Məhkəmə qərarları › İş №e-2(012)-1467/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1467/2023

04.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1467/2023 04.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, İddiaçı, onun vəkil-nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Məmmədli Bələdiyyəsi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə qaytarılması və inşa edilmiş tikilinin onların hesabına sökülməsi və həmin torpaq sahəsinə hüquqların bərpa edilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Məmmədli Bələdiyyəsi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə qaytarılması və inşa edilmiş tikilinin onların hesabına sökülməsi və həmin torpaq sahəsinə hüquqların bərpa edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.05 torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə gətirilməsi və inşa edilmiş tikilinin onların hesabına sökülməsi və onun həmin torpaq sahəsinə hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, yaranmış zərurətlə əlaqədar olaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Digər tərəflər iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Məmmədli Bələdiyyəsi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətə qaytarılması və inşa edilmiş tikilinin onların hesabına sökülməsi və həmin torpaq sahəsinə hüquqların bərpa edilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar