Məhkəmə qərarları › İş №e-2(012)-182/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-182/2025

25.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-182/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Cavabdeh və onun vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: Axundov X1 Xəyal Təyyar oğluna qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində DƏDRX-də xx.xx.2023- cü il tarixdə qeydiyyata alınmış qeydiyyat nömrəsi ********* olan mülkiyyət hüququ haqqında çıxarışda göstərilən 2 ha torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş qanunsuz tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində alqı-satqı müqaviləsi ilə Abşeron rayonu, Masazır kəndində 2 ha torpaq sahəsi vardır. Torpaq sahəsinin mülkiyyətdə olmasına dair reyestrdən çıxarış vardır. Bir müddət əvvəl əldə etdiyi torpaq sahəsinə baxış keçirərkən orada bir sıra özbaşına qanunsuz tikinti işləri apaıldığının şahidi olmuşdur. Həmin özbaşına tikinti işlərini aparan Cavabdeh irad bildirmiş və həmin tikinti işlərinin dayandırılması və ərazinin boşaldılaraq tərk edilməsini tələb etmişdir. Lakin keçən həftə yenidən həmin əraziyə baxış keçirərkən orada Cavabdeh tərəfindən özbaşına tikinti işlərinin dayandırılmadığını və hazırda da davam etdirildiyinin şahidi olmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış xüsusi mülkiyyətində olan 2 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunaraq orada qanunsuz tikinti işləri aparılmışdır. Cavabdeh mülkiyyətçinin razılığı olmadan ona məxsus torpaq sahəsində özbaşına tikinti işləri həyata keçirməyə səlahiyyəti olmamışdır. Mübahisəli torpaq sahəsində aparılan tikinti işlərinə lazımi icazə alınmadığından həmin tikili özbaşına tikili sayılır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdi. İş üzrə Cavabdeh və onun vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. Məhkəmə iş materiallarını, iddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair e-2(012)-182/2025 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 14-cü bəndinə görə əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. AZEMİS məlumatlarından görünür ki, İddiaçı və Cavabdeh VÖEN-i vardır və onlar fərdi sahibkardırlar. Tərəflərin arasında mübahisə sahibkarlıq fəaliyyətinin (Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsində yaşayış sahələrinin inşasının qarşısının alınması) həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair e-2(012)-182/2025 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar