Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1844/2022 27.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma barədə ilkin, Cavabdeh İddiaçı qarşı qanunsuz tikiliyə köçürülmə barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə 27 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun övladları - 2009-cu il təvəllüdlü X12 və 2013-cü il təvəllüdlü X2 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş 03.02.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəli reyestrdən çıxarışla onun mülkiyyətindədir. Alqı-satqı zamanı aldığı torpaq sahəsində və orada yerləşən fərdi yaşayış evində olmuşdur. Ev sahibləri bildirmişlər ki, onlara biz az vaxt versin, evdə olan əşyaları boşaldıb evdən çıxacaqlar. Bundan bir müddət sonra oraya getmiş və orada Cavabdeh yaşadığını görmüşdür. Ona bildirmişdir ki, bu torpaq sahəsini almışdır, tez bir vaxtda evi boşaltsın. O bildirdi ki, getməyə yeri yoxdur. Yeni aldığı torpaq sahəsində yenidənqurma işləri aparmalıdır. Cavabdeh və onun övladları - 2009-cu il təvəllüdlü X12 və 2013-cü il təvəllüdlü X2 orada qalmaları bu işlərə maneçilik törədir. Cavabdeh hazırda mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsindən və üzərində yerləşən evdən çıxarılmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh İddiaçı qarşı qanunsuz tikiliyə köçürülmə barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, onun övladları – 13.10.2009-cu il təvəllüdlü X12 və 03.03.2013-cü il təvəllüdlü X13 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sənədsiz evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı onun keçmiş həyat yoldaşı X9 hazırda qeyri-rəsmi nikahdadır. O, Elşad Bayramovla nikaha girdikdən sonra X1na məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 30 saylı evin 33 saylı mənzilinə gəlin köçmüşdür. Hazırda da həmin mənzildə pasport qeydiyyatındadır. X1 mülkiyyətçisi olduğu Sumqayıt şəhəri 13-cü mikrorayon, 30 saylı evin 33 saylı mənzilini satmışdır. Keçmiş həyat yoldaşının və qayınatasının ona verdiyi vədə görə onlar torpaq sahəsi alıb orada fərdi ev tikərək onu bu evə köçürməli idilər. Onlara inanaraq qeydiyyatda olduğu mənzildən çıxarılmasına razılıq vermişdir. X1 07.10.2011-ci ildə Bərdə rayonunun Şahvəlilər kəndində qeydiyyatda olan X4 etibarnamə əsasında Abşeron rayonu, Saray qəsəbəsində 0.02 ha torpaq sahəsi və orada sənədsiz tikilmiş ev alaraq onu oraya köçürmüşdür. O, hazırda həmin fərdi evdə uşaqları ilə birlikdə 11 ildir yaşayır. X21 arasında 18.11.2008-ci ildə qeydə alınmış nikaha Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4672/2021 saylı, 10.06.2021-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Həmin qətnaməyə əsasən birgə nikahdan doğulmuş 13.10.2009-cu il təvəllüdlü X12 və 03.03.2013-cü il təvəllüdlü X2 onun yanında qalması qət edilmişdir. Qayınatası T.Bayramov vəfat etmişdir. T.Bayramovun vəfatından sonra keçmiş həyat yoldaşı öz adına X4 Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,2 ha torpaq sahəsinə görə etibarnamə almış və həmin ərazini qeyri-rəsmi yaşadığı İddiaçı adına özəlləşdirmişdir (03.02.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarış). Həmin torpaq sahəsini mərhum qayınatası onun və iki övladı üçün almışdır. O, 2011-ci ildən bu ünvanda övladları ilə birgə yaşayır. Buna görə də İddiaçı adına verilmiş 03.02.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi evə köçürülməsi barədə qətnamə qəbul olunmalıdır. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin, ilkin iddia isə rədd olunmalıdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianın isə əsassız olduğu üçün rədd olunmasını xahiş etdi. O, bildirdi ki, mübahisəli daşınmaz əmlakı dəyərini ödəməklə və notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən almış, öz adına sənədləşdirmişdir. Qarşı tərəf isə heç bir əsas olmadan onun mülkiyyətindən çıxmır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh göstərmişdir ki, mübahisəli ev onun əri ilə birgə nikah zamanı əldə edilmişdir və onun orada hüquqları vardır. Buna görə də ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin olunmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi (yaşayış məntəqəsi torpaqları təyinatlı) 03.02.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Onun adına 02.02.2022-ci il tarixli, A 711725 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan A 688774 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi X7 adına tərtib edilmişdir. Buna əsas onun adına verilmiş 17 fevral 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış olmuşdur. Mülki işdə olan AR-İİ 539698 saylı, 30 dekabr 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X15 MA ******* saylı, 14.07.2011-ci il tarixli reyestrdən çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi və s. səlahiyyətləri 20 il müddətinə X11 etibar etmişdir. Mülki işdə olan AN-İ ******* saylı, 26 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X15 nümayəndəsi X16 vasitəsilə MA ******* saylı, 14.07.2011-ci il tarixli reyestrdən çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsini 15000 manat müqabilində İddiaçı satmışdır. Mülki işdə olan Abşeron rayon İHB Saray qəsəbə İƏD üzrə Nümayəndəliyinin 21 fevral 2022-ci il tarixli arayışından görünür ki, Saray qəsəbəsi, Üzümçülük (Hüseyn Cavid) küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və Cavabdeh orada qeydiyyatsız yaşadığı müəyyən edilmişdir. Mülki işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi (yaşayış məntəqəsi torpaqları təyinatlı) 14.07.2011-ci il tarixdən X7 mülkiyyətində olmuşdur. Onun adına eyni tarixli, A 029934 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Mülki işdə olan Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(060)- 4672/2021 saylı qətnaməsindən görünür ki, X16 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulmuş uşaqlar analarının himayəsinə verilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı hazırda ona məxsus torpaq sahəsindən və üzərində yerləşən tikilidən həmin əmlaklara heç bir hüququ olmayan Cavabdeh uşaqları ilə birlikdə çıxarılmasını xahiş edir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi əvvəllər X7 mülkiyyətində olmuş, o isə həmin əmlakı etibarnamə əsasında səlahiyyət verdiyi şəxs vasitəsilə 26 yanvar 2022-ci il tarixdə 15000 manat müqabilində İddiaçı satmışdır. Bu əmlakla bağlı onun adına reyestrdən çıxarış, habelə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənədlər hazırda qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli əmlaka dair heç bir hüququ olmadığından onun bu daşınmaz əmlaka köçürülməsi üçün əsas yoxdur və bu barədə qarşılıqlı iddia təmin edilə bilməz. İşin faktiki hallarından da görünür ki, Cavabdeh faktiki olaraq hazırda bu ünvanda yaşayır, yəni köçürülmə üçün zərurət yoxdur, əmlakın mülkiyyətçisi isə əmlakının boşaldılmasını tələb edir. Mübahisəli tikiliyə dair hüquqmüəyyənedici sənədlər olmasa da, işin faktiki hallarından görünür ki, onun yerləşdiyi torpaq sahəsi 03.02.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir və beləliklə, məhkəmənin qənaətinə görə bu tikiliyə münasibətdə onun qanuni gözlənti hüququ mövcuddur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, 28.11.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh övladları - 13.10.2009-cu il təvəllüdlü X12 və 03.03.2013cü il təvəllüdlü X13 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmalı, qarşılıqlı iddia isə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh övladları – 13.10.2009-cu il təvəllüdlü X12 və 03.03.2013-cü il təvəllüdlü X13 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh İddiaçı qarşı qanunsuz tikiliyə köçürülmə barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1844/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1844/2022
27.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver