Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-145/2023 17.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC –nin vəkili-nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) qarşı mənzillərin təhvil verilməsi, dəymiş maddi və mənəvi ziyanın qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə 17 aprel 2023-cü il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) qarşı mənzilin təhvil verilməsi, dəymiş maddi və mənəvi ziyanın qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 133 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında, 4-cü blok, 13-cü mərtəbədə yerləşən, 2 (iki) otaqdan ibarət, 261 nömrəli mənzilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi, həmçinin Cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış fayda kimi 18900 manat pulun və mənəvi zərərin əvəzi kimi 10000 manat pulun Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC-nin (indiki FAM-88 MMC) direktoru X2 ilə 07 dekabr 2016-cı ildə Mənzil Tikintisi Haqqında 133 saylı müqavilə bağlamışdır. Həmin Müqaviləyə görə iddiaçı “Payçı”, cavabdeh isə “İcraçı” adlanır. Həmin Müqaviləyə əsasən “İcraçı” “Payçı”ya Abşeron rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında, 4-cü blok, 13-cü mərtəbədə yerləşən 261 nömrəli mənzili izolə olunmuş 2 (iki) otaqdan ibarət pay kimi verməyi öz öhdəsinə götürür. “Payçı” isə müqavilədə göstərilmiş məbləği təmamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürür. 133 saylı Müqavilə üzrə 77,36 kv.m. sahəsi olan mənzilin dəyəri, 1 kv.m. görə 700 manat olmaqla, cəmi 54152 (əlli dörd min yüz əlli iki) manat təşkil etmişdir. İddiaçı tərəfindən həmin məbləğ, yəni 54152 (əlli dörd min yüz əlli iki) manat “İcraçıya” tam ödənilmiş və bu mənzillərə dair heç bir borcunun olmaması barədə maliyyə arayışları verilmişdir. Lakin, buna baxmayaraq cavabdeh “İcraçı” Cavabdeh MMC hal-hazıra qədər mənzilləri ona təhvil verməmişdir. Bundan başqa, Cavabdeh MMC iddiaçının oğlu X3 qarşı Abşeron rayon məhkəməsində iddia qaldıraraq oğlu ilə Cavabdeh MMC arasında bağlanmış Mənzil Tikintisi haqqında 134 saylı müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir. Cavabdeh MMC iddia etmişdi ki, iddiaçıya məxsus mənzili o, armaturun əvəzi olaraq girov kimi vermiş və ona armaturun pulu ödənildikdən sonra, mənzili geri almışdır və müqaviləni ləğv etmişdir. Bundan sonra, məlum olmuşdur ki, “İcraçı” Cavabdeh MMC ondan xəbərsiz hansısa ərizəyə aldatma yolu ilə oğluna imza etdirmiş və mənzilin pulunu ödəmədən ona verilmiş ünvan 1 ünvanında, 4-cü blok, 13-cü mərtəbədə yerləşən 261 nömrəli mənzilin müqaviləsini ləğv etmişdir. Hal-hazırda sözügedən mənzili cavabdeh təşkilatdan tələb edir. Eyni zamanda, bu illər ərzində cavabdeh mənzilini qanunsuz olaraq özündə saxladığına görə ona vurulan maddi zərəri də cavabdeh təşkilatdan tələb edir. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iş materiallarında olan sübutlar əsasında iddia tələblərinə baxaraq iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Nümayəndə3 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili olaraq iş materiallarının müəyyən bir hissəsi ilə tanış olaraq ekspertizaya təqdim edilmiş Rüstəmov Seymura aid imza və yazı nümunələrini götürərək X6nə müraciət etmiş, Ekspertiza Mərkəzinin 13 yanvar 2013-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olundu ki, Cavabdeh MMC-nin direktoru X8 adına yazılmış ərizənin imza qrafasında Rüstəmov Seymurun adından icra edilmiş 01 ədəd mübahisəli imza Rüstəmov Seymur tərəfimdən qabaqcadan düşünülüb dəyişdirilmiş formada icra edilmişdir. Rüstəmov Seymur həmin imzanı şirkətə gələrək “Fam-88" MMCnin nümayəndələri qarşında icra etmişdir. Mütəxəssis rəyi ilə də müəyyən edilmişdir ki, Rüstəmov Seymurun adından icra edilmiş 01 ədəd mübahisəli imza Rüstəmov Seymur tərəfindən qabaqcadan düşünülüb dəyişdirilmiş formada icra edilmişdir. 13 yanvar 2013-ci il tarixli mütəxəssis rəyinə diqqət etdikdə görünür ki, tədqiqatı aparılan 01 ədəd imzanın Rüstəmov Seymur tərəfindən icra edildiyini aydınlaşdırmaq məqsədi ilə onların tədqiqatı ənənəvi metodla, yəni mübahisəli və müqayisəli imzaları üst-üstə qoymaq, yan-yana tutmaq, böyüdücü lupa) vasitəsi ilə baxmaq metodu ilə eyniləşdirmə tədqiqatı aparılmışdır. Rüstəmov Seymurun eksperimental icra etdiyi imzalara Almaniya istehsalı olar, 8-800 karat böyüdücü xassəyə malik olan mikraskop vasitəsi ilə baxış keçirilmişdir. Lakin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2022-ci il tarixli rəyinə diqqət yetirdikdə isə rəy verilərkən istifadə edilən metodlar tam və aydın şəkildə göstərilməmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli rəyi də aydın və tam deyildir. Hazırda ekspert rəyi ilə mütəxəssis rəyi bir-birinə tamamilə ziddir. Məhkəmənin əvvəlki iclasında cavabdehin nümayəndəsi Rafiq Tağıyev iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, iddiaçının müqaviləsinin əsli cavabdehdədir, pul geri qaytarılıb , ona görə də, müqavilə də geri qaytarılıb, yoxsa niyə qaytarsın. Əvvəlki məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatında bildirmişdir ki, iddianı qəbul etmir.Cavabdeh MMC ilə işləmiş, armaturla təmin etmiş, MMC bunun əvəzində ona və ailə üzvlərinə mənzillərlə bağlı müqavilə tərtib etmişdir. Anasının adına hazırkı mübahisəli mənzilə dair müqavilə verilmişdir. İddiaçı onun anasıdır. Anası ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə istisna olmaqla digər müqavilələri özü imzalamışdır.Ona pul lazım olduğundan MMC-yə yaxınlaşaraq müqavilələri geri qaytarmış, pulunu alsın, lakin mümkün olmamışdır.Pulun alinması barədə onun tərəfindən ərizə yazılmamışdır,imzalanmamışdır. Məhkəmə iddiaçının, və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili-nümayəndəsinin izahatını cavabdehin nümayəndə-vəkilinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşagıda qeyd edilənlərə əsasən qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: "xxxx" MMC-nin direktoru X2 tərəfindən İddiaçı arasında bağlanan xx.xx.2016-cı il tarixli 133 nömrəli Mənzil Tikintisi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanı 4-cü blok 13-cü mərtəbə 261 №-li, izolə olunmuş 2 (iki) otaqdan ibarət mənzili bir pay kimi İddiaçı təhvil verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 3.1. Mənzilin sahəsi 77.36 kv.m-dir; Mənzilin 1 kv.m-nin dəyəri 700 (yeddi yüz) manatdan ibarətdir. Mənzilin ümumi dəyəri 54152 manatdır, payçı ilkin olaraq tam (barter) məbləğində avans ödəyir. Mülki iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru X11 ünvanlanmış ərizədən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə ünvan 2 ünvanında yerləşən Cavabdeh MMC-yə məxsus yeni yaşayış binasında olan 4-cü blok 13-cü mərtəbə 261 saylı mənzilə payçı olmuşdur. Mənzilə ümumilikdə 54152 (əlli dörd min yüz əlli iki) manat ödəmişdir. Verilmiş armaturun pulu 54152 (əlli dörd min yüz əlli iki) manat ödənişi geri almışdır. Şirkətin ona borcu yoxdur. Bu mənzil armatur almaq üçün girov qoyulmuşdur. Armaturun pulu olan 54152 (əlli dörd min yüz əlli iki) manat geri almışdır. Mənzilə dair sənədləri geri qaytarır. Məbləği şəxsən Rüstəmov Seymur almışdır. Mülki iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru X11 ünvanlanmış ərizədən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin tikdiyi yüksək mərtəbəli yaşayış binasında olan 4-cü blok 13-cü mərtəbə 77.36 kvadrat metr 261 saylı mənzil sahəsi satın almışdır. Şirkət Afşaran-A MMCdən FAM-88 MMC dəyişdirildikdə dəyişiklikdən xəbərdar olmuşdur. Mənzil sahəsinə ümumilikdə 54152 (əlli dörd min yüz əlli iki) manat ödəmişdir. Ona məxsus olan 261 saylı, 4-cü blok, 13-cü mərtəbə, 77,36 kvadrat metr olan mənzilin satışa çıxarılmasına etirazı yoxdur. Şirkətlə bağlı heç bir narazılığı yoxdur. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli, 4/1275 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 109-cu vərəqəsində İddiaçı adından olan ərizənin kserosurətinin sonunda “İmza” qrafasındakı imza və “Rüstəmov S” yazıları – X5 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Mülki iş materiallarında olan “X6” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 06 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, tədqiqata təqdim edilmiş A-4 formatlı 01 ədəd vərəqdə Cavabdeh MMC-nin direktoru X8 adına yazılmış ərizənin imza qrafasında Rüstəmov Seymurun adından icra edilmiş 01 ədəd mübahisəli imza Rüstəmov Seymur tərəfindən qabaqcadan düşünülüb dəyişdirilmiş formada icra edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli 4/231 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından Cavabdeh MMC-nin direktoru X11 ünvanlanmış “Ərizə”nin aşağı sol hissəsində “İmza:” qrafasında olan imza - X5 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş İddiaçı adından Cavabdeh MMC-nin direktoru X11 ünvanlanmış “Ərizə”nin aşağı sol hissəsində “İmza:” qrafasında olan imzada – imzanın X5 tərəfindən qəsdən dəyişdirməklə icra olunması əlamətləri müəyyən olunmadı. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə "xxxx" MMC-nin (indiki FAM-88 MMC) direktoru X2 arasında 07 dekabr 2016-cı ildə Mənzil Tikintisi Haqqında 133 saylı müqavilə bağlamışdır. Həmin Müqaviləyə görə "xxxx" MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanı 4-cü blok 13-cü mərtəbə 261 №-li, izolə olunmuş 2 (iki) otaqdan ibarət mənzili bir pay kimi İddiaçı təhvil verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Mənzilin sahəsi 77.36 kv.m-dir, mənzilin 1 kv.m-nin dəyəri 700 (yeddi yüz) manatdan ibarətdir, mənzilin ümumi dəyəri 54152 manatdır. İddiaçı tərəfindən həmin məbləğ, yəni 54152 (əlli dörd min yüz əlli iki) manat tam (barter)avans ödənilir.Həmin müqavilə kserosurətdi. İddiaçı bildirir ki, maqavilənin əslini cavabdeh pulu qaytarmaq adı ilə geri almış,sonradan nə pulu, nə də müqaviləni geri qaytarmamışdır.Cavabdeh isə nümayəndəsinin izahatından göründüyü kimi barter olunan mal-materialın pulu iddiaçınəın oğlu Seymura qaytarılmışdır, bu barədə Seymur tərəfindən imzalalanan ərizəsi də, məhkəməyə təqdim edilmişdir.Çünki bütün danışıqlar Seymurla aparılmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 isə izahatında bildirmişdir ki, iddianı qəbul etmir.Cavabdeh MMC ilə işləmiş, armaturla təmin etmiş, MMC bunun əvəzində ona və ailə üzvlərinə mənzillərlə bağlı müqavilə tərtib etmişdir. Anasının adına hazırkı mübahisəli mənzilə dair müqavilə verilmişdir. İddiaçı onun anasıdır. Anası ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə istisna olmaqla digər müqavilələri özü imzalamışdır.Ona pul lazım olduğundan MMC-yə yaxınlaşaraq müqavilələri geri qaytarmış ki pulunu alsın, lakin mümkün olmamışdır.Pulun alinması barədə onun tərəfindən ərizə yazılmamışdır,imzalanmamışdır. Məhkəmə mübahisəli mənzil üzrə cavabdeh tərəfindən pulun Seymur Rüstəmova qaytarılması barədə istinad etdiyi ərizədəki imzanin Seymur Rüstəmova aid olmasını araşdırarkən o, məhkəmə iclasında bunu təkzib etmişdir.İş üzrə məhkəmə xəttşünasliq ekspertizasının rəyi ilə də ekspertizaya təqdim olunmuş mülki işin 109-cu vərəqəsində İddiaçı adından olan ərizənin kserosurətinin sonunda “İmza” qrafasındakı imza və “Rüstəmov S” yazıları – X5 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi mübahisəli mənzil üzrə cavabdeh tərəfindən iddiaçı tərəfə qaytarılmalı olan mənzilin dəyəri kimi göstərilmiş 54152 manat məbləğində pul nə iddiaçıya, nə də onun oğlu iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 ödənilmədiyi və mübahisəli mənzillə bağlı müqavilənin və buna aid sənədlərin əslinin isə əsassız olaraq cavabdehdə saxlandığı müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Məhkəmə işin müəyyən edilən hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iddia tələbi Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 133 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında, 4-cü blok, 13-cü mərtəbədə yerləşən, 2 (iki) otaqdan ibarət, 261 nömrəli mənzilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. MM-nin 445.1 maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş verən icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış fayda kimi 18900 manat pulun tutulması hissəsində tələbini əsaslandırmadığından iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki, işin müəyyən edilən hallarından göründüyü kimi cavabdeh tərəf müqavilə şərtlərinə əməl etməməklə iddiaçınin sonda məhkəməyə müraciət etməsinə səbəb olmuşdur.Bu hal özü isə iddiaçının mənəvi zərər çəkməsini təsdiq edən haldır. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunverciliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında” Konvensiya”nın müddəaları və “Avropa İnsan Hüquqları Məhkəməsi”nin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. X10 10-cu bəndinə əsasən mənəvi zərərin miqları işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntılrının xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə, işin sair diqqətə layiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə mənəvi zərərin məbləğini müəyyənləşdirərkən tərəflərin hər ikisinin mənafeyini, işin faktiki hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 2000 manat müəyyən edilməsini ağlabatan məbləğ hesab edir. Odur ki, məhkəmə hesab edir ki, iddia mənəvi zərər hissəsində qismən təmin edilməli, 2000 manat mənəvi zərərə görə pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 60 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. Eyni zamanda iş üzrə 248 manat məbləğində ekspertiza xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin xərcin 124 manatı iddiaçıya, 124 manatı isə cavabdehə aid edilməli, onlardan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin olunsun. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 133 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında, 4-cü blok, 13-cü mərtəbədə yerləşən, 2 (iki) otaqdan ibarət, 261 nömrəli mənzilin təhvil vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Cavabdehndən 2000(iki min) manat mənəvi zərər və 60 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 124 manat İddiaçı, 124 manat Cavabdeh MMCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ41NABZ******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-145/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-145/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver