Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-129/2025 14.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxs Əmanətlərin Sığortalanması Fondu) borcun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdeh X2 qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxs Əmanətlərin Sığortalanması Fondu) borcun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO QSC “Bank Standard” KB-nin xx.xx.2016-cı il tarixli, KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə 7456836.67 manat əsas kredit borcunun ödənilməsi üçün tutmanın cavabdehə məxsus ünvan 1 ünvanda 0.0869 ha torpaq sahəsində yerləşən 236.48 kv.m. fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına LPO QSC “Bank Standard” KB-nin qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2068/2024 saylı qərardadı ilə cavabdeh X4 vəfat etdiyindən hüquq varisi müəyyən edilənədək e-2(012)- 2068/2024 saylı mülki iş üzrə icraat dayandırmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2068/2024 saylı sorğusuna cavab olaraq, Abşeron rayon 1 saylı notariat ofisinin cavabdeh X1 vərəsələri barədə məlumat xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və Abşeron Rayon Məhkəməsinin e-2(012)-2068/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə icraat təzələnmişdir. Daha sonra X1 qanun üzrə vərəsələri Cavabdeh1 və Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişlər. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə iddiaçının baş direktoru Rəna Məlikova “AzDoc” X3 sistemi üzərindən ərizə ilə müraciət edərək, iddia ərizəsinin qaytarılması barədə ərizənin təmin olunmasını və iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişlər. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən İİİ şəxs Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən İİİ şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdehlər isə işə mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, mövcud iddia ərizəsi əsasında işin mahiyyəti üzrə baxılmasına zərurət və əsas yoxdur. Odur ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bundan əlavə iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, aparılmış mütəxəssis tədqiqatının dəyəri 600 manat, həmçinin ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 260.3-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə hesab edir ki, mütəxəssis və ekspertiza təqdiqatlarının aparılmasına sərf edilmiş məbləğlər iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalı, habelə iş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 600 manat pul vəsaiti iddiaçıdan tutularaq "xxxx" MMC-nin xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxs Əmanətlərin Sığortalanması Fondu) borcun ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 600 manat pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankından tutularaq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab nömrəsi: AZ85ACAB********************, Müxbir hesab: AZ10NABZ**********000005644, bankın kodu - 505000) xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-129/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-129/2025
14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver