Məhkəmə qərarları › İş №e-2(012)-1863/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1863/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1863/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı pul vəsaitinin tutulması tələbinə dair mülki işə 16 may 2023-cü il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 47.14 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən etiraz verildiyindən Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1863/2023 saylı qərardadı ilə iddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması və məhkəmə hazırlıq iclası təyin edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2019-cu il tarixli 2(012)-4382/2019 saylı qətnamə çıxmışdır. Nəticədə iddiaçı “X1 Azərbaycan” QSC"xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixində ödənilən 314.29 manat məbləğ "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 47.14 manat məbləğində xidmət haqqı ödənilmişdir. "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 47.14 manat məbləğində xidmət haqqı ödəmişdir İddiaçı «X1 Azərbaycan» QSC tərəfindən məhkəmənin elektron sisteminə ərizə ünvanlanaraq bildirmişdir ki, iş yükün çox olması ilə əlaqədar Bankın nümayəndəsinin iştirakını təmin olunması mümkün olmayacaqdır. Odur ki, məhkəmə baxış iclasını iştirakları olmadan keçirilməsı, Bankın iddia tələbinin tam təmin olunması barədə qətnamənin qəbul eedilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Bildirdi ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-4382/2019 saylı qətnaməsi ilə qət edilmiş 294,29 manat borc və 20 manat dövlət rüsumu onun əmək haqqı hesabına iddiaçıya ödənilmişdir. Onunla iddiçı arasında müqavilə bağlanmışdır. "xxxx" MMC ilə onun arasında heç bir müqavilə yoxdur. "xxxx" MMC tərəfindən hüquqi xidmət göstərilmişdirsə də, ona iddiaçı tərəfindən ödəniş edilməlidir. Həmin məbləğin ona aidiyyəti yoxdur. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdrıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-4382/2019 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən əsas məbləğ borcu 79,44 manat, əsas məbləğə hesablanmış faiz borcu 15,66 manat, hər gecikdirilmiş günə görə cərimə borcu 191,69 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2.00 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 5.50 manat olmaqla, cəmi 294,29 manat kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Maliyyə arayışından müəyyən edilir ki, «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixində ödənilən 314.29 manat "xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də «X1 Azərbaycan» QSC tərəfindən “Lider Legal" MMC-yə 47.14 manat məbləğində xidmət haqqı ödənilmişdir. Mülki işin materiallarında olan «X1 Azərbaycan» QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehdən “Lider Legal" MMC-yə ödənilmiş 47.14 manat xidmət haqqının 5 (beş) iş günü müddətində banka ödəməsi tələb edilmişdir. Mülki işin materiallarında xx.xx.2017-ci il tarixli Hüquqi xidmət haqqında müqavilənin və aktların surətindən görünür ki, «X1 Azərbaycan» QSC ilə “Lider Legal" MMC arasında hüquqi xidmət göstərilməsi ilə bağlı müqavilə bağlanmış və xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-4382/2019 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən əsas məbləğ borcu 79,44 manat, əsas məbləğə hesablanmış faiz borcu 15,66 manat, hər gecikdirilmiş günə görə cərimə borcu 191,69 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2.00 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 5.50 manat olmaqla, cəmi 294,29 manat kredit borcu və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə müvafiq icra orqanı tərəfindən icra olunmuş, borc ödənilmişdir. İddiaçı «X1 Azərbaycan» QSC tərəfindən xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə hüquqi xidmətin göstərilməsi ilə bağlı 47.14 manat ödəniş etməsinin cavabdehə aidiyyəti yoxdur. Odur ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı pul vəsaitinin tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar