Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1464/2024 03.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən verilmiş əmrin ləğvi tələbinə dair ilkin, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı əmək münasibətlərindən yaranan pul tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli əmrin ləğv edilməsi, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.a. bəndinə əsasən işdən çıxarılmağı və 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti isə İddiaçı qarşı əmək münasibətlərindən yaranan pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının ilkin iddiasının rədd edilməsini, İddiaçı barəsində xüsusi qərardad çıxarılmasına və tərəfindən Cəmiyyətə vurulmuş 8576.73 manat ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında və xx.xx.2024-cü il tarixli ərizəsində bildirmişdir ki, o, Cavabdeh ASC-yə qarşı 13 noyabr 2023-ci il tarixli əmrin ləğv edilməsi, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.a. bəndinə əsasən işdən çıxarılması, Cavabdeh ASC isə ona qarşı 8576,73 manat ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş üzrə onunla cavabdeh "A+CO" ASC arasında barışıq Sazişi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 191.2 və 262.4-cü maddələrinin tələblərinin məzmunu və gələcəkdə doğura biləcək işin hüquqi nəticələri ona aydındır. Buna görə də icraatda olan həmin mülki işlə əlaqədar onunla cavabdeh "A+CO" ASC arasında bağlanmış 27 may 2024-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında İddiaçı izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 izahatında və xx.xx.2024-cü il tarixli ərizəsində bildirmişdir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı 13 noyabr 2023-ci il tarixli əmrin ləğv edilməsi, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.a. bəndinə əsasən işdən çıxarılması, Cavabdeh ASC isə İddiaçı qarşı 8576,73 manat ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş üzrə onunla cavabdeh "A+CO" ASC arasında barışıq Sazişi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 191.2 və 262.4-cü maddələrinin tələblərinin məzmunu və gələcəkdə doğura biləcək işin hüquqi nəticələri ona aydındır. Buna görə də icraatda olan həmin mülki işlə əlaqədar İddiaçı ilə cavabdeh "A+CO" ASC arasında bağlanmış 27 may 2024-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsini və mülki iş üzrə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, X1ni nəzərdən keçirib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, məhkəmə iclasında tərəflərin imzaları ilə təsdiq edilmiş X1 tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Bu səbəbdən də göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 52.3. maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. maddəsinə əsasən tərəflərin barışıq sazişi qanunazidd deyilsə və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmursa, məhkəmə belə hərəkətləri qəbul edir. 191.2. maddəsinə əsasən işə baxan məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, həmin sazişin şərtləri göstərilməklə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən verilmiş əmrin ləğvi tələbinə dair ilkin, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı əmək münasibətlərindən yaranan pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə tərəflərin barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin: Bundan sonra “Birinci tərəf” adlandırılacaq İddiaçı, bir tərəfdən, “İkinci tərəf” adlandırılacaq Cavabdeh ASC, digər tərəfdən nəzərə alaraq ki, Abşeron Rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən verilmiş əmrin ləğvi tələbinə dair ilkin, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı əmək münasibətlərindən yaranan pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə 2(012)- 1464/2024 saylı mülki iş vardır, tərəflər xoş niyyət nümayiş etdirərək yaranmış mübahisəni barışıq sazişi bağlamaq yolu ilə həll edilməsini arzu edirək, aşağıdakılar barədə hazırkı barışıq sazişini imzalayırlar: X1: 2.1. “İddiaçı" və "Cavabdeh" aralarında olan əmək mübahisəsinə son qoyaraq, aralarında olan mübahisəni barışıq yolu ilə həll etmək barədə razılığa gəldiklərini bəyan edirlər: 2.2. "Cavabdeh", 13 noyabr 2023-ci il tarixli əmrin ləğv edilməsini və Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.a. bəndinə əsasən işdən çıxarılması (barışıq sazişi qərardadla təsdiq edildiyi tarixdən) tələbini qəbul etdiyindən barışıq sazişini (bəyan edir) 2.3. "İddiaçı" isə 4000 (dörd min) manat ziyanın 10 ay müddətinə (aylıq 400 manat) barışıq sazişi qərardadla təsdiq edildiyi tarixdən hissə-hissə ödənilməsi tələbini qəbul edir (bəyan edir). 2.4. “Tərəflər" iddia ərizəsində olan mübahisə tələbinə dair iddia tələbləri sürməyəcəklərini və gələcəkdə belə iddia və tələb qaldırmayacaqlarını bəyan edirlər. 3.1. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdə, qanunvericiliyin tələblərinə görə eyni zamanda iş iizrə icraata xitam veriləcək. Bununla əlaqədar "Tərəflər" Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-cü maddəsində göstərilən "İşin içraatına xilam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir" müddəaları ilə tanış olduqlarını təsdiq edirlər. 3.2. “Tərəf” lər, hər biri ayrı-ayrılıqda, hazırkı barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edirlər. 3.3. “Tərəf” lərdən hər hansı biri hazırki barışıq sazişində üzərinə götürdüyü öhdəliklərə riayət etmədiyi halda, hüququ pozulmuş "Tərəf" barışıq sazişi üzrə icra vərəqəsinin verilməsi və məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır. 3.4. Bu Saziş “Tərəf” lər onu imzaladığı gündən qüvvəyə minir. 3.5. Bu Sazişin müddəalarını pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. 3.6. Bu Saziş 3 (üç) nüsxədə tərtib edilir, məhkəmə tərəfindən təsdiq olunduqdan sonra onlardan hər biri müvafiq olaraq “İddiaçı” da, “Cavabdeh” də və “Məhkəmə” də saxlanılır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1464/2024 nömrəli mülki iş üzrə icraatına xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1464/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1464/2024
03.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver