ölçü əsasında hər bir torpaq sahəsinin yerini müəyyən etmək və həmin torpaq sahələrinin üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkündür ki, bu da bu sahədə çalışan mütəxəssis üçün sadə bir iş olsa da mütəxəssis bu məsələyə aydınlıq gətirməkdən acıq aşkar yayınmışdır. Belə hesab edir ki, iddiaçının əmlakı zəbt edilmiş və o, özünün kənd təsərrüfat təyinatlı torpaq sahəsində qanunsuz inşa olunan tikilinin sökülməsini iddia etməkdə haqlıdır, lakin reyestr xidməti mütəxəssisi məhkəmə tapşırığını icra etməyərək bunu torpaq sahəsində "sürüşmə" ilə izah edir və bu işin həllini qeyri müəyyən bir vaxta uzatmaqla mümkünsüz bir vəziyyətə gətirir. Belə hesab edir ki, DƏDRX 4 saylı ərazi idarəsi iddiaçı barəsində sökülməsini tələb etdiyi qanunsuz tikiliyə görə inzibati protokol tərtib etməklə həmin tikilinin iddiaçıya aid torpaq sahəsində olmasını sübut etmişdir və həmin inzibatı akt qüvvədədir. Bu tələb də həmin kənd təsərrüfatı təyinatlı torpaqda aparılmış həmin qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. İddia tələbini müdafiə edir və məhkəmə prosesini iştirakları olmadan keçirməklə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasına iddianı qəbul etməmiş,iddianın əsassız olduğunu bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdehin apardığı tikinti özünün mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin üzərində yerləşir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədi və digər cavabdehin izahatına uyğun izahat verdi. Digər tərəflər məhkəmənin sonrakı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, mülki işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası ƏMDX Dövlət Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,0952 ha torpaq sahəsi 1/4 hissə paylı mülkiyyətçilərin, o cümlədən İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi **********55 reyestr nömrəsi ilə qeydə alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli 3-16-16/2/8518 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 26 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-11439/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı qızına xx.xx.2022-ci il tarixdə **********55 nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.0952 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bildiririk ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarfna, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır.Nəzərinizə çatdırırıq ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.Nəzərinizə çatdırırıq ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarındanibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş(zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Zeynalova (Əliyeva) Əzizə Müseyib qızına qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və X2) zəbt edilmiş torpaq sahəsində tikilən qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mülkiyyətində olan və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0952 ha torpaq sahəsinin zəbt etdiyi ərazidə inşa etdiyi tikilinin sökülməsi, onun zəbt etdiyi torpaq sahəsindən çıxarılması, həmin sahənin ona qaytarılması və dövlət rüsumu kimi ödənilən 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli 3-16-16/2/8518 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 26 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli 3-21-3-32/2-11439/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı qızına xx.xx.2022-ci il tarixdə **********55 nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.0952 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bildiririk ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarfna, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Nəzərinizə çatdırırıq ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ekspertizasının rəyini təkzib edən hər hansı sübut işdə mövcud deyildir.mövcud vəziyyətlə əlaqədar olaraq tərəflərə məxsus torpaq sahələrinin yerinin koordinatlarına uyğun müəyyən edilməsi mümkün olmadı, o halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının DƏDRX 4 saylı ərazi idarəsinin iddiaçı barəsində sökülməsini tələb etdiyi qanunsuz tikiliyə görə inzibati protokol tərtib etməklə həmin tikilinin iddiaçıya aid torpaq sahəsində olmasını sübut etməsi və həmin inzibatı aktın qüvvədə olması dəlilinə münasibətdə qeyd edir ki, həmin inzibati protokol iş üzrə sübut növlərindən biri olub, digər sübutlarla birlikdə məcmu halda qiymətləndirildiyindən, bu hal digər sübutlarla təsdiq edilmədiyindən bu hal iddianın təmin edilməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti özünə aid edilməlidir. Eyni zamanda iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci vardır ki, iddia təmin edilmədiyindən həmin məbləğ iddiaçıdan tutulub Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Zeynalova (Əliyeva) Əzizə Müseyib qızına qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və X2) zəbt edilmiş torpaq sahəsində tikilən qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı 50 (əlli) manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ41 NABZ******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar