Məhkəmə qərarları › İş №e-2(012)-1390/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1390/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1390/2023 27.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2356,22 manat məbləğində əsas borcun və eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 44 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 2621,63 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2020-ci il tarixindən, hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı MMC-yə yekun olaraq 2356,22 manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdir və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.2-ci maddəsinə görə Mülki Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Cavabdeh qız ıilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin 3.2-ci bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə İddiaçı MMC-nin məhkəməyə müraciət etmək hüququ yaranır. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh ünvanına borc məbləğinin ödənilməsi barədə pretenziya (xəbərdarlıq) məktubu göndərilmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. O, İddiaçı MMC-də mağaza müdiri vəzifəsində işləmişdir. İşlədiyi zaman şəkərtozu, meyvə və çörəkdə əksikliklər var idi. Bölgə müdiri də gəlib baxmışdır. Onu mağazad müdiri yaşının az olmasına görə qorxutmuşdur. O, 1 həftə mağazada olmamışdır. Sonra o, səhhətiylə əlaqədar məzuniyyətdə olmuşdur. Həmin müddətdə onu təcrübəsiz işçi əvəz etmişdir. O, məzuniyyətdə olanda Kola firmasının işçisi ona xəbər vermədən adına 240 manat məbləğində mal götürmüşdür. O, üç il İddiaçı MMC-də işləmişdir. Ondan 2000 manatdan çox pul tələb edirlər. O, harada əksiyi var, bilir. İddiaçı MMC-də işlədiyi zaman sayım olmuşdur. Onun şirkətə az miqdarda borcu var idi. O, kassadan 300 manat pul götürmüş, daha sonra da qaytarmışdır. O, borcun etirafı haqqında müqaviləyə səhv edərək imza atmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, Oba-Sumqayıt 19 (280) mağazasında adminstrator vəzifəsində çalışdığı zaman xx.xx.2020-ci ildə aparılmış inventarizasiya nəticəsində Cavabdeh 2621,63 manat məbləğdə zərər vurması müəyyən edilmişdir. Tərəflər arasında X4 haqqında müqavilənin bağlandığını nəzərə alaraq, borclu (zərər vuran) 2621,63 manat məbləğində Cəmiyyətə zərər vurduğunu tam etiraf etmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Etibar qızının güzəştlər nəzərə alındıqdan sonra 01 dekabr 2022-ci il tarixinə, İddiaçı MMC-yə olan ümumi borcu 2356,22 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli X4 haqqında Müqavilədən görünür ki, bu müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında işçinin vəzifə funksiyaları və vəzifə məsuliyətləri göstərilməklə bağlanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. xx.xx.2020-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqaviləyə əsasən, Oba-Sumqayıt 19 (280) mağazasında adminstrator vəzifəsində çalışdığı zaman xx.xx.2020-ci ildə aparılmış inventarizasiya nəticəsində Cavabdeh 2621,63 manat məbləğdə zərər vurması müəyyən edilmiş, tərəflər arasında X4 haqqında müqavilənin bağlandığını nəzərə alaraq, borclu (zərər vuran) 2621,63 manat məbləğində Cəmiyyətə zərər vurduğunu tam etiraf etmişdir. İddiaçı MMC tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli arayışdan göründüyü kimi Cavabdeh Etibar qızının güzəştlər nəzərə alındıqdan sonra 01 dekabr 2022-ci il tarixinə, İddiaçı MMC-yə olan ümumi borcu 2356,22 manat təşkil edir. Bundan əlavə Cavabdeh məhkəmədə iddianı qismən qəbul etdiyini bildirmiş, lakin iddianı qəbul etmədiyi hissənin əsasları ilə bağlı izahatından başqa hər hansı bir sübut təqdim etmədyindən, məhkəmə həmin izahata tənqidi yanaşaraq işin faktiki hallarına və aşağıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı MMCnin qarşısında zərər vurulmasından irəli gələn öhdəliyi vardır və buna görə də Cavabdeh mülki hüquq məsuliyyəti daşımaqla İddiaçı MMC-yə vurduğu zərəri tam həcmdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, məhkəməyə iddia qaldırmaq üçün ödədiyi 44 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2356,22 manat məbləğində əsas borc və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 44 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar