Məhkəmə qərarları › İş №e-2(012)-1275/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1275/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1275/2024 06.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli icarə müqaviləsinə əsasən obyektə dəymiş ziyana görə 2800 manat, müqavilənin şərtini pozaraq vaxtından əvvəl xx.xx.2023-cü il tarixdə heç bir xəbərdarlıq etmədən obyekti boşaldıb getdiyi üçün 25000 manat məbləğində təzminat olmaqla, cəmi 27800 manat məbləğində borcun və 1000 manat məbləğində hüquqi xidmət haqqının Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatət göndərərək, icraatda olan 2(012)-1275/2024 saylı mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq iddiaçı Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, aidiyyət qaydaları pozulmaqla icraata qəbul edildiyindən hazırki mülki iş baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən o, vəsatətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, işin aidiyyəti üzrə onun qeydiyyatda olduğu Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi barədə Cavabdeh vəsatətinə etiraz etmir və cavabdehin Sabunçu rayonu ərazisində qeydiyyatda olduğunu nəzərə alaraq məhkəmədən hazırki mülki işin aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında vəsatətini müdafiə edərək vəsatətinin təmin edilməsini və mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı iddia ərizəsində cavabdehin yaşayış yeri kimi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6, RPİ ünvanını göstərərək iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan təqdirdə MPM-in 35.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 44.2.2-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinin tələbinə görə ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələbinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35,40, 44, 45, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan alındığı (verildiyi) andan 10 (on) gün ərzində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar