Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-136/2025 12.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sökülən daş hasarın bərpa edilməsi, torpaq sahəsinə müdaxilə edilməsinin cavabdehə qadağan edilməsi və dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə perimetri boyunca (qapı yeri istisna olmaqla) çəkilmiş 2,20 metr hündürlüyündə daş hasarın bərpa edilməsi vəzifəsinin Cavabdeh həvalə edilməsi, həmin torpaq sahəsindən onun istifadə hüquqlarına maneələr yaratmasının cavabdehə qadağan edilməsi, həmin hasarın təkrarən iki dəfə sökülməsi nəticəsində ona dəymiş 3000 manat maddi ziyan, 1000 manat mənəvi ziyan, 100 manat dövlət rüsumu və vəkilə ödənilmiş 221 manat xidmət haqqı olmaqla, cəmi 4321 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı 2023-cü ilin sentyabr ayında iddiaçıya məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə perimetri boyunca (qapı yeri istisna olmaqla) 2,20 metr hündürlüyündə daş hasar çəkmişdir. Cavabdeh həmin hasarın ona məxsus torpaq sahəsinə giriş-çıxışı məhdudlaşdırdığını iddiaçıya bildirmiş, iddiaçıdan hasarın sökülməsini tələb etmişdir. İddiaçı imtina etdikdə isə cavabdeh həmin hasarı sökmüşdür. Sonradan iddiaçı hasarı iki dəfə bərpa etmiş, lakin hər dəfə cavabdeh hasarı sökmüşdür. Nəticədə cavabdeh tərəfindən iddiaçıya ziyan vurulmuş, eləcə də torpaq sahəsi üzərində hüquqlarının realizə edilməsinə qanunsuz mane olmuşdur. Cavabdeh bunun səbəbini soruşduqda isə cavabdeh iddiaçı tərəfindən tikilmiş hasarın onun evinə mane olduğunu bildirmişdir. İddiaçı tərəfindən ona məxsus torpaq sahəsində sözügedən torpağın plan-ölçü sənədinə əsasən tikinti işləri aparılmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ərazidə sürüşmə vardır, lakin buna baxmayaraq torpaq sahəsinin hazırki plan və ölçü sənədi qüvvədədir. Cavabdeh polis orqanında verdiyi izahatında iddiaçının tikdiyi hasarı sökdüyünü etiraf etmişdir. Bildirir ki, cavabdeh tərəfindən iddiaçıya təkcə maddi ziyan deyil, həmçinin mənəvi zərər də vurulmuşdur. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkili-nümayəndəsi Nümayəndə izahatında qeyd edilənləri təsdiq edərək bildirdi ki, o, hazırda mülkiyyətində olan torpaq sahəsini vaxtilə 18000 manata almışdır. Daha sonra cavabdehin mülkiyyətində olan torpaq sahəsinin 37 kv.m-lik hissəsinə müdaxilə etdiyi ona məlum olmuş, bu səbəbdən o, cavabdehə dəymiş ziyanın əvəzini ödəmişdir. Cavabdeh ondan torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evini sökməsini istəmiş, o isə hasar tikdirmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı tərəfindən ona məxsus torpaq sahəsinə müdaxilə edildiyinə görə o, iddiaçını məhkəməyə vermiş və onun iddia tələbi təmin edilmişdir, lakin buna baxmayaraq sözügedən qətnamə icra olunmur. Onun mülkiyyətində olan torpağın ümumi sahəsi 7,92 sot, iddiaçıya məxsus torpağın ümumi sahəsi isə 3 sot təşkil edir. İddiaçının göstərdiyi torpaq sahəsinin ona heç bir aidiyyəti yoxdur. Bundan əlavə ekspert rəyinin necə tərtib edildiyi ona məlum deyildir. Belə ki, ekspert rəyində İddiaçı məhz onun tərəfindən ziyan vurulduğu öz təsdiqini tapmamışdır. Bildirir ki, o, iddiaçı tərəfindən tikilmiş hasarın yalnız öz torpaq sahəsinə düşən hissəsini dağıtmışdır. Qeyd edilənlər əsasında o, iddianın təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X2 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh məxsus torpaq sahələri qonşu sahələrdir və həmin torpaq sahələrinin yerləşdiyi ərazidə sürüşmə vardır. Belə ki, sənədlər əsasında sözügedən ərazidə inşa edilmiş fərdi yaşayış evlərinin olduğu yerin koordinatları ilə yolun yerləşdiyi məkanın koordinatları arasında uyğunsuzluq mövcuddur. İddiaçı məxsus torpaq sahəsində inşa edilmiş hasardan 3 daş üstə qalmışdır və hələ dürüstləşmə işləri başa çatdırılmasa da torpaq sahəsinin bir hissəsinin faktiki koordinatları ilə həmin hasarın yerləşdiyi məkanın koordinatlarının üst-üstə düşməsi aşkar edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-186/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı tərəfindən inşa edilmiş 80 kv.metrlik tikilinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndindəki 0,0783 ha torpaq sahəsinin qərb istiqamətində yerləşən 35 kv.metr hissəsinin İddiaçı vəsaiti hesabına sökülməsi və İddiaçı tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bu ölçüdə boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pulun 25 manat hissəsinin Cavabdeh, 25 manat hissəsinin isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, dövlət rüsumu kimi ödənilmiş 10 manat pulun yarısı, yəni 5 manat və mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş 311 manat pulun yarısı, yəni 155,5 manat pulun İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********** qeydiyyat nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng vuraraq və Abşeron RPİ-yə ərizə ilə müraciət edərək Abşeron rayonu, Masazır qəsəbəsi, keçmiş bələdiyyə binası ilə üzbəüz ona məxsus torpaq sahəsinin daş hasarının naməlum şəxs tərəfindən traktor vasitəsi ilə sökülməsi barədə məlumat vermiş, müraciət əsasında təhqiqat aparılmış, 06 noyabr 2023-cü il tarixdə toplanmış material İstintaq Şöbəsinə göndərilmiş, həmin tarixdə material üzrə araşdırma aparılmış, lakin tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğu üçün mülki-mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən həll edilməli olduğundan İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İzahatı alınmış Cavabdeh göstərmişdir ki, 2018-ci ildə Abşeron rayonu, Masazır qəsəbəsində 0,0783 ha torpaq sahəsi almış, lakin bu günə qədər həmin torpaq sahəsində heç bir tikinti işləri aparmamışdır. Onun torpaq sahəsinin 0,0035 ha hissəsini İddiaçı zəbt etdiyi üçün Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, uzun proseslərdən sonra onun xeyrinə qərar çıxarılmışdır. Son olaraq xx.xx.2023-cü il tarixdə Mehman tikinti işləri apararkən onun torpaq sahəsinə keçdiyi üçün və yolu zəbt etdiyi üçün hündürlüyü təqribən 1 metr olan hasarını uçurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2024-cü il tarixli, 10/3807 №-li ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Masazır ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Odur ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması tərəfimizdən mümkün olacaqdır. Həmçinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, hasar tikilisinin uzunluğunun 70 metr, hündürlüyünün 2,2 metr olduğunu, qapı yerinin eninin minimum 3 metr olduğunu, 2,7 metrdən bir sütunlar inşa edildiyini, hasarın təkqat mişar daşından inşa olunduğunu, özülünə mişar daşı düzüldüyünü nəzərə alaraq iddia olunan hasar tikilisinin inşa olunması üçün aparılmalı tikinti işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3104 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, ekspert rəyini, işin digər materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci, 21.1-ci, 21.2-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş hasarın Cavabdeh tərəfindən sökülməsi faktı iddiaçının və onun nümayəndəsinin izahatlar, həmçinin iş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar iılə yanaşı cvabdehin məhkəmə iclasında verdi qismən etirafedici izahatı ilə təstiq olunur. Belə ki, Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi Cavabdeh izahatında xx.xx.2023-cü il tarixdə İddiaçı tikinti işləri apararkən onun torpaq sahəsinə keçdiyi üçün və yolu zəbt etdiyi üçün hündürlüyü təqribən 1 metr olan hasarını uçurduğunu etiraf etmiş, bundan əlavə məhkəmə iclasında iddiaçı tərəfindən tikilmiş hasarın yalnız öz torpaq sahəsinə düşən hissəsini dağıtdığını bildirmişdir. Həmçinin məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2024-cü il tarixli, 10/3807 saylı ekspert rəyindən göründüyü kimi “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən hasar tikilisinin uzunluğunun 70 metr, hündürlüyünün 2,2 metr olduğunu, qapı yerinin eninin minimum 3 metr olduğunu, 2,7 metrdən bir sütunlar inşa edildiyini, hasarın təkqat mişar daşından inşa olunduğunu, özülünə mişar daşı düzüldüyünü nəzərə alaraq iddia olunan hasar tikilisinin inşa olunması üçün aparılmalı tikinti işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3104 manat məbləğində müəyyən edilmişdir. İddia tələbinin İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə perimetri boyunca (qapı yeri istisna olmaqla) çəkilmiş 2,20 metr hündürlüyündə daş hasarın bərpa edilməsi vəzifəsinin Cavabdeh həvalə edilməsi və həmin torpaq sahəsindən iddiaçının istifadə hüquqlarına maneələr yaratmasının cavabdehə qadağan edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 2239/2024 saylı qərardadı ilə ekspert qarşısına İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,03 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin (xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, A № 863769, xx.xx.2022-ci il tarixli, **********43 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) sənəd üzrə uyğun gəlib-gəlməməsi, torpaq sahəsinə perimetri boyunca çəkilmiş daş hasarın əhatə etdiyi sahənin həmin torpaq sahəsi ilə tam və ya qismən üst-üstə düşüb-düşməməsi, düşürsə, hansı hissə və ölçülərdə üst-üstə düşdüyü, həmçinin iddiaçıya məxsus torpaq sahəsinə Cavabdeh tərəfindən müdaxilə (zəbt) və ya maneə olub-olmaması, müdaxilə (zəbt) və ya maneə varsa, həmin hissədə nə qədər təşkil etməsi barədə suallar qoyulmuş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2024-cü il tarixli, 10/3807 saylı ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Masazır ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Odur ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması tərəflərindən mümkün olacaqdır. Odur ki, yuxarıda qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia tələbi bu hissələrdə təmin edilməsi ilə bağlı əsaslar müəyyən edilmədiyindən rədd edilməlidir. Lakin, məhkəmə qeyd edir ki, tərəflərə məxsus torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqların olması belə cavabdehə məhkəmə qərarı olmadan mübahisə predmeti olan hasarın sökülməsinə hüquqi əsas vermədiyindən, İddiaçı tərəfindən inşa edilmiş hasarın sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi ziyana görə 3000 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan əlavə iddiaçı tərəf ona dəymiş mənəvi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, Cavabdeh tərəfindən ona 1000 manat məbləğində mənəvi zərər dəydiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında iddianın mənəvi ziyan hissəsi əsaslandırılmamış, iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddia tələbinin vəkilə ödənilmiş 221 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının hüquq xidmətlərinin göstərilməsinə görə vəkilə ödəniş etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 18 dekabr 2024-cü il tarixli, 10/3807 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən inşa edilmiş hasarın sökülməsi nəticəsində dəymiş maddi ziyana görə 3000 manat pul və 100 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 18 dekabr 2024-cü il tarixli, 10/3807 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-136/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-136/2025
12.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver