Məhkəmə qərarları › İş №e-2(012)-132/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-132/2024

19.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-132/2024 19.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə Nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamı ilə İddiaçı Xırdalan südçülük-tərəvəzçilik sovxozunun ərazisində fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0,00907 ha hissəsindən onun çıxarılması, zəbt edilmiş həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi və torpaq sahəsinin ətrafına tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə Nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamı ilə İddiaçı Xırdalan südçülük-tərəvəzçilik sovxozunun ərazisində fərdi ev tikmək üçün 0,1 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ayrıldıqdan sonra İddiaçı təhvil verilmiş və həmin vaxtdan torpaq sahəsinin 0,0671 ha hissəsi onun sahiblik və istifadəsində olmuşdur. Həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən İddiaçı adına xx.xx.2009-cu il tarixli, 1/445 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bir müddət əvvəl Cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə Nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamı ilə İddiaçı ayrılmış həmin torpaq sahəsinin 0,00907 ha hissəsini zəbt edərək hasara almışdır və oradan qanunsuz olaraq istifadə edir. Mübahisə predmeti olan torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə Nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamı ilə İddiaçı ayrılmasına və həmin vaxtdan onun sahiblik və istifadəsində olmasına baxmayaraq, həmin torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilmiş və İddiaçı sahiblik və istifadəsindən çıxarılmışdır. Cavabdeh özbaşınalığı nəticəsində İddiaçı həmin torpaq sahəsinin 0,00907 hektarından istifadə edə bilmir. Belə ki, Cavabdeh torpağın həmin hissəsini hasarlayaraq ora daxil olmasına mane olur. Halbuki, iddiaçı həmin torpaq sahəsini qanunvericiliyə uyğun olaraq əldə etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. O bildirdi ki, qeyd edilən ərazidəki evdə 20 ildir ki yaşayır. Bu müddət ərzində torpaq sahəsilə bağlı heç bir problem olmamışdır. İştirak etdiyi məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi Sərxan Əhmədov göstərmişdir ki, Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamına, həmçinin xx.xx.2009-cu il tarixli. A126183 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin vətəndaş tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamına əsasən DT və XK tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları daxilində yerləşir. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi sxemdə göstərilmişdir. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin daxilində 1 ədəd fərdi yaşayış evi mövcuddur. İddiaçı tərəfindən tanıdılan torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin 0.0098 ha hissəsi üst-üstə düşür. Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli,28 saylı sərəncamına əsasən DTXK-si tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlar ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları 0.0101 ha hissədə üst-üstə düşür. Sonda o, tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəyi təsdiq etdi. Bundan sonra, iddiaçının nümayəndəsi MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamı ilə İddiaçı Xırdalan Südçülük-Tərəvəzçilik Sovxozunun ərazisində fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0,0101 ha hissəsindən cavabdehin çıxarılması, zəbt edilmiş həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi və bu sahənin ətrafında inşa edilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə Nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamından görünür ki, İddiaçı Xırdalan südçülük-tərəvəzçilik sovxozunun ərazisində fərdi ev tikmək üçün 0,1 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan xx.xx.2009-cu il tarixli, A 126183 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən İddiaçı adına 671 kv.metr torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə Nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamından görünür ki, Cavabdeh Xırdalan südçülük-tərəvəzçilik sovxozunun ərazisində fərdi ev tikmək üçün 0,1 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan 25762 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində 39 kv.metr yaşayış, 44,9 kv.metr köməkçi sahədən ibarət yaşayış evi Cavabdeh adına qeydə alınmış, onun adına yaşayış evinin texniki pasportu tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli,28 saylı sərəncamına (xx.xx.2009-cu il tarixli. A126183 saylı torpaq sahəsinin planı və ölçüsünə ) əsasən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin vətəndaş tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamına əsasən DTXK-si tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları daxilində yerləşir və sxemdə göstərilmişdir. Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamına əsasən Cavabdeh ayrılmış 0.10 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün və sərəncamda torpaq sahəsinin sxem və koordinatları olmadığından sualın cavablandırılması mümkün olmamışdır, lakin Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi sxemdə göstərilmişdir. Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamına əsasən Cavabdeh ayrılmış 0.10 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün və sərəncamda torpaq sahəsinin sxem və koordinatları olmadığından sualın cavablandırılması mümkün olmamışdır, lakin Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin daxilində 1 ədəd fərdi yaşayış evi mövcuddur. İddiaçı tərəfindən tanıdılan torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin 0.0098 ha hissəsi üst-üstə düşür. Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli,28 saylı sərəncamına (xx.xx.2009-cu il tarixli. A126183 saylı torpaq sahəsinin planı və ölçüsünə ) əsasən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin vətəndaş tərəfindən tanıdılan torpaq sahəsi Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli,28 saylı sərəncamına əsasən DTXK-si tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları daxilində tikinti işlərinin aparılması müşahidə edilməmişdir, lakin Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli,28 saylı sərəncamına əsasən DTXK-si tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlar ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları (0.0101 ha hissəsi) üst-üstə düşür. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8565 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-11684/2023 nömrəli mütəxəssis rəyinə əsasən Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamına (xx.xx.2009-cu il tarixli. A126183 saylı torpaq sahəsinin planı və ölçüsünə ) əsasən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin vətəndaş tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamına əsasən DTXK-si tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları daxilində yerləşir və sxemdə göstərilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli,28 saylı sərəncamına əsasən Cavabdeh ayrılmış 0.10 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün və sərəncamda torpaq sahəsinin sxem və koordinatları olmadığından sualın cavablandırılması mümkün olmamışdır, lakin Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdirsxemdə göstərilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli,28 saylı sərəncamına əsasən Cavabdeh ayrılmış 0.10 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün və sərəncamda torpaq sahəsinin sxem və koordinatları olmadığından sualın cavablandırılması mümkün olmamışdır, lakin Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin daxilində 1 ədəd fərdi yaşayış evi mövcuddur. Mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən tanıdılan torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin 0.0098 ha hissəsinin üst-üstə düşdüyü müəyyən olundu. Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamına (xx.xx.2009-cu il tarixli. A126183 saylı torpaq sahəsinin planı və ölçüsünə ) əsasən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin vətəndaş tərəfindən tanıdılan torpaq sahəsi Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli,28 saylı sərəncamına əsasən DTXK-si tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları daxilində tikinti işlərinin aparılması müşahidə edilməmişdir, lakin Abşeron rayonu İHBnin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamına əsasən DTXK-si tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlar ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları (0.0101 ha hissəsi) üst-üstə düşür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı hazırda ona məxsus torpaq sahəsinin 0,0101 ha hissəsindən həmin əmlaka heç bir hüququ olmayan Cavabdeh çıxarılmasını və orada tikilmiş hasarın cavabdehin hesabına sökülməsini xahiş edir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı İddiaçı adına Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamı və xx.xx.2009-cu il tarixli, A 126183 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənədlər hazırda qüvvədədir. Bu torpaq sahəsinə dair iddiaçının adına reyestrdən çıxarış alınmasa da, ilkin torpaqayırma sənədləri hazırda qüvvədə olduğundan məhkəmə qeyd edir ki, həmin əmlaka dair onun qanuni gözlənti hüququ mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin 0,0101 ha hissəsinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli əmlaka dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onun bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Cavabdehin mübahisəli daşınmaz əmlaka müdaxiləsi iş materialları ilə, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə tamamilə təsdiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamı ilə İddiaçı Xırdalan Südçülük-Tərəvəzçilik Sovxozunun ərazisində fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0,0101 ha hissəsindən cavabdeh çıxarılmalı, zəbt edilmiş həmin torpaq sahəsi İddiaçı təhvil verilməli və bu sahənin ətrafında inşa edilmiş hasar Cavabdeh vəsaiti hesabına sökülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu İHB-nin Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli, 28 saylı sərəncamı ilə İddiaçı Xırdalan Südçülük-Tərəvəzçilik Sovxozunun ərazisində fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsinin zəbt edilmiş 0,0101 ha hissəsindən Cavabdeh çıxarılsın və zəbt edilmiş həmin torpaq sahəsi İddiaçı təhvil verilsin. Bu sahənin ətrafında inşa edilmiş hasar Cavabdeh vəsaiti hesabına sökülsün. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul cavabdehdən tutularaq İddiaçı qaytarılsın. Ekspertiza tədqiqatı üçün tələb olunan 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar