Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1859/2023 17.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X1 Səfiyeva İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə 17 fevral 2023-cü il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 53.70 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, iş ərazi aidiyyatı üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunan sənədlər MPM-nin 152.1.3 maddəsinə görə geri qaytarılmalıdır. MPM-nin 152.1.3 maddəsinə görə əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılır. MPM-nin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı və ya hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilir. Belə ki, Elektron məhkəmə sistemindən çıxarılmış məlumatlarından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, MİK-10, 9, 1 ünvanında yerləşir. Göründüyü kimi Cavabdeh Abşeron rayonu ərazisində qeydiyyatda deyildir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılmalı, iddiaçıya hazırkı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı “X3 Azərbaycan” QSC-nin xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı “X3 Azərbaycan” QSC-yə qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunan sənədlər geri qaytarılsın. İddiaçıya hazırkı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. iddiaçı “X3 Azərbaycan” QSC-nin xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı “X3 Azərbaycan” QSC-yə qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilsin Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-1859/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1859/2023
17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver