Məhkəmə qərarları › İş №e-2(012)-1968/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1968/2024

09.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1968/2024 09.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X10 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma, evin və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma, evin və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti döngə 3, ev 15 (keçmiş H.Z.Tağıyev küçəsi ev 16) ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, torpaq sahəsi və fərdi yaşayış evinin ona geri təhvil verilməsi və dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat pulun cavabdehdən tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 17 dekabr 2001-ci il tarixdə Zəngilan rayon Qeydiyyat X5 ilə nikaha daxil olmuş, birgə nikahdan 08 iyul 2002-ci il təvəllüdlü X26 və 10 mart 2006-cı il təvəllüdlü X23 adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra iddiaçı, həyat yoldaşı və övladları ilə birlikdə əvvəllər iddiaçının atası X1 evində yaşamışlar, daha sonra pul toplayaraq iddiaçının atasının da maddi köməkliyi ilə 2002-ci ildə Xırdalan bələdiyyə sənədi ilə ünvan 2-də (keçmiş Xırdalan şəhəri, H.Əliyev prospekti, H.Z.Tağıyev küçəsi, ev 16) 3.5 sot torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində üç otaq, mətbəx, hamam, tualet və dəhlizdən ibarət ev tikib, 2004-cü il tarixdə oraya köçmüşlər. Həmin evin birinci mərtəbəsində qaraj, iki yardımçı otaq, həyətyanı sahədə isə hamam və tualet tikmişlər. Yaşayış sahəsinin torpaq sahəsi 333 kv.metr, tikinti sahəsi 208 kv.metr, tikinti altı sahə isə 104 kv.metr hündürlükdə, 624 kub.metr həcmdə, iki mərtəbədən ibarətdir. Xırdalan bələdiyyəsinin "xxxx" MMC-ə verdiyi sifariş əsasında X19 adına “fiziki şəxslər tərəfindən tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair” 21 fevral 2009-cu il tarixli, 888 №-li hesabat tərtib olunmuşdur. Həmin yaşayış evi iddiaçının atası evi ilə eyni hasarla əhatə olunmuş torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsini iddiaçının atası X3 tərəfindən özünə məxsus torpaq sahəsindən 3.5 sot torpaq sahəsi kəsilib iddiaçıya ev tikmək üçün bağışlanmışdır. Həmin küçədə iddiaçının bacıları, qardaşı və digər yaxın qohumlarının evləri ilə əhatələnmişdir. İddiaçı ilə X19 ailə münasibətləri əvvəllər yaxşı olsa da, daha sonra kəskinləşmiş və 01 iyul 2013-cü il tarixdə X25 evdə dava salaraq iddiaçını və iki uşağını başlarını kəsib öldürməklə hədələyərək evdən qovmuşdur. İddiaçı məcbur qalıb uşaqları ilə atası evinə sığınmış, dəfələrlə öz evinə qayıtmaq istəsə də X25 onları evə buraxmamış, onlara qarşı zorakı hərəkətlərə yol vermişdir. Bundan sonra İddiaçı məcbur olub hüquqlarının məhkəmə qaydasında müdafiəsi məqsədilə X21 qarşı evə köçürülmə və evin iki otağından, mətbəxindən, sanitar qovşağından istifadələri üçün ayrıca şərait yaradılmasının məcburetmə qaydasında cavabdehin üzərinə qoyulmasına dair Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsi İddiaçı iddiasını təmin etmiş və İddiaçı uşaqları ilə birlikdə ünvan 2-ə köçürülməsi barədə 07 fevral 2015-ci il tarixli, 2(012)- 353/2015 №-li qətnamə çıxarmışdır. Həmin qətnamə 23 noyabr 2015-ci il tarixdə qüvvəyə minmişdir. Hazırda qətnamə qüvvədədir. Həmin qətnamə Abşeron Rayon İcra və Probasiya şöbəsi tərəfindən 06 may 2016-cı il tarixdə məcburi icra edilərək İddiaçı uşaqları ilə birlikdə həmin ünvana köçürülməsi barədə akt tərtib edilmişdir. Göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 07 fevral 2015-ci il tarixli, 2(012)-353/2015 №-li qətnaməsi ilə İddiaçı mübahisəli yaşayış sahəsindən istifadə hüquqları tanınmış, onun vəsaiti hesabına tikilməsi faktı məhkəmə qətnaməsi ilə təsdiqini tapmışdır. Həmin məhkəmə qətnaməsi preyudisial əhəmiyyətə malikdir, İddiaçı və uşaqları həmin yaşayış sahəsində məskunlaşmışlar. xx.xx.2023-cü il tarixdə X25 vəfat etmişdir. Mərhum X2 iddiaçının etirazlarına baxmayaraq ona hədə-qorxu gəlməklə cavabdeh X11 qanunsuz və əsassız olaraq həmin yaşayış evinə köçürmüşdür. İddiaçını yaşayış evindən istifadə etməsini qadağan etmişdir. İddiaçı vəsaiti hesabına tikilmiş və onun istifadə hüququ tanınmış ünvan 2 ünvanındakı fərdi yaşayış evi Cavabdeh tərəfindən əsassız, qanunsuz və özbaşına olaraq tutulmuşdur. İddiaçı özünə məxsus yaşayış evindən çıxmasını dəfələrlə cavabdehdən tələb edib, xəbərdarlıq versə də, Cavabdeh yaşayış evindən çıxmamış, yaşayış evini və torpaq sahəsini ona təhvil verməmişdir. Cavabdehin Neftçala rayonu, Qoltuq kəndi, məhəllə 6-da evi vardır və həmin evdə də qeydiyyatdadır. Cavabdehin yaşayış evinə heç bir subyektiv hüququ yoxdur, qanunsuz və əsassız olaraq yaşayış evini və torpaq sahəsini zəbt etmişdir. Bu səbəbdən iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti döngə 3, ev 15 (keçmiş H.Z.Tağıyev küçəsi ev 16) ünvanındakı 3,5 sot torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və onun həmin yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə təqdim etdiyi yazılı izahatında bildirmişdir ki, cavabdehin nümayəndəsinin irəli sürdüyü xüsusat heç bir sübutlarla təsdiq edilmir və həmin fikri sübuta yetirmək üçün cavabdeh tərəf heç bir yazılı sübut təqdim etməmişdir. Belə ki, İddiaçı keçmiş əri X13 mübahisəli yaşayış evindən hansı məbləğdə kompensasiya alması barədə notariatda təsdiq olunmuş razılaşma olmamışdır. Eyni zamanda aralarında heç zaman bu barədə notariat qaydasında təsdiq olunmuş və ya razılaşmanı təsdiq edən yazılı razılaşma olmamışdır. Cavabdehin bu fikri öz mülahizəsindən başqa bir şey deyildir. Adı gedən nəqliyyat vasitələrini iddiaçı şəxsi vəsaiti hesabına almışdır. “Cherry T11” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı minik maşını sənədlər üzərində onun mülkiyyətində qalsa da, 2023-cü ildə Binəqədi rayonu, Binəqədi şossesində qaçqınlar məhəlləsində yaşayan X14 11.000 (on bir min) manata aralarındakı razılaşma ilə nəqliyyata dair bütün hüquqlarını etibarnamə əsasında həmin şəxsə verərək satmışdır. Bundan sonra həmin vəsaitin üzərini də qardaşının və digər yaxın qohumlarının maddi köməyilə düzəldərək xx.xx.2023-cü ildə 2014-cü il buraxılışlı “X35” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X22 iddianı qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X22 məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, İddiaçı ilə X8 arasında nikah pozulmuş, həmçinin İddiaçı 2015-ci ildə qaldırdığı iddia təmin olunaraq göstərilən mənzilə köçürülmüş və istifadə hüququ almışdır. Məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra tərəflər arasında gəlinən razılığa əsasən, E.Məmmədov İddiaçı kompensasiya ödəmiş və İddiaçı evdən imtina etmişdir. İddiaçı artıq uzun müddətdir ki, Abşeron rayon, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi ilə Ü.Hacıbəyov (və ya Heydər Əliyev) küçəsinin kəsişməsində (“Dream Park” yaşayış kompleksinin yaxınlığında) yaşamaqdadır. Həmçinin, iddiaçı aldığı kompensasiya ilə xx.xx.2018-ci il tarixdə 2014-cü il buraxılışlı “Chery T11” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsi almışdır. Bundan başqa, iddiaçı xx.xx.2023-cü il tarixdə 2014-cü il buraxılışlı “X35” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsi almışdır. Nəticə etibarı ilə iddiaçının mülkiyyətində hal-hazırda iki nəqliyyat vasitəsi vardır. Məhkəmənin xüsusilə diqqətinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin təqdim etdiyi kompüter çıxarışdan görünür ki, iddiaçı hər iki avtomobili alan zaman (2018 və 2023-cü ildə) ünvan 3 ünvanında faktiki yaşadığını bildirmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd edir ki, “.... iddiaçının atasının da maddi köməyilə, 2002-ci ildə Xırdalan bələdiyyə sənədi ilə Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr.,döngə 3, ev 15-də yerləşən torpaq sahəsini almışlar....”. Lakin sözügedən ev birgə nikah dövründə tikilsə də, ər-arvadın birgə mülkiyyəti deyil, məhz buna görə də 2015-ci ildə iddia qaldırılan zaman əmlakın tərəflər arasında bölünməsi yox əmlakdan istifadə hüququ tələb edilmişdir. Görünür ki, məsələ iddiaçının tələb etdiyi kimi deyil və yaşayış evi heç bir zaman ona məxsus olmamış, hal-hazırda da sözügedən ev iddiaçının mülkiyyətində deyildir. Daha bir məsələni də qeyd edir ki, mərhum E.Məmmədovla iddiaçı arasıdakı nikah pozulduqdan sonra mərhum E.Məmmədov cavabdeh Ramilə Hcıyeva ilə rəsmi nikaha daxil olmuş, cavabdeh həmin evə gəlin köçmüş, E.Məmmədov dünyasını dəyişənə qədər onunla birgə yaşamış, onun qayğısına qalmış və bu günədək bu evdə yaşamaqdadır. Eləcə də, mübahisə predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr.,döngə 3, 15 nömrəli ev reyestrdən keçmədiyindən, xüsusi mülkiyyət hüququ alınmadığından, paylı mülkiyyət hüququ verilmədiyindən iddiaçının bu iddia tələbini irəli sürməyi üçün subyektiv hüququ yoxdur. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, İddiaçı ilə 2001-ci ildən ailəvi dostluq münasibətləri vardır. Sözügedən torpaq sahəsini iddiaçıya atası hədiyyə etmiş və iddiaçının atasının köməkliyi ilə orada ev tikmişdir. Ev tiklən zaman iddiaçının həyat yoldaşı Almaniyada olmuşdur. Həmin evlə iddiaçının atası evi eyni həyətdə yerləşir. Hazırkı vaxtadək iddiaçı ilə gediş-gəliş münasibətləri davam edir. Torpaq sahəsinə dair sənəd olsa da, evə dair sənəd mövcud deyildir. Xırdalan şəhərində yerləşən bir çox evlərin sənədləri yoxdur. Onun özünün yaşadığı ein də heç bir sənədi yoxdur. Həmin torpaq sahəsi təxminən 3 sot təşkil edir. O evə gedib-gəldiyindən orada ustaların işlədiyini görmüşdür. Evin tikilməsinin tarixini dəqiq xatırlamır. İddiaçı ilə əri boşandıqdan sonra iddiaçının əri başqa qadınla ailə həyat qurmuş, onların həmin nikadan 1 uşqları vardır. Həmin qadın sözügedən evdə yaşayır. İddiaçı uşaqları ilə birlikdə anasının evində yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, İddiaçı ilə uzun müddətdir ki, kirvə olmaqla yanaşı uzaq qohumdurlar. Mübahisəli evin yerləşdiyi torpaq sahəsini iddiaçıya atası pay vermişdir. Həmin evi iddiaçı ilə əri birlikdə tikmişlər. Evin tikintisinə iddiaçının atası da köməklik göstərmişdir. İddiaçı ilə əri təxminən 6 il birlikdə yaşamışlar. Onlarn ayrılmaları əvvəllər bilməmiş və bu barədə yeni eşitmişdir. İddiaçının əri başqa qadınla ailə həyatı qurmuş və həmin nikahdan 1 oğlu vardır. Həmin qadın uşağı ilə birlikdə iddiaçının tikdiyi evdə yaşayır. İddiaçı uşaqları ilə birlikdə anası evində yaşayır. İddiaçının atası evi ilə onların tikdikləri ev eyni həyətdə yerləşir. Elçin Məmmədovun avtomobil alveri ilə məşğul olduğunu və Almaniyaya gedib-gəldiyini eşitmişdir. Hal-hazırda da Elçin Məmmədovun ikinci arvadı uşağı ilə birlikdə həmin evdə yaşayır. Evin neçənci ildə tikilməsini xatırlamasa da, evin tikilməsinin şahidi olmuşdur. Torpaq sahəsinə dair bələdiyyə sənədinin olmasını bilmişdir. Torpaq sahəsinin Elçin Məmmədovun adına olubolmamasını bilmir, lakin həmin torpaq sahəsi iddiaçının atasının adına olub, iddiaçının atası torpaq sahəsində iddiaçıya və digər övladlarına hədiyyə etmişdir. İddiaçı və digər ailə üzvləri hamısı eyni həyətdə yaşayırlar. Məhkəmə, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-3537/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdeh X21 qarşı iki uşaqları ilə birlikdə evə köçürülməyə, həmin evin iki otağından, mətbəxindən, sanitar qovşağından istifadələri üçün ayrıca şərait yaradılmasının məcburetmə qaydasının cavabdehin üzərinə qoyulmasına dair tələbi qismən təmin edilmiş, iddiaçı X4 uşaqları ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində döngə 3, 15 saylı evə köçürülməsi, iddiaçının evin iki otağından, mətbəxindən, sanitaq qovşağından istifadələri üçün ayrıca şərait yaradılmasının məcburetmə qaydasının cavabdehin üzərinə qoyulmasına dair hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. -Zəngilan Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli, 2(034)-57/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, X25 ilə X7 arasında xx.xx.2001-ci il tarixdə bağlanmış və həmin tarixdə X18 nikahın bağlanması haqqında akt qeydləri kitabında 166 nömrə ilə qeydə alınmış nikahın pozulması, 08 iyul 2002-ci il təvəllüdlü X26 və 10 mart 2006-cı il təvəllüdlü X16 cavabdeh X4 yanında saxlanılması qət edilmişdir. -Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ 222547 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə İddiaçı arasında nikah pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 300 saylı qeydiyyat aparılmışdır. -Zəngilan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ 324652 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə Cavabdeh 18 oktyabr 2019-cu il tarixdə 50 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edildi ki, ünvan 4 ünvanda yerləşən 3,5 sot torpaq sahəsində ev inşa edilmişdir. İddiaçı həmin evin ona məxsus olduğunu, həmin evin onunla X8nun birgə nikahları dövründə inşa etdirildiyini və ona görə də fərdi yaşayış evindən Cavabdeh öz əşyaları ilə birlikdə çıxarılması, evin və torpaq sahəsinin ona təhvil verilməsi və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh tərəf isə iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə evə köçürülməsinə baxmayaraq, iddiaçıya kompensasiya verilməsi yolu ilə onun həmin evdən çıxarılmasını qeyd edərək bu barədə etirazını məhkəməyə təqdim etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Mülki iş materiallarından göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(012)-3537/2014 saylı qətnaməsi ilə İddiaçı uşaqları ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində döngə 3, 15 saylı evə köçürülmüşdür. Bundan sonra iddiaçı ilə X25 arasındakı nikah Zəngilan Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli, 2(034)-57/2015 saylı qətnaməsinə əsasən pozulmuş, X25 hazırkı iş üzrə Cavabdeh ilə 18 oktyabr 2019-cu il tarixdə 50 saylı rəsmi nikah bağlayaraq yenidən ailə həyatı qurmuşdur. X25 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə); 14.1. maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. və 14.2.4. maddələrinə əsasən Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 14.3. maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Məhkəmə qeyd edir ki, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsini əsasları Mülki Məcəllənin 139-cu maddəsi ilə tənzimlənmişdir. Həmin maddənin; 139-1.1. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2.maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 139-1.1.3. maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Qanunun tələblərindən göründüyü kimi iddiaçının mübahisəli evə dair hüquqlarının yaranması üçün göstərilən əsaslara uyğun olaraq onun hüquqmüəyyənedici sənədləri olmalı və həmin evə dair istifadə, sahiblik və sərəncam hüququ əldə etməli idi. Mülki Məcəlləsinin; 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı iddia etdiyi mübahisəli mənzilə istifadə və sahiblik hüququnun olmasını yalnız Abşeron Rayon Məhkəməsinin 07 fevral 2014-cü il tarixli, 2(012)-3537/2015 saylı qətnaməsinə istinad etməsi oraya köçürülməsi, orada yaşaması ilə və eyni zamanda evin yerləşdiyi torpaq sahəsinin onun atasının maddi köməkliyi ilə alınması və evin birgə nikah dövründə tikilməsi ilə əsaslandırmışdır. Lakin iddiaçı iddia tələbində göstərdiyi xüsusatlara dair hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmiş, sadəcə olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin evə köçürülmüş və eyni zamanda həmin evdən istifadə etməsi barədə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmiş və bununla da tikilinin özbaşına tikili olduğu öz təsdiqini tapmışdır. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə, eyni zamanda, İddiaçı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasına dair münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iddia ərizəsindən də göründüyü kimi, İddiaçı mübahisəli fərdi yaşayış evindən cavabdehin çıxarılmasını tələb etdiyi halda, mülki iş materiallarına onun həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd əlavə olunmamışdır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olan sənəd daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilən çıxarış olduğu halda, həmin çıxarış iddiaçı tərəfindən təqdim olunmamışdır. Göründüyü kimi, İddiaçı sahiblik və istifadəsində olduğunu iddia etdiyi ünvan 4 fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qeydə alınmadığından həmin evdən cavabdehin çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmamışdır. Bununla bağlı, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq isə iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı və yalnız onun belə bir hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirilməlidir. İddia tələbini irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. Həmçinin, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarı”nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, “..Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X6 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları ümumiləşdirib qeyd edir ki, iddia ərizəsi İddiaçı tərəfindən sübuta yetirilmədiyindən və iddiaçı və cavabdehin evə münasibətdə hüquq və vəzifələri eyni statusa malik olduğundan iddia tələbi əsaslı deyildir, bu səbəbdən də təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Abşeron Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli e-2(012)-1968/2024 saylı qərardadına əsasən İddiaçı məcburi köçkün statusuna malik olduğundan ona geri qaytarılmışdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılma və yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar