Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1525/2023 15.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı vəkili X10, nümayəndəsi X12, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən əşyalarla birlikdə çıxarılma və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə 15 may 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən əşyalarla birlikdə çıxarılma və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh əşyaları ilə birlikdə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12 ünvanında yerləşən 36 saylı mənzildən çıxarılması, mənzilin təhvil verilməsi və vurulmuş 4000 (dörd min) manat məbləğində maddi ziyanın cabadehdən xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12 ünvanında yerləşən ümumi sahəsi 62,4 kv.m olan 36 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bayce Limited şirkətinin mülkiyyətindədir. Mənzil alınandan sonra orada təmir işlərinin aparılamsı məqsədilə mənzilin giriş qapısı yenilənmiş, müxtəlif tikinti materialları, ev əşyaları alınmış (o cümlədən unitaz, güzgü, kafel və s.) təmir olunmaq məqsədilə mənzilə yerləşdirilərək qapısı bağlanılmışdır. Cavabdeh mənzili zəbt edərək orada yaşayır və bugünə qədər iddiaçının haqlı tələbinə məhəl qoymayaraq mənzildən çıxmır. Cavabdeh mənzili zəbt etməklə yanaşı mənzildə olan ümumi dəyəri 4000 (dörd min) manatlıq əmlakı da qanunsuz olaraq ələ keçirmişdir. İddiaçı dəfələrlə cavbdehdən mənzildən çıxmasını tələb etsə də, cavabdeh buna məhəl qoymayaraq mənzili tərk etmir və qanunsuz olaraq mənzildən istifadə etməyə davam edir. Bu səbəbdən də iddiaçı mülkiyyətində olan mənzildən sərbəst istifadə edə bilmir və beləliklə də qanunla qorunan mülkiyyət hüququ pozulur. Belə olan halda, şirkətin hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X12 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı sübut təqdim etməmişdir. İddia ərizəsində qeyd olunan mənzilin iddiaçıya aidiyyatı yoxdur. Onun qaldığı mənzil 36 saylı deyil, 10 saylı mənzildir.İddiaçının mənzili qonşu binadadır. Mənzil bir neçə şəxsə satılmışdır. Axırıncı Mövlanverdi adlı şəxs işlədiyi şirkətə pula ehtiyacı olduğundan satmışdır. Həmin mənzildə yaşasa da, mənzil satılarkən heç kim gəlib baxmamışdır. Qaçqın olduğundan kommunal xərclərdən azaddır. Mənzildə 8 nəfərdən ibarət iki ailə yaşayır. Mənzildə 2019-cu ilin aprel ayından yaşayır. İddiad qeyd olunan mənzil bina 12-də onun qaldığı mənzil bina 12A ünvanında yerləşir. Binanın üçüncü mrətəbəsi tikilib sonra yarımçıq qalıb. Bu binada olan mənzillərə çıxarış verilə bilməzdi. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Muradov Qiyasəddin ifadəsində göstərmişdir ki, o, əvvəllər Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12 ünvanında yerləşən 36 saylı mənzil onun mülkiyyətində olmuş, orada qeydiyyatları olmuş, hazırda başqa ünvanda qeydiyyatdadır. Mənzli 2019-cu ildə Quliyev Mövlanverdiyə satmışdır. Binanın ünvanı birdir, 4 bloku hazır olmuş, qalanı yarımçıq qalmışdır. Mübahisəli mənzildə 1990-cı ildən 1994-cü ilədək yaşamışdır. Sonra mənzili bir məcburi köçkün ailənin istifadəsinə vermiş,o, köçdükdən sonra isə satmışdır. Cavabdehi tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Babayev Şirbala ifadəsində göstərmişdir ki, o, iddiaçışirkətində işləyir. O, 2019-cu ilin axırında Abşeron rayonu, Xırdalan şəhərində 3-cü mərtəbədə yerləşən mənzili təmir etmək üçün getmişdir. Mənzilə su çəkmiş, qapısını düzəltmiş və bağlayaraq ofisə getmişdir. Sonra yenidən mənzilə getdikdə cavabdeh qapını açaraq mənzilin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X15 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********23-05101-093029 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan Abşeron rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçınə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, X2 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12, mənzil 36 ünvanında yerləşən ümumi sahəsi 62.4 kv.m olan mənzili 44000 manata X1. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, X3 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12, mənzil 36 ünvanında yerləşən ümumi sahəsi 62.4 kv.m olan mənzili 45000 manata İddiaçınə satmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X4 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********23-05101-093029 reyestr nömrəli çıxarışda göstərilən ünvan 3 ünvanı ilə eynidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən X3 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12, mənzil 36 ünvanında yerləşən ümumi sahəsi 62.4 kv.m olan mənzili 45000 manata İddiaçınə satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X15 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********23-05101-093029 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının xəbəri və razılığı olmadan mənzili zəbt edərək orada yaşayır və iddiaçının tələbinə baxmayaraq mənzildən çıxmır.İddiaçı dəfələrlə cavbdehdən mənzildən çıxmasını tələb etsə də cavabdeh buna məhəl qoymayaraq mənzili tərk etmir və qanunsuz olaraq mənzildən istifadə etməyə davam edir. İşin məhkəmə baxışında cavabdeh iddianı qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, onun yaşadığı mənzilin iddiaçıya aidiyyatı yoxdur, bina yarımçıq binadır.Lakin, işin məhkəmə baxışında iddianın dəlillərinin əsaslı olması iddiaçının nümayəndəsinin izahatı, şahidlərin ifadələri və işin materialları ilə təkzib olundu və müəyyən edildi ki, cavabdeh hazırda yaşadığı mənzil məhz iddiaçının mülkiyyətində olan mənzildir.İddiaçının şahidləri də ifadələrində mübahisəli mənzin məhz cavabdehin hazırda yaşadığı mənzil olduğunu bildirdilər.İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi X4 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********23-05101-093029 reyestr nömrəli çıxarışda göstərilən ünvan 3 ünvanı ilə eynidir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaya etiraz etsə də, etirazını əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.Habelə məcburi köçkün olduğu barədə hər hansı sənədi də məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbinin cavabdeh mənzili zəbt etməklə mənzildə olan ümumi dəyəri 4000 (dörd min) manatlıq əmlakı ələ keçirməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4. maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda, İnsan Hüquqlarının və X11 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə mənzil üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verib, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququnun müdafiəsi hissəsində əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12 ünvanında yerləşən 36 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmalı, iddia tələbinin digər hissəsinə dair sübutlar təqdim olunmadığından iddia həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 120 manat dövlət rüsumunun 80 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçınə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12 ünvanında yerləşən 36 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın.Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh 80 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-1525/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1525/2023
15.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver