Məhkəmə qərarları › İş №e-2(012)-1796/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1796/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1796/2024 05.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, onun təmirinə və istifadəsinə maneəçilik törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, onun təmirinə və istifadəsinə maneəçilik törədilməsinin cavabdehə qadağan edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Qeyri-yaşayış tikintisi haqqında Müqavilənin 4.3-cü bəndinə görə müqavilə üzrə mübahisələr yarandıqda tərəflər bunu danışıqlar yolu ilə həll edir, əks halda mübahisələr qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəmə yolu ilə həll olunur. İddiaçı iddia ərizəsində "xxxx" MMC-nin qeyri-yaşayış sahəsini ona təhvil vermək istəmədiyini göstərmiş, lakin iş materialları ilə iddiaçının göstərdiyi bu xüsusat təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına iddiaçının cavabdeh ilə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsi, yəni mübahisənin danışıqlar yolu ilə həll edilməsinə dair hər hansı bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, onun təmirinə və istifadəsinə maneəçilik törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar