Məhkəmə qərarları › İş №e-2(012)-1987/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1987/2023

01.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1987/2023 01.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 may 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti “Abşeron Siti”, 240 A saylı evin 19 saylı mənzilinə onu və yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2018ci il təvəllüdlü Novruzov Nazim Vüsal oğlu və xx.xx.2015-ci il təvəllüdlü X1 ilə birlikdə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5916/2022 saylı qətnaməsinə əsasən Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti “Abşeron Siti”, 240 Asaylı evin 19 saylı mənzilin ½ hissədə Novruzova Mehparə Tofiq qızının ½ hissədə Cavabdeh payları tanınmışdır. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Lakin, cavabdeh iddiaçının azyaşlı uşaqları ilə birlikdə½ hissəsi iddiaçıya məxsus olan mənzilə köçməyinə mane olur. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı kirayədə yaşayır. Hesab edir ki, məhkəmə qətnaməsi ilə½ hissəsinə pay hüququm tanınmış “Abşeron Siti”, 240 A saylı evin 19 saylı mənzilə azyaşlı uşaqları ilə birlikdə köçürülməlidir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış M-10087 nömrəli, xx.xx.2023-cü il tarixli Mənzilin Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park3” yaşayış massivinin 240 A saylı küçəsində inşa edilən (inşa edilmiş) 8 mərtəbəli, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni divarın çöl hissəsindən hesablanmaqla) 67 kv.m ibarət, 1 otaqlı, 19 nömrəli mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5916/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Novruzova Mehparə Tofiq qızının kasasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh kasassiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-94/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi «Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilinin əldə edilməsinə sərf edilən 43.550 manatın ½ hissəsi - 21.775 (iyirmi bir min yeddi yüz yetmiş beş) manat Cavabdeh iddiaçı Novruzova Mehparə Tofiq qızının xeyrinə tutulması» hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılsın və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilə ½ hissədə Novruzova Mehparə Tofiq qızının və ½ hissədə Cavabdeh payları tanınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5916/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən müəyyən edilir ki, “Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(012)-857/2020 saylı qətnaməsi ilə (hakim H. Əhmədov) iddia qismən təmin edilərək, cavabdeh tərəfindən satılmış ** XC *** dövlət nömrə nişanlı, "VAZ 21725 minik” markalı avtomobilin satışından əldə olunan pulun % - 8000 manat hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması, ** DN *** dövlət nömrə nişanlı, «Renault Laquna» markalı avtomobilə Novruzova Mehparə Tofiq qızı ilə Cavabdeh hər birinin % hissədə mülkiyyət hüquqlarının tanınması, ünvan 1 ünvanında yerləşən - yataq dəsti (şifoner, trimo, qoşa çarpayı, kamot, 2 ədəd tumboçka, trimo stulu); qonaq otağı üçün stol və 6 ədəd stul; mətbəx üçün stol və 4 stul; mətbəx mebeli; divan; iri xalça; kiçik xalça; qonaq otağı üçün çilçıraq; yataq otağı üçün çilçıraq( gümüşü rəng); qonaq otağı üçün pərdə-günlük; mətbəx otağı üçün pərdə-jalüz; soyuducu; 108 ekran televizor; paltaryuyan; tozsoran; ətçəkən; şirəçəkən; ütü; soba; mikser; qaz plitəsi; kompyuter; üç gözlü elektrik qızdırıcı; böyük yorğan; 2 ədəd kiçik yorğan; böyük qoşa döşək; 2 ədəd tək döşək; 4 ədəd yastıq; odeyal; 5 ədəd qoşa yataq dəsti; 4 ədəd tək nəfərlik dəst; çarpayı üçün örtük; divan üçün örtük; 4 ədəd can dəsmalı; 12 ədəd əl-üz dəsmalı; 12 ədəd mətbəx dəsmalı; 3 ədəd süfrə; şirəli qazan dəsti; gümüşü rəng qazan dəsti; qaşıq dəsti; 12 ədəd 4 künc boşqab dəsti; 18 ədəd düz boşqab; 6 ədəd kasa; bagema; 12 ədəd rəngli bakal; 6 ədəd stəkan; 6 ədəd nəlbəki; 6 ədəd xrustal düz qabı; 6 ədəd çay dəsti; 4 ədəd farfor çaşka-nəlbəki; 2 ədəd meyvə qabı; 2 ədəd konfet qabı; 2 ədəd qənd qabı; 2 ədəd xrustal mürəbbə qabı; 2 ədəd ləpə qabı; qab yığılan setka; podnos; 5 kiçik qazan dəsti; kauçuk qablar; tava; keks qabları; geyim əşyaları - kofta, şalvar, ev geyimi, ziyafət geyimi, dəst yubka-kofta, 4 ədəd pencək, palto, 2 ədəd balonka, uzun dabanlı çəkmə, qısa boğazlı çəkmə, 2 ədəd hündür daban ayaqqabı, 4 ədəd alçaq düz ayaqqabı, hündür pasanoşka, 2 ədəd alçaq pasanoşka; 4 qb flaşkart, saçburan fen, ütü fen, kosmetika, diplom qiymət kağızı ilə, doğum şəhadətnaməsinin, qızıl-zinət əşyaları - brilyant klon 1 ədəd 470 manat dəyərində, brilyant üzük 1 ədəd 320 manat dəyərində, təkqaşlı üzük 1 ədəd 250 manat dəyərində, brilyant sırğa 1 dəst 450 manat dəyərində, boyunbağı 2 ədəd 130 manat dəyərində, onların özləri mövcud olmadıqda dəyərləri (cəmi 1620 manat məbləğində) Cavabdeh alınıb, Novruzova Mehparə Tofiq qızına verilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-94/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), G.Tağızadə və A.Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilinə aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilinin əldə edilməsinə sərf edilən 43.550 manatın % hissəsi - 21.775 (iyirmi bir min yeddi yüz yetmiş beş) manatın Cavabdeh iddiaçı Novruzova Mehparə Tofiq qızının xeyrinə tutulması, qətnamənin "VAZ 21725 minik” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinə aid hissəsində dəyişiklik edilməklə həmin avtomobilin dəyərinin ½ hissəsi, 6000 (altı min) manatın Cavabdeh alınaraq iddiaçı Dünyamalıyeva (Novruzova) Mehparə Tofiq qızına verilməsi qət edilmiş, qətnamə qızıl-zinət əşyalarına aid hissədə ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2022-ci il tarixli 2(102)-5916/2022 nömrəli qərarı ilə iddiaçı Novruzova Mehparə Tofiq qızının kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-94/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi «Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilinin əldə edilməsinə sərf edilən 43.550 manatın % hissəsi - 21.775 (iyirmi bir min yeddi yüz yetmiş beş) manat Cavabdeh iddiaçı Novruzova Mehparə Tofiq qızının xeyrinə tutulması» hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar çıxarılsın və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilə ½ hissədə Novruzova Mehparə Tofiq qızının və ½ hissədə Cavabdeh payları tanınsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.” qərara alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh 13 avqust 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Novruzov Nazim Vüsal oğlu və xx.xx.2015-ci il təvəllüdlü X1 anadan olmuşdur. Tərəflər arasında olan nikah pozulmuşdur. Birgə nikahda olduqları müddətdə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış M-10087 nömrəli, xx.xx.2023-cü il tarixli Mənzilin Alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park3” yaşayış massivinin 240 A saylı küçəsində inşa edilən (inşa edilmiş) 8 mərtəbəli, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni divarın çöl hissəsindən hesablanmaqla) 67 kv.m ibarət, 1 otaqlı, 19 nömrəli mənzil İddiaçı təhvil verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-94/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "Abşeron Siti”, 240A saylı evin 19 saylı mənzilə ½ hissədə Novruzova Mehparə Tofiq qızının və ½ hissədə Cavabdeh payları tanınması qərara alınmışdır. Lakin, hazırda cavabdeh iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçməyinə mane olur. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1 və 152.5-ci maddələrinin ümumi məzmununa görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 215.4-cü maddəsinə görə, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Mülki Məcəllənin 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Göründüyü kimi, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüququdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı və yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2018-ci il təvəllüdlü Novruzov Nazim Vüsal oğlu və xx.xx.2015-ci il təvəllüdlü X1 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti “Abşeron Siti”, 240 A saylı evin 19 saylı mənzilinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı uşaqları - xx.xx.2018-ci il təvəllüdlü Novruzov Nazim Vüsal oğlu və xx.xx.2015-ci il təvəllüdlü X1 ilə birlikdə Cavabdeh yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti “Abşeron Siti”, 240 A saylı evin 19 saylı mənzilinə köçürülsünlər. Cavabdeh 100 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar