Məhkəmə qərarları › İş №e-2(012)-145/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-145/2024

31.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-145/2024 31.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı mənzildə əvvəlki vəziyyətin bərpa edilməsi, maddi və mənəvi ziyanın əvəzinin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı mənzildə əvvəlki vəziyyətin bərpa edilməsi, maddi və mənəvi ziyanın əvəzinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosessi, 4-cü blok, 7-ci mərtəbə 44 saylı mənzildə aparılmış rekonstruktiv dəyişikliklərin ləğv edilərək əvvəlki vəziyyətin bərpa edilməsi vəzifəsinin cavabdehlər Cavabdeh2 və "xxxx" MTK-ya həvalə edilməsi və Cavabdeh2 və ailə üzvlərinin qanunazidd hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosessi, 4-cü blok, 7-ci mərtəbə 44 saylı mənzildə aparılmış rekonstruktiv dəyişikliklərin ləğv edilərək əvvəlki vəziyyətin bərpa edilməsi vəzifəsinin cavabdehlər Cavabdeh2 və "xxxx" MTK-ya həvalə edilməsi və cavabdehlər Cavabdeh2 və X1 qanunazidd hərəkətləri nəticəsində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi üçün müştərək qaydada 3000 manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçının vəkili - nümayəndəsi Nümayəndə məhkəməyə ərizə yazaraq, iş üzrə müəyyən sənədlərin alınması zəruri olduğundan həmin işin baxılmamış saxlanması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 hazırki iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. İş üzrə digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin izahatını dinləyib, iddiaçının ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, MPM-nin 170.1. maddəsinə əsasən hazırlıq iclasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. İddiaçı isə ərizəsində işin baxılmamış saxlanılmasını xahiş edir. Məhkəmə baxılmamış saxlanılmasını iddia ərizəsinin geri qaytarılması ilə eyni xaraqderli olduğu qənaətinə gələrək ərizəni iddia ərizəsinin geri qaytarılması kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 170.1. maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı mənzildə əvvəlki vəziyyətin bərpa edilməsi, maddi və mənəvi ziyanın əvəzinin qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar