Məhkəmə qərarları › İş №e-2(012)-1829/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1829/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1829/2024 05.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə X1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 92 saylı və xx.xx.2011-ci il tarixli 93A saylı müqavilələr üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.m olan 1 otaqlı, 75 saylı mənzili və həmin binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68,55 kv.m olan 1 otaqlı, 77 saylı mənzilinin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzillərə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.m olan 1 otaqlı, 75 saylı mənzildən və həmin binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68,55 kv.m olan 1 otaqlı, 77 saylı mənzildən iddiaçının istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, iddiaçının mənzildən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından ona əlavə edilmiş sənədlərlə birgə iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı cinayət mühakimə icraatı ilə bağlı bir sıra səlahiyyətləri vəkili Nümayəndə vermiş, hazırki iddia ərizəsini Nümayəndə bu etibarnamədən istifadə edərək imzalamışdır. Halbuki bu etibarnamə ilə ona iddia ərizəsini imzalamaq səlahiyyəti verilməmişdir. Başqa sözlə, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 66-cı maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar