Məhkəmə qərarları › İş №e-2(012)-197/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-197/2025

28.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-197/2025 28.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1, vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X36 şəxsinin 4 Saylı Abşeron Ərazi İdarəsi) qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsi və tikilinin qanunsuz sahiblikdən alınması tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X36 şəxsinin 4 Saylı Abşeron Ərazi İdarəsi) qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsi və tikilinin qanunsuz sahiblikdən alınması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ünvan 2isində yerləşən, ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsinin koordinatlarının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən dəqiq müəyyən edilməsi, mülkiyyətində olan ünvan 2isində yerləşən, ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdırğ ki, ünvan 2isində yerləşən, ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsi üzərində 3 mərtəbəli, ümumi sahəsi 450 kv2 m olan yarımçıq tikili ilə birgə 2018-ci ildə Nümayəndə1 tərəfindən X15 alınmışdır. Buna dair Nümayəndə1 xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra ünvan 2isində yerləşən, ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsi və torpaq sahəsi (üzərində olan 3 mərtəbəli, ümumi sahəsi 450 kv2 m olan yarımçıq tikili ilə birgə) Nümayəndə1 tərəfindən X11 AN-İ №0871855 nömrəli daşınmaz əmlakın alq-satqı müqaviləsi ilə satılmışdır. Cavabdehlər tərəfindən X16 təyziqlərə və təhdidlərə məruz qaldığından həmin torpaq sahəsi (üzərində olan 3 mərtəbəli, ümumi sahəsi 450 kv2m olan yarımçıq tikili ilə birgə) xx.xx.2023-cü il tarixində onun tərəfindən daşınmaz əmlakın AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi ilə iddiaçının mülkiyyətinə keçmişdir. Hətta cavabdeh X1 Nazim Fərman oğluna hədə-qorxu gələrək torpaq sahəsinin üzərində olan yarımçıq tikilini sökəcəyini bildirmişdir. Bu səbəblərdən də N.Süleymanov torpaq sahəsini və tikilini yenidən satmaq məcburiyyətində qalmışdır. Sözügedən torpaq sahəsinin üzərində 3 mərtəbəli, ümumi sahəsi 450 kv2 m olan yarımçıq tikili mövcuddur. Həmin tikili də iddiaçı tərəfindən əldə edilmişdir və iddiaçının mülkiyyətindədir. Yarımçıq tikilinin eni 15/10 şəklindədir. Lakin hazırda mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 2isində yerləşən, ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsi qanunsuz olaraq cavabdehlər tərəfindən zəbt edilmişdir. Qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli, **********45 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 2isində yerləşən torpaq sahəsinin plan və ölçüsünün döngə Novxanı kəndi ərazisində yerləşən torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Məhz bu səbəbdən də həmin vaxt torpaqların koordinatları müəyyən edilə bilmirdi. Lakin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 2023-cü ilin oktyabr ayında iddiaçı dəvət olunmuş və torpaq sahəsinə baxış keçirmişlər. Daha sonra torpaq sahəsinin iddiaçının mülkiyyətində olan hissələri müəyyən edilərək iddiaçıya göstərilmişdir və verilən məlumata əsasən iddiaçıya məxsus olan ünvan 2isində yerləşən torpaq sahəsinin koordinatlarını artıq dəqiq müəyyən etmək mümkün olacağını bildirmişlər. Hazırda faktiki olaraq cavabdehlər dövlət reyestrindən təqdim edilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətində olduğu təsdiqlənən torpaq sahəsini zəbt etmişdir və həmin torpaq sahəsinin onlara məxsus olduğunu iddia etmişlər. Cavabdehin hərəkəti tamamilə qanunsuzdur və cavabdeh bilərəkdən, qəsdən iddiaçının mülkiyyətini zəbt etmişdir. Belə ki, 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2021-ci il tarixli məktubda məhz mülkiyyətində olan torpaq sahəsinin planı və nöqtələrin koordinatları müəyyən edilərək təqdim edildiyi qeyd edilmişdir. Həmçinin, məktubda qeyd edilmişdir ki, ərazidə DWG uyğunsuzluğu mövcuddur. Belə ki, 0.1062 ha torpaq sahəsinin 0.0631 ha hissəsi başqa şəxslər tərəfindən daşla hasara alındığı üçün mübahisə predmetidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ kobud şəkildə pozulur. Həmin torpaq sahəsinə nə iddiaçının daxil olmağına icazə verilmir, nə də ki hər hansı hərəkəti həyata keçirməyinə icazə verilmir. Bundan əlavə bildirir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən və tikintisi tam başa çatmamış tikili iddiaçı tərəfindən alınarkən torpağın üzərində olmuş, iddiaçı həmin torpaq sahəsini tikili ilə birlikdə satın almış, tikilinin mövcudluğunu nəzərə alaraq torpaq sahəsinin dəyərini ödəmişdir. Tikilinin qeydiyyatdan keçibkeçməməsinin hazırkı məsələyə aidiyyatı yoxdur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsi ilə möhkəm bağlı olan ondan ayrıla bilməyən tikili birlikdə vahid mülkiyyət sayılır. Ona görə də torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olduğu üçün torpağın üzərindəki daşınmaz əmlak da iddiaçının mülkiyyətində olan əmlakdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, iddia İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2isində yerləşən sahəsi 0.107604 ha olan torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 450 kv.m olan 3 mərtəbəli tikintisi başa çatmamış tikilidən Cavabdeh çıxarılması, torpaq sahəsinin və tikilinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı geri verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışlır ki, əvvəlki iddia tələblərində qeyri-müəyyənliklər mövcuddur. Belə ki, koordinatların dəqiq müəyyən edilməsi tələbini iddiadan çıxarırlar və üçüncü şəxs olan Reyestr Xidmətinin məhkəmədə iştirak etməsinə zərurət qalmır, gələcəkdə məhkəmə zəruri bilsə öz təşəbbüsü ilə cəlb edə bilər. Bundan əlavə, əvvəlki cavabdeh Zeynalov İsmayılı cavabdehlər siyahısından çıxarırlar, ona qarşı hər hansı tələbləri yoxdur. Belə ki, o qonşu torpaq sahəsinin əvvəlki mülkiyyətçisidir, onunla bağlı hal-hazırda hər hansı mübahisələri yoxdur. Bundan əlavə, qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən və tikintisi tam başa çatmamış tikili iddiaçı tərəfindən alınarkən torpağın üzərində olub, iddiaçı həmin torpaq sahəsini tikili ilə birlikdə satın alıb, tikilinin mövcudluğunu nəzərə alaraq torpaq sahəsini dəyərini ödəyib. Tikilinin qeydiyyatdan keçib-keçməməsininin hazırki məsələyə ailiyyatı yoxdur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsi ilə möhkəm bağlı olan, ondan ayrıla bilməyən tikili birlikdə vahid mülkiyyət sayılır. Ona görə də torpaq sahəsi iddiaçının mülkiyyətində olduğu üçün torpağın üzərindəki daşınmaz əmlak da iddiaçının mülkiyyətində olan əmlakdır. Bu səbəbdən iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmış, cavabdehin mübahisəli torpaq sahəsindən və onun üzərində yerləşən tikilidən çıxarılması tələbi qoyulur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 dəqiqləşdirilmiş iddia ərizəsini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddiaçının vəkili və nümayəndəsinin izahatına uyğun izahat vermiş, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi əvvəlcə Nümayəndə1 mülkiyyətində olmuş, sonradan torpaq sahəsi başqa şəxslərə satılmış və sonda yenidən dövlət reyestrindən çıxarış ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh isə torpağa dair çıxarışı xx.xx.2018-ci il tarixində əldə etmişdir. İş materiallarında olan çəkilmiş sxemdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin faktiki yerləşdiyi ərazi cavabdehin və bir neçə şəxsin torpaq sahələrinin hesabına formalaşmışdır. İş materiallarında olan sorğuya cavabdan göründüyü kimi cavabdehə məxsus torpaq sahəsi əvvəlcə Həsənov Əbülfətə, ondan da əvvəl digər şəxsə şəhadətnamə əsasında məxsus olmuşdur, yəni bir vahid torpaq əsasından bir neçə mülkiyyətçi yaranmışdır. Bundan əlavə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-144/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qəbul edilmiş, qətnamə qəbul edilən zaman ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən, cavabdehə məxsus torpaq sahəsinin koordinatlarının cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Əmlak Xidmətinin Dürüstləşdirmə İdarəsi tərəfindən bəzi hissələrə görə dürüstləşmə aparılmışdır. Lakin o, hesab edir ki, həmin dürüstləşdirmə nəzərə alınmamalıdır. Çünki mühəndisin də bildirdiyinə görə orada bir neçə mübahisəli yer var və həmin hissələrə aydınlıq gətirilməmişdir. Üstəlik məhkəmədə mübahisə olduğu halda, iddiaçıya texniki pasport verilmişdir. Bildiyinə görə, sonradan torpaq koordinatları sistemdə əvvəlki vəziyyətinə gətirilmişdir, lakin texniki pasort qüvvəsində qalmaqdadır. Odur ki, artıq uzun müddətdir ki, Əbülfət Həsənova məxsus olmuş torpaq sahəsində yaşayış binası inşa edilmişdir və cavabdeh həmin ərazidən istifadə etməkdədir. Ona görə də o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X36 şəxsinin 4 Saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X21 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin koordinatları ilə faktiki yerləşdiyi koordinatlar arasında uyğunsuzluq mövcuddur. Bununla bağlı iddiaçı onlara yeni texniki pasportun alınması üçün müraciət etmişdir. Belə ki, onlar sözügedən əraziyə getmiş, ölçmə işləri aparmışlar. İş materiallarında olan ekspert rəyinə əlavə edilmiş sxemdən də göründüyü kimi Prezidentin Sərəncamına əsasən, iddiaçının torpaq sahəsində dürüstləşdirmə işləri aparılığından, torpağın koordinatlarında dəyişikliklər edilmiş və yeni koordinatlar onlar tərəfindən tanınmışdır. Bundan əlavə cavabdehə məxsus **********41 reyestr nömrəli torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 6 şəxsə məxsus torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsinin yeni koordinatlarına daxil olmuşdur. Lakin hazırki məsələ ilə bağlı məhkəmə mübahisəsi (çəkişmə) olduğundan, onlar tərəfindən yeni koordinatlar ləğv edilmiş və torpaq sahəsinin əvvəlki koordinatları tanınmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X36 şəxsinin 4 Saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1062 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********41 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,107604 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********78 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. - «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, İddiaçı valideynləri X28 və X17r. - «Nikah haqqında şəhadətnamə»nin surətindən görünür ki, X4 Aygün Bayram qızı ilə nikahları 18 mart 1999-cu il tarixdə qeydə alınmış, nikah bağlanandan sonra arvada Abbasova soyadı verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-32\2-19409/2024 saylı mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar elektron GPS aləti vasitəsi ilə yerölçmə işləri aparılmış və sözügedən torpaq sahələri barədə məlumatlar idarənin elektron baza məlumatları əsasında araşdırılmışdır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki; Torpaq sahəsinə yerli baxış zamanı iddiaçı və cavabdeh tərəfindən naturada tanıdılan torpaq sahəsi faktiki olaraq kimin istifadəsində olduğunu müəyyən etmək mümkün olmamışdır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, torpaq islahatı zamanı verilmiş pay torpaqlarının texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş və bu uyğunsuzluğa əsasən mübahisəli torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə tərtib edilmiş **********78 reyestr nömrəli çıxarışla X2 üzrə mülkiyyətində olmuş torpaq sahəsi ilə üstüstə düşmür, (sonradan notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı sənəd üzrə mülkiyyət hüquqlarına dair Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən yalnız sənəd üzrə **********78 nömrəli çıxarış verilmişdir.) lakin mübahisəli torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətlərinə verilmiş (**********41,**********98, **********53, **********32, **********33) torpaq sahələri ilə üst üstə düşməsi aşkar edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılmışdır. Mülkiyyətçi İddiaçı tərəfindən müraciətinə əsasən plan ölçü sənədinə düzəliş olunmuş və torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Sözügedən torpaq sahəsi məhkəmə-mübahisə predmeti olması səbəbindən xx.xx.2024-cü il tarixdə cari dəyişiklik edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əvvəlki vəziyyətinə qaytarılmışdır. Vətəndaşın xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli müraciətinə xx.xx.2024-cü il tarixli **********32 nömrəli məktubla məlumatlandırılmışdır. Dürüstləşmə işlərinə əsasən xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən **********78 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mübahisəli torpaq sahəsinin koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmamazlıqlar aradan qaldırılmışdır. Necas elektron məlumat bazasına əsasən (xx.xx.2024-cü il tarixli necas elektron məlumat bazası) dürüstləşmə işlərindən sonra torpaq sahələrinin sənəd üzrə yerləşmə vəziyyəti iş materiallarının içərisinə əlavə olunur. Qeyd: Digər mülkiyyətçilər tərəfindən müraciət olunmadığından torpaq sahələrinin plan və ölçü sənədlərinə düzəlişlər olunmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/1033/2025 saylı rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-32/2-19409/2024 saylı mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə tərtib edilmiş **********78 reyestr nömrəli çıxarışla X2 üzrə mülkiyyətində olmuş torpaq sahəsi ilə üst-üstə düşmür, (sonradan notariat qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı sənəd üzrə mülkiyyət hüquqlarına dair Daşınmaz Əmlakın Dövlət reyestri tərəfındən sənəd üzrə **********78 nömrəli çıxarış verilmişdir.) lakin mübahisəli torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətlərinə verilmiş (**********41,**********98, **********53, **********32, **********33) torpaq sahələri ilə üst üstə düşməsi aşkar edilmişdir. Eyni zamanda mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən müraciətə əsasən plan ölçü sənədinə düzəliş olunmuş və torpaq sahəsinə dair xx.xx.2024- cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Sözügedən torpaq sahəsi məhkəmə-mübahisə predmeti olması səbəbindən xx.xx.2024-cü il tarixdə cari dəyişiklik edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əvvəlki vəziyyətinə qaytarılmışdır. xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən **********78 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mübahisəli torpaq sahəsinin koordinatları daxilində yerləşir. Ekspert tərəfindən qeyd olunur ki, müqayisəli tədqiqat nəticəsində xx.xx.2024-cü il tarixli, **********78 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən sahə ilə mübahisəli torpaq sahəsinin və orda yerləşən yaşayış evi tikilisinin üst-üstə düşdüyü, eyni zamanda xx.xx.2018-ci il tarixli, **********41 reyestr nömrəli, AA№ 313656 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə mübahisəli torpaq sahəsinin və orda yerləşən yaşayış evi tikilisinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Beləliklə Cavabdeh adına tərtib olunmuş xx.xx.2018-ci il tarixli, **********41 reyestr nömrəli, AA№ 313656 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə İddiaçı adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, **********78 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin üstüstə düşdüyü müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025 -ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu 1 saylı notanat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4Ə/589 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən JN- 885(kod ********) saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı' ilə X14 və ailə üzvlərinin ümumibırgə mülkiyyətində olan Abşeron rayonu. Novxanı kəndində yerləşən 0.5763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.1062 ha hissəsi X18 adına özgəninkiləşdirilmişdir. xx.xx.2014-cü il tarixində X18 adına 0.1062 ha torpaq sahəsinə ********** qeydiyyat, **********41 reyestr nömrəli çıxarış verilmişdir. Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-1750 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.1062 ha torpaq sahəsi X8 adına özgəninkiləşdirilmişdir. xx.xx.2018-ci il tarixində X8 adına ********** qeydiyyat, **********41 reyestr nömrəli çıxarış verilmişdir. Daha sonra Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-2732 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.1062 ha torpaq sahəsi xx.xx.1975-cı il təvəllüdlü Cavabdeh adına özgəninkiləşdirilmişdir. xx.xx.2018-ci il tarixində 0.1062 ha torpaq sahəsinə Cavabdeh adına ********** qeydiyyat, **********41 reyestr nömrəli çıxarış verilmişdir və hazırda mülkiyyətindədir. Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-880 reyestr daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən JN-883(kod ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə X23 və ailə üzvlərinin ümumibirgə mülkiyyətində olan 0.222804 ha torpaq sahəsindən 0.051304 ha hissəsi, eyni zamanda Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-879 reyestr daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən **********42 reyestr nömrəli çıxarışla X5 və ailə üzvlərinin ümumibirgə mülkiyyətində olan 0.1063 ha torpaq sahəsindən 0.0563 ha hissəsi X19 adına özgəninkiləşdirilmişdir. Belə ki, X29 əldə etdikləri 0.051304 ha və 0.0563 ha torpaq sahələrini birləşdirərək 0.107604 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixində ********** qeydiyyat, **********78 reyestr nömrəli çıxarış almışdır. Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-1309 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.107604 ha torpaq sahəsi X20 adına özgəninkiləşdirilmişdir. xx.xx.2018-ci il tarixində 0.107604 ha torpaq sahəsinə X20 adına ********** qeydiyyat, **********78 reyestr nömrəli çıxarış verilmişdir. Daha sonra Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-4143 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.107604 ha torpaq sahəsi Nümayəndə1 adına özgəninkiləşdirilmişdir. xx.xx.2019-cu il tarixində 0.107604 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Nümayəndə1 adına ********** qeydiyyat, **********78 reyestr nömrəli çıxarış verilmişdir. 5 saylı Bakı ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-972 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən 0.107604 ha torpaq sahəsi X7 adına özgəninkiləşdirilmişdir. X7 adına 0.107604 ha torpaq sahəsinə xx.xx.2020-ci il tarixində ********** qeydiyyat, **********78 reyestr nömrəli çıxarış verilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-787 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən 0.107604 ha torpaq sahəsi xx.xx.1995-ci il təvəllüdlü İddiaçı adına özgəninkiləşdirilmişdir. xx.xx.2023-cü il tarixində 0.107604 ha torpaq sahəsinə İddiaçı adına ********** qeydiyyat, **********78 reyestr nömrəli çıxarış verilmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, ünvan 2isində onun mülkiyyətində olan 0.1076 ha (**********78 reyestr nömrəli) torpaq sahəsinin planı və ölçüsü sənədində cari dəyişikliyin edilməsi ilə bağlı xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ərazidə ümumi DWG uyğunsuzluğu mövcuddur. Torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Novxanı kəndi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatlarının dürüstləşdirilməsi işləri aparılmışdır. ünvan 2isində sizin mülkiyyətinizdə olan 0.1076 ha torpaq sahəsinə xx.xx.2024-cü il tarixdə cari dəyişiklik edilərək torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Məlumat üçün bildirilmişdir ki, sözügedən torpaq sahəsi, məhkəmə-mübahisə predmeti olması səbəbindən xx.xx.2024cü il tarixdə cari dəyişiklik edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilmiş, mövcud sənəd üzrə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin -135.4-cü maddəyə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir -152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. -239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. -111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir İşin araşdırılmış hallarından məlum olur ki, mübahisəli torpaq sahəsi əvvəllər X19, X20, iddiaçının anası Nümayəndə1 və X9 adına olmuş, sonuncu cavabdehlər X10 və X24 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs Cavabdeh) qarşı daşınmaz əmlakın cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülməsi, cavabdehlərin məcburi qaydada torpaq sahəsindən çıxarılması tələbinə dair iddia qaldırmış və Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-144/2025saylı qətnaməsi ilə iddiası təmin edilməmişdir. Bundan sonra mubahisəli torpaq sahəsi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-787 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən 0.107604 ha torpaq sahəsi Nümayəndə1 övladı, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı adına özgəninkiləşdirilmiş və xx.xx.2023-cü il tarixində 0.107604 ha torpaq sahəsinə onun adına ********** qeydiyyat, **********78 reyestr nömrəli çıxarış verilmişdir və hazırda mülkiyyətindədir. Nümayəndə1 İddiaçı nümayəndəsi olaraq qaldırdığı iddiasında mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 2isində yerləşən, ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsinin və onun üzərində olan tikilinin qanunsuz olaraq cavabdehlər tərəfindən zəbt edilməsini iddia edir. İş materiallarından görünür ki, xx.xx.1975-cı il təvəllüdlü Cavabdeh xx.xx.2018-ci il tarixində Abşeron rayonu. Novxanı kəndində yerləşən 0.5763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.1062 ha torpaq sahəsinə adına ********** qeydiyyat, **********41 reyestr nömrəli çıxarış alana kimi torpaq Dövlət Aktı ilə X14 və ailə üzvlərinin ümumibırgə mülkiyyətlərinin bir hissəsi olmuş, xx.xx.2014-cü il tarix 0.5763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.1062 ha hissəsi X18 adına özgəninkiləşdirilmiş, xx.xx.2018-ci il tarixdə o həmin torpaq sahəsini X3, sonuncu xx.xx.2018-ci il tarixli 4Ə-2732 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə Cavabdeh satmış və hazırda mülkiyyətindədir. Cavabdeh tərəf iddiaya etiraz edərək iddiaçıya məxsus torpaq sahəsinin faktiki yerləşdiyi ərazinin cavabdehin və bir neçə şəxsin torpaq sahələrinin hesabına formalaşmasını, yəni bir vahid torpaq əsasından bir neçə mülkiyyətçinin yaranmasını, cavabdehə məxsus torpaq sahəsinin koordinatlarının cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq edən Abşeron Rayon Məhkəməsinin 2(012)- 144/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin mövcudluğunu, məhkəmədə mübahisə olduğu halda, iddiaçıya texniki pasport verilməsinin düzgün olmamasını göstərmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3264/2024 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət reyestrində 981 nömrəli reyestr nömrəli kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.107604 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşub-duşməməsi, əgər düşmürsə hansı həcmdə koordinatlardan kənarda olması, Cavabdeh adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət reyestrində 531 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.1062 ha torpaq sahəsinin ölçüsü (naturada) üst-üstə düşüb-düşməməsi, əgər düşmürsə hansı həcmdə koordinatlardan kənarda olması, İddiaçı torpaq sahəsinin hüdudları daxilində Cavabdeh torpaq sahəsi və tikililəri mövcud olub-olmaması, mövcuddursa, hansı sahəni əhatə edir və hansı tikililərdən ibarət olması kimi suallar qoyulmuşdur. Ekspertiza zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-32\2- 19409/2024 saylı mütəxəssis rəyi alınmış və onun əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2- 10/1033/2025 saylı rəyi verilmişdir. Rəylərə əsasən torpaq sahəsinə yerli baxış zamanı iddiaçı və cavabdeh tərəfindən naturada tanıdılan torpaq sahəsi faktiki olaraq kimin istifadəsində olduğunu müəyyən etmək mümkün olmamışdır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, torpaq islahatı zamanı verilmiş pay torpaqlarının texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş və İddiaçı sənəd üzrə mülkiyyət hüquqlarına dair Daşınmaz Əmlakın Dövlət reyestri tərəfındən sənəd üzrə **********78 nömrəli çıxarışla verilmiş mübahisəli torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətlərinə verilmiş (**********41,**********98, **********53, **********32, **********33) torpaq sahələri ilə üst üstə düşməsi aşkar edilmişdir. İddiaçı tərəfindən müraciətə əsasən plan ölçü sənədinə düzəliş olunmuş və torpaq sahəsinə dair xx.xx.2024 - cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Bu sənədlərə əsasən **********78 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mübahisəli torpaq sahəsinin koordinatları daxilində yerləşir. Lakin sözügedən torpaq sahəsi məhkəmə-mübahisə predmeti olması səbəbindən xx.xx.2024-cü il tarixdə cari dəyişiklik edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əvvəlki vəziyyətinə qaytarılmışdır. Ekspert rəyi ilə Cavabdeh adına tərtib olunmuş xx.xx.2018-ci il tarixli, **********41 reyestr nömrəli, AA№ 313656 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə İddiaçı adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, **********78 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinun üst-üstə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli mübahisəli torpaq sahəsinin planı və ölçüsü sənədi məhkəmədə mübahisə predmeti olması səbəbindən cari dəyişiklik edilərək torpaq sahəsinin planı və ölçüsü sənədinin əvvəlki vəziyyətinə qaytarılması faktı olduğu halda ekspert rəyində qeyd edilən sənəddə göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə Cavabdeh adına tərtib olunmuş xx.xx.2018-ci il tarixli, **********41 reyestr nömrəli, AA№ 313656 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin üst-üstə düşdüyünü göstərmişdir. Belə ki, müəyyən edilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olduğundan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X36 şəxsinin 4 Saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmamazlıqlar aradan qaldırılaraq mülkiyyətçi İddiaçı tərəfindən ona yeni texniki pasportun alınması üçün müraciətinə əsasən plan ölçü sənədinə düzəliş olunmuş və torpaq sahəsinə dair xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, lakin sözügedən torpaq sahəsi məhkəmə-mübahisə predmeti olması səbəbindən həmin tarixdə cari dəyişiklik edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əvvəlki vəziyyətinə qaytarılmış, bu barədə iddiaçıya məlumat verilmişdir. Göstərilənlər mütəxəssis rəyinə əlavə edilmiş ərazinin sxemlərindən aydın müşahidə edilir. Yəni, **********78 reystr nömrəli çıxarışla X2 üzrə mükiyyətində olmuş torpaq sahəsi (xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində torpaq sahəsi) **********78 reystr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mükiyyətində olmuş torpaq sahəsi (xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində torpaq sahəsi) ilə üst-üstə düşmür. Məhkəmə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-144/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməsə də qeyd etməyi zəruri sayır ki, həmin qətnamədə iddiaçı olan X7 mülkiyyətində olmuş torpaq sahəsini hazırki iş üzrə iddiaçının anasından almış və sonra da onun oğluna, yəni hazırki iş üzrə iddiaçıya satmışdır. Buna görə də həmin qətnamə ilə müəyyən edilmiş bəzi diqqətəlayiq məqamlara diqqət yetirilməsi məqsədə uyğundur. Belə ki, iddiaçının anası tərəfindən 0.107604 ha olan torpaq sahəsi X11 torpaq sahəsi satıldıqdan sonra sonuncunun X10 və X24 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs Cavabdeh) qarşı iddiaçı üzrə araşdırma zamanı ekspert tərəfindən müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan koordinatları naturaya köçürülən zaman X7 və Cavabdeh mülkiyyətlərinə verilmiş torpaq sahələrinin bir- birinə bitişik qonşu sahələr olduğu müəyyyən olunur. Baxış zamanı cavabdehin faktiki istifadəsində olan və mübahisə predmeti olan torpaq sahəsinin mişar daşı ilə hasarlandığı və daxilində fərdi yaşayış evinin inşa edildiyi müəyyən olunmuşdur. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçıya (X11) məxsus torpaq sahəsinin plan-sxemə əsasən naturada yerlşəmə yerini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən tikilinin mübahisəli torpaq sahəsinin üzərində yerlşməsini də müəyyən etmək mümkün deyildir. Bundan başqa, iddiaçı torpaq sahəsini üzərindəki tikili ilə aldığını iddia edir. Lakin, iş materiallarından göründüyü kimi mübahisəli tikili daş hasarın icərisində olmaqla cavabdeh İsmayıl Zeynalovun faktiki istifadəsindədir. Elektrik enerjisindən istifadəyə görə ödənişlər torpağın mülkiyyətçisi olan Cavabdeh adından aparılır. Göründüyü kimi iddiaçının əldə etdiyi sahə əvvəl X11 məxsus olarkən xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar əsas götürülürdü. Müəyyən edilmişdir ki, hazırki iş icraatda olan zaman iddia qaldırdığı və mübahisənin davam eidiyini billə-bilə iddiaçı tərəf yeni texniki pasport alıınmasına dair müraciət edərək xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilməsinə nail olmuş, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X36 şəxsinin 4 Saylı Abşeron Ərazi İdarəsi hazırki məsələ ilə bağlı məhkəmə mübahisəsi (çəkişmə) olduğundan, onlar tərəfindən xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü üzrə yeni koordinatlar ləğv edilmiş və torpaq sahəsi əvvəlki koordinatları tanınmışdır. Başqa sözlə, xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədini əldə etməklə iddiaçı tərəf öz mənafeyi üçün hüquqdan sui-istifadə halına yol vermişdir. Lakin qeyd edildiyi kimi sözügedən plan və ölçü sənədi artıq ləğv edilmiş, qüvvədə deyildir, onun məzmununda göstərilənlər hazırki iş üzrə hüquqi əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunan Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. X31 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Beləliklə də işin araşdırılmış halları ilə iddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulması faktını təsdiq edən sübutlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Başqa sözlə, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə: “Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.” Məhkəmə daha sonra qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı cavabdehin onun onun hüquqlarının pozması ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmişdir. Həmçinin də, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından əsassızdır və iddia təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X36 şəxsinin 4 Saylı Abşeron Ərazi İdarəsi) qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsi və tikilinin qanunsuz sahiblikdən alınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar